İCRA BAŞÇISININ YENİ BİZNES NÖVÜ - FOTOLAR
Xeberinfo.com: Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühim dövlət postlarına keçmiş biznesimenlərin təyin olunmasıdır.Əslində burada hansısa qəribəlik axtarmaq niyyətində də deyilik.Ən azından ona görə ki biznesimenlərin dövlət qulluğunda yer almasına dair kifayət qədər örnəklər var.Elə ölkəmizdə də siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki ,onların fəaliyyəti birmənalı dəyərləndirilmir.Haqqında söhbət açacağımız Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı stuasiya tamamilə fərqlidir.Bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunduqdan sonra da özüni "karyer müdiri" kimi aparır,necə deyərlər alverindən əl çəkmir və öz maraqlarını dövlət maraqlarından üstün tutur.
Mediatv.az-a verilən məlumata görə icra başçısı Masallı-Yardımlı yolunun 19-cu km-də ,Tilə kəndində yerləşən böyük bir çınqıllı ərazini türk şirkətləri olan Azpot və Koln-a qanunsuz olaraq sataraq külli miqdarda vəsait qazanıb.Bağlanılmış müqavilədə isə meşənin daşdan təmizdənməsi göstərilir.Meşəlik əraziyə daş görəsən haradan tökülüb?Ərazi nə üçün daşdan təmizdənməlidir?Əslində isə işin mahiyyətində tamam başqa bir şey durur.Bu müqavilədə nə qədər gülünclük və məntiqsizlik var.Adı çəkilən türk şirkətləri çınqıllı torpağı daşıyaraq çəkilməkdə olan "İpək Yolu"nun Biləsuvar-Cəlilabad Cəlilabad-Masallı hissəsinin alt layında istifadə edirlər.İcra başısının bu özbaşına və heç bir qanuna sığmayan hərəkətlərinin nə ilə nəticələnəcəyi hər bir kəsə bəllidir.
Mütəxəssislərin Mediatv.az-a verdiyi məlumata görə"satılan ərazi"sürüşmə zonasına aid edildiyindən Tilə və yaxınlıqda yerləşən kəndlər, eləcədə Masallı-Yardımlı yolu torpaq sürüşməsinə məruz qalacaq. Torpaq sürüşməsi nəticəsində vətəndaşların evlərinə və Masallı-Yardımlı yoluna külli miqdarda ziyan dəyə bilər. İllərdir fəaliyyət göstərən Masallı-Yardımlı yolu, ağır tonnajlı nəqliyyat vasitələrənin yüklə hərəkəti nəticəsində bu yükə hesablanmadığından dağılıb məhv olması təhlükəsi var. Bunun da ağır nəticəsini çəkənlərdən biri də 70 minə yaxın əhalisi olan Yardımlı camaatı olacaq. Belə ki, bir saata getməli olduqları yolu 3-4 saata getməli olacaqlar. Üçüncüsü, çəkiləcək "İpək Yolu" nun həmən hissəsi keyfiyyətsiz materealdan istifadə olunduğu üçün qısa müddətə dağılaraq sıradan çıxa bilər. Belə ki torpaq sürüşməsinə məruz qalan kəndləri, Masallı-Yardımlı yolunu, həm də "İpək Yolu"nun həmən hissəsini bərpa etmək dövlətin üzərinə düşəcək. Nəticədə dövlətə miyonlarla ziyan dəyə bilər. Özünüz fikir verin icra başçısı Sevindik Hətəmov cənab prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək özü milyonlar qazanır, dövlətə isə milyonlarla ziyan vurur. Dünyada və ölkəmizdə gedən iqtisadi böhran şəraitində buna nə ad vermək olar? Biz Mediatv.az olaraq bu məsələni bir neçə dəfə gündəmə gətirərək,Yardımlı rayon icra hakimiyyətinə və aidiyyatı təşkilatlara rəsmi sorğu ilə müraciət etmişik.Məsələ bu qədər aktual olduğu halda icra hakimiyyətindən heç bir reaksiya yoxdur.O sorğumuzla qanunla nəzərdə tutulmuş qaydada cavab vermək əvəzinə hələ ki susmaqdadır...
P.S. Masallı-Yardımlı yolunun 17 km-i inzibati ərazi nöqteyi-nəzərdən Masallı rayonunun inzibati ərazisinə aiddir. Bəs görəsən Masallı rayon rəhbərliyi ayırtonnajlı nəqliyyat vasitələrinin yüklə birgə bu yoldan istifadə etməsinə nə üçün icazə verir?Daha ətraflı yaxın günlərdə...
Qarşı tərəfi dinləməyə hazırıq.
Mediatv.az