Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

O YAZDAN.. BU YAZ...?

 



"Xeberinfo.com":  Söz ilə aşıb-daşan könlüm nədənsə susur. Sözə olan həvəs də, havaya həsrət nəfəs də susur. Sanki, qələm də yorulub yazmaqdan, yorulub qəlbim aşıb-daşmaqdan. Ayrıla bilmirəm ətilə dırnaqdan. Ət mənim qəlbim, ürəyim, dırnaq isə dərdlərimdir. Dərd...dərd deyəndə hansı dərddən yan keçim ki, ömrümə qara yazılan taleyimdənmi, yaxud zamanın çərxini tərsinə fırladan fələyin felindəmi? Bilmirəm, yoruldum artıq. Usandım artıq insanların çuvalda gizlənən simalarından, utandım, bir xalqın özünün ağlar gününə gülməsindən utandım. Utandim Azərbaycanlı olmağımdan utandım. Xalğın, millətin dərdi də üzdü məni, öz dərdlərim çıxdı yadımdan. Müstəqil Azərbaycan deyilən məmləkətin torağıyıq, daşıyıq, Azərbaycan vətəndaşıyıq. Bu dövlətdə yaşayırıq. Ad olur ki, yaşayırıq, yaşamırıq sürünürük, misqal-misqal ölürük. İnsanlar belə yaşayışa tab gətirə bilmədiyindən azad firavan dövlətdə başına yumruq dəyir qəflətdə intihar edir, ölüsü ittiham edilir, başlar kəsilir, cəhənnəmi görmədən yanırlar, cəhənnəmi dadırlar.Yox qayda-qanun, danışan dillərə möhür vurulur, haqq gizlənir unudulur. Ağbirçəklər, ağsaqallar, dili söz tutanlar sıxılıb küncə yox təlim-tərbiyə, biz Avropaya gedirik deyincə. Baxın ürəyim,qəlbim nədən sussun, istəmədiyi halda. Yazıram, deyirəm, bəzən düşüncəmi yeyirəm, bəzən də heyim kəsilir, deyirəm də niyə mən beləyəm,niyə beləyəm. Elə -hey çəkinmədən yazırıq sən, mən, o bizlər, hansı ki, hər kəlməmiz dövrü- əyyamı bizlər, şişlər. Çürümüşük içimizdən, çürümüşük bünövrədən, nədən bəs nədən? Cavablar çox bəsit. Bilən var, deyən yox, görən var yeyən çox. Yoxdur söz birliyimiz, yoxdur dil birliyimiz, yoxdur, yoxdur artıq bostanımız, dirriyimiz. Varsa da bizim deyil, yad olub bizə, yadıq axı özümüz-özümüzə. Baxın yazan əl, qələm tükənməsin neyləsin, dərdin kimə bəyan eyləsin. Həmdəmi mənəmsə yorulmuşam, dərd-qəmi səhfələrə səpələnibsə pozulub artıq. Baxın susuram dənizin ləpələri tək, susan ləpələr hayqıran zaman nələr olacaq, nələr olacaq onu da bilmirəm. Sanki, dinməyən, danışmayan ürəyimdir, təlatümü isə ümidlərim, qurulan xəyallarım, gumanlar gərəyimdir. Bəzən unuduram qara yazılan taleyimi, düşünürəm Vətən daşı kimi öz elimi. ELİMƏ ürəyim yanır, nələr yaddan çıxır unudulur, nələr uzadılır, tarix saxta yazılır. Sanki xöşbəxt bir xalqıq, müstəqilliyi daddıq. Kimdir müstəqil? Sözmüz taraz, bir qolumuz Kürdür, bir qolumuz Araz?! Qarabağı dərddirsə,alnımıza yazmısan yaz, düşünən beynlər dayaz, AZADLIQ qonaqdır, o yazdan bu yaz? Bölük-bölük səpələndik, hissə-hissə çəpərləndik, başımız fırlandı dərdimizlə hərləndik. Qələmim, tarix sənin yaddaşın, xalqındır yurddaşın,yaz deyirəm YAZ..Unut öz dərdini, xalğın, millətin çəkdiyi zillətin, tökülən qanından, haqqlı HAQQINDAN YAZ...YAZ...!!!!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam