Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BAŞINA GƏLƏR...

  • Xeberinfo.com Sizlərə məclis qurub söz deyərək ayan edim, qulaq asın, qulaq açın, siz eşidin bəyan edim, anlayana diqqət edib sayan dedim, tələsməyin bir dayanın, dayan dedim.Ata-ana mağar qurub,öz cibinə zor gücünə,sual-cavav sor gücünə oğul onun yaş yetirib məclis qurub toy eyləyir.Gəlin gəlir, az keçməmiş oğul mənim sürüş burdan dur eyləyir, oğul bircə , təkcədisə şitil-mitil verib ələ, suruşginən sür eyləyir. Belə vaxtda ana deyər,gəlin-gəlin, nazlı gəlin nə gəlmisiən qazlı gəlin, əl-qolumu bağlayıb ha, dilisözlü sazlı gəlin, istəyin bəllidisə, yapışdığın yüzə-yüzdə, əllidisə oğul mənim, eşit deyim mənimdisə, necə ki, ha görməz olum,səninkisə, oğul mənim, nabat mənim, noğul mənim, gəlmisənsə yurd-yuvama kötük mənəm, sevim səni, olda şirin, sən də mənim. Mən anayam, aramıza girmə bizim sevgimizin, dərdimizin,bilgimizin ortasında tikan olub, qan çıxarıb dili uzun, meydan geniş, xoruz kimi hoppanıb ha, yerə düşüb qalma güıüm. Gələn kimi haray salıb, səs çıxarıb, kəs səsini ayıbdı ya, fitnə qurub dava-dalaş salma gülüm, gözlə bir az, əllərini gəl qısa et, doyammadım pul-parası oldu sənin, söz yaratdın sözü zəhər oldu mənim, ayrı qalsam yalan olar, ayrılmadım mən ondan, doyammadım balamdan, kəs səsini, oğlul mənim, deyil sənin, zəhmət çəkib çalışma, demə mənim:Əlimdən alma! Nişan taxıb, ev veirəm, oğul verib sev deyirəm, qazanc sənin bir ömürdü yaşa deyib kef səninki çək deyirəm, məhəbətlə bağ-bağçanı əkib becər, oğul –uşaq ək deyirəm.Dərd-azarın nədir axı, bal əvəzi zəhər toküb sir-sifətin dilin çıxır metr yarım, sir-sifətin bəllidisə boyundaki, yarı yerdə uzun deyil,metr yarım. Dilini bal eylə sən, anan da var, UNUTMA, yadına xal eylə sən, sırğa varsa qulağında, sev ananı, qaynananı, başına şal eylə sən, günah etmə, oğulu anadan alıb,unutma sən, aç başını yadına sal eylə sən. Əlinin barmağı var, başının dırnağı var, tikan girsə barmağına, dırnaq ətdən çıxmağı var, tikan ki, çıxmaz olar, can ağrıyar ürək canı sıxmağı var. Qısası tikan olma ət-dırnağa, ömrünü boşuna edib,sərf eləmə ana-oğulu ayırmağa, dərd gələr səni yıxar, üzün olsun ay ALLAH mən də varam, sən kömək ol, fəryad edib çağırmağa, məni də qutar. Oğlun olar, ömür keçər yaş qocalar, nə etmisən ömür-gündü başına gələr, gilə-gilə yaş tökərsən, mən nə etdim söyləyərək, aş bişirib, yağlı-yavan aş çəkibən, qaşıq deyil, dadlı-dadlı nə etmisən aşına gələr, anladınmı ayıl dedim, nimçə-nimçə, qaşıq-qaşıq başına gələr!!!

 

 

  • Bəhri-təvil (yeni) TƏRANƏ ŞƏMS.30.10.2014.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam