Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oyan daha

 

 

Silahımdır sözüm mənim,

Hədəf seçib gözüm mənim.

Ay millətim, keç səbrdən,

Daha demə dözüm mənim...

 

Meydan əcəb gendi bizdən,

Keçir iynədən, bizdən.

Adam seçmək çətin olub,

Boşanıbdır əyri düzdən.

  

İnsan gördüm, ruhu bölük,

Sözü yalan, nəfsi dönük.

Rüşvət olub pul yağışı,

Göz bərəlir, daha böyük.

 

Lovğalanar mən beləyəm,

Bilmədiniz bəs kələyəm!?...

Mən ağayam, siz də nökər,

Xəlbir deyil, həm ələyəm.

  

Yerin bəlli, köz üstəsən,

Altın yanır, bax, üstə sən.

Gəl adınla öyün bir az,

Baxmaq üçün goz istə sən.

 

Ağlım çaşıb, başım itib,

Xəyalımda çovğun bitib.

Axı nədən susursan sən?...

Düşünmə ki, hər şey bitib!...

 

Vətən deyir susmayın siz,

Ac qarına  qusmayın siz.

Qışda dönən quşlar kimi,

Məndən yana uçmayın siz.

 

Ağla anam, ağla vətən,

Geyinmisən qara kəfən.

Oğulların üz qarası,

Oyan daha  bu qəflətdən!

Təranə Şəms  11.01.2019


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam