Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

SATILMIŞ PAY TORPAQLARI

 Yenixeber.org: Yetmiş ilə yaxın ömür sürən, dünyaya meydan oxuyan bir dövlət, bir quruluş heç kimin gözləmədiyi, inana bilmədiyi bir şəkildə dağıdılıb yerlə- yeksan edıldi. Yerində yeni- yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərdən biri olan Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Bir vətəndaş olaraq bundan bir sevindik, qürurlandıq ki. Gəl görəsən. Dedik bundan sonra öz əlimiz, öz başımız olacaq. Lazım gələndə (daha doğrusu istəyəndə) başımıza sığal çəkəcəyik, lazım gələndə də qapaz vuracayıq. Daha başqa əlin ümidinə qalmayacayıq. Az keçmədi ki, ümumi mülküyyət, xüsusi mülküyətə çevrildi. Kolxozun nəyi vardısa kənd camaatına paylandı. Kəndlilərin ən böyük sevincinə səbəb isə pay torpaqlarının verilməsi oldu. Axı kəndlinin dolanışığı, güzaranı torpağı əkib- becərməkdən çıxır. Yaşadığım Şəmkir rayonunun Zəyəm- Cırdaxan kəndində pay torpaqlarının verilməsinə 1997- ci ildə başlandı. Sevindik ki, biz də torpaq sahibi olduq. O vaxtkı sevincimiz bu gün kədərə, qəmə, dərdə çevrilib. Çəkirik, çəkirik, bitmir ki, bitmir .Ha düşünürük, ha daşınırıq o vaxtkı sevincimizi qaytara bilmirik. Sanki sevincimiz yoxa çıxıb, harasa baş götürüb gedib. Bu sevinci qaytarmaq, ondan əfəlliyimizə, fərsizliyimizə görə üzür istəmək üçün haralara və kimlərə ağız açıb, minnətçi düşməmişik. Ağız açdıqlarımız, minnətçi düşdüklərimiz də ki,daş kimi hərəkətsizdirlər. Adam bilmir bu halda başına haranın daşını (görüm o daş elə bizi qapılara salanların başına düşəydi) salsın. Axı demokratik, sivil bir dövlətdə xırda buynuzlu məmurlar vətəndaşların başına ip salıb, istədiyi yerə sürükləyirsə, bizim hüquqlarımızı kimlər qoruyacaq, zorla əlimizdən alınmış haqqımızı kimlər qaytaracaq?!

Bizə verilmiş pay torpaqları paylananda xəritələri də çəkilib, aktları da tərtib olunub vətəndaşlara verilib. Məncə burda qaranlıq qalan, başa düşülməyəcək bir şey yoxdur. Hər şey gün kimi aydındır. Amma yazıqlar olsun ki, bu aydınlıqda özünü korluğa qoyub həqiqəti görməyənlər də var. Hər iki ildən bir sənədli- sübutlu vətəndaşa verilmiş pay torpağı onun əlindən alınıb (saxta sənədlərlə) başqasına verilir. Oxu satılır. Etiraz edib, narazılığını bildirəndə deyirlər ki, səhv olub, verilən xəritəyə, dövlət aktına uyğun gəlmir. Elə torpaq sahələri də var ki, saxta sənədlərlə sənədləşdirilib başqasına satılıb. İş məhkəməyə kimi gedib çıxıb, acaq məhkəmə torpağın kimə məxsus olduğunu araşdırmaqda çətinlik çəkir. Və yaxud da ortada olan maraq buna imkan vermir. Buna görə də əsil torpaq sahibi qalıb çıxılmaz vəziyyətdə. Rayona ayaq döyməkdən yorulub.

Biz əsil torpaq sahibləri olan: Zakir Allahverdiyev,Hidayət, Eyvaz, Elman Hüseynovlar, Fərman, İlqar Rzayevlər, Əli Rüstəmov, Esmira Rüstəmova,Raya Cəfərova, Səhrəddin Namazov və daha kimlər, kimlər... qalmışıq zülümdə. Halal torpağımızı nə əkə bilirik, nə də biçə.

Bu gün dövlətimizin başlıca məqsədi qeyri- neft sahələrinin güclü inkişafına nail olmaqdır. Bunun üçün də əlindən gələni edir. Hətta əkin sahəsi olub, ondan təyinatı üzürə istifadə etməyən vətəndaşın torpağı əlindən alınıb, bu sahəni inkişaf etdirmək istəyən vətəndaşlara verilir. Bizə verilmiş pay torpaqlarında kənd təsərrüfatı məhsulları əkib, ailəmizi dolandırmaq, ölkəmizin inkişafını sürətləndirmək istəyimiz bir qrup dələduzun ucbatından düyünə düşüb. Açılmır ki, açılmır. Şəmkir Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlak Komitəsinə ayaq döyməkdən ayaqlarımız döyənək olub.

Bilənlər bilir, bilməyənlərə də deyim ki, bizim kənd böyük kənddir. Ərazisidə böyükdür. Kəndin başında və aşağı hissəsində yüzlərlə hektar əkinə yararlı torpaq sahələri var. Elə camaata pay torpaqlarını da o sahələrdən veriblər. Özü də necə? Kəndin yuxarı hissəsində yaşayanlara aşağıdan, aşağı hissəsində yaşayanlara isə yuxarıdan veriblər. Kəndin də aşağısı ilə yuxarısı arasındakı məsafə 7 km-dir. Heç kim çiyninə lapatka alıb, 7 km məsafəyə yer belləməyə, nəsə əkməyə getməz. Ona görə də bu gün çox rahat şəkildə vətəndaşın pay torpağı çox rahat şəkildə başqasının adına sənədləşdirilib satılır. Vətəndaş bir də xəbər tutur ki, onun adına olan pay torpağı saxta sənədlə başqasına satılıb. Ha çalışırsan, ha vuruşursan həqiqəti sübut edə bilmirsən. Bəzi yaramaz, rüşvətxor, korrupsener məmurların ucbatından dövlətə,

hakimiyyətə olan inamın ölür. Hər şeydən, hətta özündən belə zəhlən gedir. Özünü məqlub olmuş, əzilmiş, aşağılanmış biri kimi hiss edirsən.

Hörmətli "Yeni xəbər" saytının rəhbəi İlqar Salmanlı, son ümid yerimiz sizsiniz. Xahiş edirik, bizim bu şikayət məktubumuzu saytınızda yayımlayasınız. Bəlkə bundan sonra bəzi xırda buynuzlı məmurcuqların yatmış vicdanı oyandı.

Dərin hörmətlə: Şəmkir rayonu, Zəyəm- Cırdaxan kənd sakinləri adından Zakir Allahverdiyev.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam