Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısı və deputat bir kəndi "işğal etdi"

 

"Astaranın icra başçısı Qəzənfər Ağayev əhalinin pay torpaqlarını əlindən alır. İcra başçısı mərhum prezident Heydər Əliyevin anım günündə ziyafət məclisi təşkil etdiyi üçün qara siyahıya düşüb. Ona görə də rayonda son manevrlərini edir. O, əhali ilə istənilən qarşıdurmaya getməkdən belə çəkinmir".
 
Xeberinfo.com:   Astara rayonunun Ojəkəran kəndinin bir qrup sakini şikayət erizəsi yazıb. 
Sakinlərin sözlərinə görə, bir neçə gün öncə əhali ilə İcra Hakimiyyətinin nümayəndələri arasında qarşıdurma da baş verib. Ancaq icra başçısı torpaqların "işğalını" dayandırmaq niyyətindən əl çəkməyib. 
REAL Hərəkatının üzvü, deputatlığa keçmiş namizəd Mikayıl Talıbov da açıqlamasında vəziyyətin kritik olduğunu bildirib: "Hazırda Ojəkəranda əhaliyə verilən pay torpaqları əllərindən alınır. Bu işə icra nümayəndəsi və bələdiyyə sədri də cəlb olunub. Ojəkəranda meşə massivi də icra nümayəndəsi və bələdiyyə tərəfindən ölçülüb. Amma qanunda göstərilir ki, meşə massivi heç bir halda satıla bilməz. Deyilənə görə, bu torpaqları yeni deputat Rəşad Mahmudov alır. Bu işdə icra başçısının müavini, deputatın qardaşı Allahverən Mahmudov xüsusi fəallıq nümayiş etdirir. Edilən müraciətlərə isə heç bir cavab verilmir". 
M. Talıbov bildirir ki, topraqların xarici iş adamlarına satılması ilə bağlı da iddialar var: "Gah deyirlər, bu əraziləri deputat deyil, hollandiyalı, gah da deyirlər iranlı iş adamı alır. Qanuna görə, xarici ölkənin vətəndaşına torpaq satıla bilməz. Konkret də demirlər ki, torpaqları kim alır. Gör vəziyyət hansı həddə çatıb ki, icra başçısı əhalinin pay torpaqlarını da ucuz qiymətə əllərindən alır. Hətta mənə də hədə-qorxu gəldilər. Əsas gətirirlər ki, əhali bu torpaqları istifadə eləmir. Amma bilmirlər ki, əhalinin torpağı istifadə etməyə imkanı yoxdur. Ən azından öz pay torpaqlarını otlaq sahəsi kimi istifadə edirlər. Bütün hallarda qanunvericilikdə pay torpaqlarının əhalidən alınması yolverilməzdir. Əhalini cana yığıblar. Bizə deyirlər ki, dövlət belə istəyir, belə də edir. Dövlətin nə olduğunu bilməyən məmurlar bütün etdikləri qanunsuzluqları dövlətin adı ilə bağlamaq istəyirlər. Ona görə də biz dövlət rəsmilərindən bu məsələ ilə bağlı rəsmi açıqlama gözləyirik".
Mikayıl Talıbov deyir ki, məsələ ilə bağlı əhali Prezident Adminstrasiyasına və bütün müvafiq dövlət qurumlarına müraciət edəcək. O, ümid edir ki, məsələyə rəsmi münasibət bildiriləcək. (Xalqxeber.az)
Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyadan:  Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam