ELMİ KƏŞFSİZ İNKİŞAF MÜMKÜNSÜZDÜR
ELMİ KƏŞFSİZ İNKİŞAF MÜMKÜNSÜZDÜR
Yenixeber.org: Dünyalarını vaxtsız və günahsız dəyişən, qiyməti,xidməti nə iləsə ölçülməsi mümkün olmayan xalqımızın yaradıcı insanları olmuş- Mikayıl Müşfiq,Həzi Aslanov, Səməd Vurğun,Şıxəli Qurbanov,Ziya Bünyadov, Əyyub Tağıyev, Yusif Məmmədəliyev...kimi vətənpərvər şəxsiyyətləri həmişə anır və qəlbən ağrıyıram.
Elmi kəşf elmin,texnikanın inkişafına prinsipcə yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir. XX əsrdə də dünya miqyasında şöhrətli, milliytcə Azərbaycanlı elmi kəşfləri ilə tanınan bir sıra tarixi şəxsiyyətlər olub.
1.Lütfi Rəhim oğlu Ələsgərzadə ( 04.02.1921 Bakı ş.-06.09.2017 Bakı ş). 1926-cə ildə İrana köçmək məcburiyyətində qalmışdır. O, ingilis
təmayüllü məktəbdə oxumuş, sonra Tehran unuversitetinin mühəndis-elektrik fakultəsinə daxil olmuşdur. Lütfi Ələsgərzadə 1942-ci ildə təhsilini başa vurub ABŞ-a köçmüş, 1944-ci ildən orada yaşamışdır. 1943-cü ildə Massacusets Texnologiya institutunu bitirmiş, 1949-cu ildə Nyu-Yorqdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsi almışdır. 1959-cu ildən Kolumbiyadakı Berkli universitetində çalışmışdır.
O,1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiqini meydana gətirmişdir. Professor həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifidir.
Lütfi Rəhim o. Ələsgərzadə haqqında 05.10 2017-ci il tarixdə saytların birində çıxış etmişəm.
2.MEHDİYEV Şəfaət Fərhad oğlu (15.12.1910-Cənubi Azərbaycanın Sarab Mahalı-17.12. 1993 Bakı ş.)-neftçi-geoloq. Azərbaycan Respublikasının elmlər akademiyasının akademiki ( 1958; müxbir üzvü,- 1955), geologiya- mineralogiya e.d.91951), professor(1951). Neftin dərinlik-biogen mənşəli, Məhsuldar qatın, əsasən,alt şöbəsində rast gələn qələvi suların dərinlik mənşəli olması nəzəriyyələrini irəli sürmüşdür. Məhsuldar qatı iki şöbəyə bölməyin zəruriliyini sübut etmişdir(1952).
Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri və medallarla təltif olunmuşdur. S.İ. Vavilov adına qızıl medal almışdır.
3.MƏMMƏDƏLİYEV Yusif Heydər o. (31.12.1905. Ordubad-15.12.1961. Bakı)-kimyaçı. Kimya e.d. (1942),prof.(1942)., Azərb. EA akad. (1945) və prezidenti (1947-51 və 1958-61), SSRİ EA m.üzvü (1958) SSRİ Dövlət mükafatı laureatı(1946).
Y.H.Məmmədəliyevin benzollu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintez üsulunu işləyib hazırlamış,bu da Böyük Vətən müharibəsi illərində aviyasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir. Onun Bakı neftlərinin benzin fraksiyasının kataltik aromatıkləşdirilməsi, yuyucu maddələr və silisium-üzvü birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.
Y.Məmmədıliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri və medallarla tətif edilmişdir.
Yeri gəlmişkən bunu qeyd etmək lazımdır ki, Həzi Aslanovun yaşamasına imkan verməyənlər Y.H.Məmmədəliyevin də
kəşfinə görə Nobel mükafatına təqdim olunmasına maneçilik törədə bilmişlər.
Quliyev Elxan Sarı o. 01.02.2018-ci il.