Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bəhri təvil (Astarı bu, üzü bu)

 

 

Yenixeber.org: Meydan mənim ərk edirəm, söz mənimdir dərk edirəm, söz deyibən od vururam, sındırırıram, tərk edirəm. Bu millətin yuxusu dərin, dincəlir ha sərin-sərin, qanammadı  xeyir-şərin. Var güvəni məmurların, zalımların, bu milləti səfil edib, özlərinə kəfil edib, nə edibsə yavaş deyil, qəfil edib. Görməyən göz öz haqqını, söz haqqını, verməlidir canın çıxsın döz haqqını. Şikayəti varsa əgər, şalvar sökük, darsa əgər, cibləri boş, dost bildiyi yarsa əgər, qımıldanıb göz-qaş edər, varsa pulu daş-baş edər, hay salıban ortalığı çaş-baş edər. Rüşvət alıb səni sayar, səni xərclər, pul əvəzi manat - manat səni sayar. Baxın, görün biz necəyik, uşaq deyil, biz yekəyik, ölçməliyik, biçməliyik, ÇARƏ tapıb hansı yoldan keçməliyik?!... Biz, biz olaq, bu yolları açıq-aşkar çəkinmədən seçməliyik, qüvvə tapıb eşməliyik, səddi aşıb, maneəni deşməliyik. Biz var olub yurd salmışıq, əngəli çox beyinlərə sortu çürük qurd salmışıq. Məmur deyər biz yaratdıq bu dövləti, nəyə gərək səxavəti, cəh-cəh vurub haray salar, biz  qazandıq dəfinəni, bu sərvəti. Nədəndi bəs, biz aldanaq, çulu cırıq balaq altda köpək kimi yalaq açaq, yamanlanaq, danlaq, ac-yalavac yallanaq???... Bu sözləri mən yazıram, mən deyirəm, həqiqəti söyləyirəm, yalan-palan mən yemirəm, elə-belə söz demirəm. Dövlət ki, var biz qurmuşuq, arxasında biz durmuşuq, gəlin baxaq, medal alıb cah-cəlalla bu müvanla döşə taxaq. Əgər dövlət bizimdisə baxaq görək:- bu dövlətin nəyi azdı, nəyi sazdı, varsa donu astarı bu, üzü bu, bir-birinə əl sallayan əllisi bu yüzü bu. Astar söküb tikiş salıb üz  vuran, söz ki, kəsər əyrisi bu, düzü bu. Astarı sən, gəl qara gör, hər söküyü gəl qara hör, hər ürəyi inildədən ruhu yoran gəl yara gör. Hər sözümün dili yanmış dağ-dağ olan dağıdı bu, köpək kimi sırmanarsa arxası bu dağıdı bu. Od üstündə qaynar qazan aşıb-daşan köpük kimi qaynayacaq yağıdı bu. Yağ ki, daşar od üstünə, od qalayar od üstünə, iy ki, vurar bəs bu yağı kim yalayar, bilmədikmi,  ağıdı bu??? Bilmirəm ha, mən nə deyim, ayılmayan, öz halına bayılmayan, öz adıyla sayılmayan öz adına qatılmayan, yaxşı- pisi, əyri-düzü atılmayan bu milləttin çulu yırtıq, astarı bu üzü BU....

Təranə Şəms.05.10.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam