MÖCÜZƏ
İnsan, həyatda yaratdıqları ilə bərabər özü də möcüzədir. Yəni xariqədir, xariqüladədir, ancaq xəyalda mümkün ola biləndir. Xüsusiylə elmi kəşflər buna əyani sübutdur. Məsələn: Professor Lütfi Ələsgərzadə 1965-ci ildə reallığa fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir
Yenixeber.org: 1-ci hissə: İnsanın mənşəyi
Əvvəlcə bir balaca insanın əmələ gəlməsini araşdıraq. Elmi ədəbiyyat qeyd edir: “İnsan tarixi-təkamül nəticəsində meydana gəlmişdir. İnsanın təkamül xətti,insana bənzər meymunlarla ümumi kökdən,təxminən 12-15 milyon il əvvəl ayrılmışdır. Ehtimala görə İnsanın bu mərhələdə əcdadı ramaniteklər (və ya geniapiteklər) olmuşdur. Bu yüksək inkişaf etmiş primatın qalığı Asiya (Hindistan, Pakistan) və Şərqi Afrikada (Keniya) aşkar edilmişdir. Qazıntı halında tapılmış ilk insanabənzər meymunların təbii əşyalardan müntəzəm olaraq alət kimi istifadə etməkdən ilk süni alət hazırlamağa keçməsi ilk İnsanın əmələ gəlməsində əsas dönüş olmuşdur. Beləliklə ilk İnsanı heyvanı əcdadından ayıran əsas sərhəd əmək fəaliyyəti olmuşdur”(ASE ,c.ıv s.463).
İngilis təbiətşünası Çarlz Robert Darvin (12.2.1809- 19.4.1882) i871-ci ildə təkamül nəzəriyyəsinə dair “İnsanın mənşəi və cinsi secmə) adlı üçüncü böyük əsərini nəşr etdirdi. Darvin göstərirdi ki, insanın fiziki və psixi əlamətləri onun ücün və müasir meymunlar ücün ümumi olan əcdadın mənşəyini sübut edir (ASE c.ııı,s.337).
Şəxsən tanıdığım Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilcilik institutunun əməkdaşı Əjdər Fərzəlinin “Gəmiqaya- Qobustan mədəniyyəti”nin işığında adlı əsəri Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq aynası,tarixi hünəri, onun ən qədim çaglarından öz doğma torpağında sakin olduğunu,əzəldən türksoylu xalq kimi heç vaxt heç bir assimilyasiyadan törəmə olmadığını təsdiq edən və bu sahədə şübhələri darmadağın edən danılmaz, dəqiq elmi sübutdur.
Mənim şəxsi qənaətim belədir ki, İngilis təbiətşünası R.C.Darvinin insanın mənşəyinə dair yazdığı əsərinə əsaslanıb belə demək mümkündür ki,onun ulu babasının bəlkə də meymunla qohumluğu olub. İnasanın meymunla ortaq əcdada malik olması fikiri Ç.Darvinə məxsusdur. Ancaq müsəlman aləmində insanların əcdadının sahibi Adəm və Həvva olması əsas fikir kimi hallanır. Demək istədiyim odur ki, insanın meymunla ortaq əcdada malik olması mümkünsüzdür.
Digər bir ədəbiyyatda isə ilk İnsanın əmələ gəlmə ərazisi, onun yurdu, yuvası Şimalı Afarika ilə Qafqaz arası ərazi olmuşdur.
Cari ilin əvvəlləri idi. Azərbaycanın şimal rayonlarından birində internet vasitəsilə meşədə nataraz, tam tüklü insanı və onun hərəkətlərini göstərirdilər.
Yer kürəsində yaşayan insanlar elmi ədəbiyyatda üc irqə bölünmüşdür: Avropoid, Neqroloid və Monqoloid (ASE, c. ıv,s.517). İnsanlar arasında bədən və sifət quruluşuna görə ən sərrastı isə müsəlmanlar olsalar da bir irqi qrup kimi uçota alınmamışdır.Səbəbi də budur ki, Müsəlmanların Mentaliteti- (Mental-əxlaq mənəviyyatı) xalqın ruhunun və vərdişlərinin təzahürü yuxarıda qeyd edilən üç irqin metalitetindən qat-qat üstün və təmizdir. Həmin üç irqin əxlaq mənəviyyatı qüsrlu və
məişət pozğunluqları həddini aşıb qat-qat dolu olduğundan müsəlmanları kimyəvi silahlar ,müharibələr vasitəsilə qırıb məhv etməyə çalışırlar.
Məhz Yaradıcı qüvvə də Məhəmməd peyğəmbəri dünyaya gətirmişdir ki, Yer kürəsindəki bir milyardlıq müsəlmanları bu qırğından xilas etsin. Onun diqtəsi ilə yazılan Quran də bu məsləkə xidmət edir.
Hal hazırda isə müasir insan əli kosmik uşuşlar vasitəsi ilə Ay,Venera və Mars planetlərinə çatır və həmin planetlərdə Yer kürəsindən idarə olunan “Lunaxod” və “Marsaxod” aparatları vasitəsilə tədqiq olunur. Bəzi alimlər belə bir qənaətə gəlmişlər ki, İnsanlar Mars planetindən Yer planetinə köç etmişlər.Onlar Mars planetində elə obyektlərə rast gəlmişlər ki, bu rast gəlinənlər mütləq insan əli ilə həyata keçirilmişdir. Bu kimi obyektlər Ay planetində də müşahidə olunmuşdur.
Ən qəribəsi budur ki, kosmosdan gəlmələrlə ABŞ-nın kecmiş prezidenti , milliyətcə alman olan Duayt Eyzenhauer tanış olub və uzun müddət onlarla iş aparıb.
Bütün bu faktları ona görə önə çəkirəm ki, Yer kürəsində əmələ gələn insanlar heç də xalis Yer insanları deyillər. İnsan meymunla ortaq əcdada malik olsaydı meşəliklərdə və zoparqlardakı meymunların hərəkətlərində insana bənzərlik müşahidə olunardı.
Nəhayət həyatda rastlaşdığım insanın və insanlığın tərifini əks etdirən şeirimi oxucuların (oxuyan olarsa) nəzərinə catdırıram:
2-ci hissə: OLUBDUR
On,on beş milyon il tarixi olan,
İnsanın atası Adəm olubdur.
Süd verib böyüdən, qeydinə qalan,
Tarixi anası Həvva olubdur.
Doğulan insanın xalis məskəni,
Şimalı Afrika, Qafqaz olubdur.
İnsanı insantək xoşbəxt edəni,
Həyatı sevdirən əmək olubdur.
Minikdən əl edən Həvva anılan,
Qayğıya qalan da Ana olubdur.
Bizləri yetirib başa catdıran,
Əziyyət cəkən də Həvva olubdur.
3-cü hissə: BİLMƏDİM
İlahə görkəmdə insan görürəm,
Yaradan payında töhfə görürəm,
Sehrinə düşəndə türfə görürəm,
FeBeyə bəzəksən dərk edilənsən,
Utandım, fotonu ala bilmədim.
Olmayan türfəsən yoxsa möcüzə,
Vurulan alışar yanar közünə,
Görənlər inanar yazar sözünə,
Diqqəti çəkənsən nadir incisən,
Sıxıldım, mələksən deyə bimədim.
İstəsən qartaltək qanad çalarıq,
Gəzdiyin yelərə nəzər salarıq,
Sevdiyin cənnətə güllər yaparıq,
Əzəmət yönlüsən,zəhmət sevənsən,
Tutuldum, ismini sora bilmədim.
Heyranıq gülüşə, bir də baxışa,
Doymarıq baxmaqla insan-naxışa,
Qoymarıq xar baxa nadir naxışa,
Düşüncə tərzimsən,ləyaqətlisən,
Çəkindim, sözümü deyə bilmədim.
Arzusu ürəkdə yerinə yetmir,
Diləyi dilində dillənə bilmir,
Tapdığı “Bənövşə” dibçəkdə bitmir,
Baharla gülürsən, ləçəklənirsən,
Gecikdim, yaxama sanca bilmədim.
Yazarlıq yolumda dayağımsınız,
Düşünən beynimdə yaddaşımsınız,
Yaşamaq yönümdə ulduzumsunuz,
Dəstəyin olarsa ümid yerimsən,
Xoş gələn görüşdən keçə bilmədim.
İşıqlı varlığa boyun əyərəm,
Ədalət adına vardan keçərəm,
Yaradan yaxşıya hörmət bəslərəm,
Dərd odur fürsəti əldən verəsən,
Zamanın sirrini aça bimədim.
Yazara dəryadır təriflər töhfə,
Görənə Zöhrədir şeirlər dəfnə,
Qanana pəridir seçənə çeşmə,
İş budur maneyə üstün gələsən,
Zöhrələr uçurtdum “tuta” bilmədim.
Haqlını nahaqqa mən dəyişmədim,
Qanmaza,təzyiqə mən əyilmədim,
Mənliyi rüşvətə əvəz vermədim,
Yaşarsan o zaman mənsəb güdəsən,
Həqiqət aradım görə bilmədim.
Kiçik arayış: Lüğətdə töhfə- hədiyyə ,bəxşiş; türfə-tapılmayan, misli bərabəri olmayan,nadir şey; Febe-“Façeboc” saytına işarədir, “Sən İlahəsən” şeirini hələlik 71167 nəfər oxucu mütaliə etmişdir;mələk-dini rəvayətə görə Allaha çox yaxın olub ona xidmət edən fövqəltəbii məxluq,təmiz xeyirxah insan; sorma-soruşma; xar- tikan, zəlil; tərz- surət ,tərtib, qayda; dəfnə-qələbə, zəfər rəmzi; çeşmə- coşğunluq,sevgi; Zöhrə- Günəş sistemində ən parlaq ulduzu-Venera kimi izah olunur.
Qeyd- Ədəbiyyatşünas olmadığımdan şeir yazan zaman söz mürəkkəbliyi ilə qaşılaşanda Rusca-Azərbacanca, Azərbaycanca- Rusca, A.Axundovun “Azərbaycan dilinin izahlı LÜĞƏTİ” kimi kitablarından istifadə edirəm. Məsələn “soruşma” sözünü “sorma” kimi işlətmək mümkündür.(Azərbaycanca-rusca lüğət).
Quliyev Elxan Sarı o. sentyabr 2018-ci il.