Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RƏVANDIR

  •  
  • "Xeberinfo.com": Bu millətə dərd olan bir zillətin dözməz olan xəlq olaraq xilqətin, millət olub öz adına ad-san alan seçim busa,çəkər olub çəkim busa, bəlli olan dərdi busa,mərəz tutub ey Yaradan, sən kömək ol! Gəl rəhm elə sən kömək ol,görməz olaq, yaratdığın qından çıxıb bəyənməyir, mən insanam,vətəndaşam, vətənimdir, mən də daşam, bir millətəm deyənməyir.Mərəz bizim, xəstə düşüb,ölməz olaq, yol qaralıb, işıq itsə sönməz olaq, mərd dayanaq ölməz olaq. Yollarımız ayrıdısa bax beləsə, düzmü zolaq, yoxsaki ya, əyr-üyrü üzmü zolaq, baş –beyinə, düşün deyək uzatmayaq ağıl kəsib addım atıb düzünə duraq. Bəlkə sorum siz deysiz,yəni belə,düz oturub əyri olaq?? Bu millətin öz adına zövqü dönük, nuri itib şövqü sönük, getdiyi yol külək tufan səhradısa, karvan azıb, yol itirib, sarvan çaşıb yeni yolda yol bitirib. Səhra qumlu, külək əsir, təpəciklər yolu kəsir, gözlərimiz qumludur ha,qumda dolub,görməz olub, korda olub, aşkardı ki,azar-bezar bollucadır, düşüb bizə, bıçaq olub, bizi bizdə sözlə kəsir.Ey yaradan sən kömək ol, yer üzünə, əta edən sən kömək ol, ver dözümü, çaşdırmayım öz-özümü, axı nədən bu xalq küsüb yenə də, görməz olub öz-özünü, izləyir ha,öz adına ləkə yaxıb, öz-özünü pisləyir ha?Zati danan nankor olar, ay ALLAHIM azanların çıx önünə lənət elə,yolunda dur.Öz daşını vur başına, lənət elə sal başına. Bildir ki,ya sən onları xəlq eyləyib şüur verib yaratmısan,yaşa deyib yer üzünə sən atmısan , bir deyəsən nədən ki, ya qaldınız ha, öz başına. Cahan gülür,dərdimizə zövqi əyandı, bu millətin cahili çox ahu fəqandı, müəllimi, mühəndisi, yaxşı pisi naqisi, savadsızsa həkimi, ya nə bilim hər kəsi, mən demirəm cahil olub,deyim gəlki amandır, görən bilir, gözki görür, danılmazdır ayandır, baxan deyir, səs-sorağı verib yelə,soy kökü nə, boy kökü nə, öz kökü nə, soysuz deyir hansı yalandlr? Bizki buyuq unutmuşuq ad etmişik, dilimizdə ad-sanımız, millət olan öz adımız məşhuri cahandır, yazıram siz də bilin, hansı zaman, hansı mühit bizə xoşdu ayandır, yaxın –uzaq keçmiş deyil, zamandı bu dövrandı bu, belə getsə keçmiş itib yox gələcək; gəlməyəcək geri zaman, döməyəcək yatmısansa dinmə oyan! oyan-oyan, arxana bax yuxudan oyan, yatmaginən nura dönüb sən də boyan.Mən yazıram siz də baxın, yox yalanım düz deyirəm siz də görün, əyri deyil məqam bəlli ayandır, sözüm dürüst, sətir-sətir açıq –aşkar oxunaqlı RƏVANDIR...

 

 

  • TƏRANƏ ŞƏMS.23.10.2014.(Yeni)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam