Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Söz ruhunun daşıyıcısı -Rövşən Vəliyevin doğum günüdür

 

    "Xeberinfo.com": Kökü dünya tarixinin dərinliklərinə işləyən TÜRK soyunun  SOFULU tayfasının müasir zəmanəyə gəlib çıxmış, əlbəttə, özü ilə bərabər həmin qədimliyin axarında  əvəzsiz  missiyanı daşıyan, xaotik dünyamızda bu əbədi-əzəli şəcərəni davam elətdirən Rövşən Vəliyevin dünyaya gəlişinin, dünyaya “Salam” deməsinin 58-ci ilidir. Bu tarixdə, ömürlükdə Rövşən Vəliyev hansı keçidlərdən keçmiş, taleyin hansı labiridlərindən çıxaraq həyat modelini qurmuş, bəxtin ona verdiyi imkan və imkansızlıqlar içindən sıyrılıb çıxmış və gəlib gözümüzlə gördüyümüzün alt qatındakı heç də hamıya bəlli olmayan yaşantılarının şəklinə çevrilmişdir.

    Deyirlər ki, keçilən zaman, yaşanan ömür insanı bir heykəltəraş tişəsi kimi formalaşdırır. Elə bilirik ki, bu fikirdə müəyyən həqiqətlər var. İnsanın sifət cizgilərində onun genetikasından gəlmiş ştrixlərlə bərabər yalnız özünəməxsus olan həyat tarixçəsinin də payı  yox deyil.

     Rövşən uzun müddət Azərbaycan televiziya məkanında (AZ.TV)  özünəməxsus dəstixətti ilə hazırladığı verilişlərlə tamaşaçı diqqətini cəlb etmiş, tədqirəlayiq verilişlər hazırlamışdır. “Yurd yeri”, “İşıq”, “Saxlanc”, “O kənd bizim kəndimizdir” və s. verilişləri indi də tamaşaçı yaddaşının qızıl fondunda yaşamaqdadır.

IMG_1005

   Özü Əqrəb bürcündən olmasına baxmayaraq son dərəcə həlim xasiyyətlidir. Mən inanmıram ki, quş başı kəsməyə də ürəyi gəlsin. Belə ürək sahibi olan əziz dostumuza bu yaşında “Dünyaya xoş gəlmisən!”- deyirik, elə bilirik ki, dünya belə adamları həmişə gözləyib, onlara ehtiyacı var. Çünki, yaxşı adamlar dünyada var olduqca dünyanın işığı əksilmir, yaşanası yer olur. Və adam öz-özünə pıçıldayır:

Yaxşı ki, dünyada yaxşılar varmış,

Dünya dağılardı, yaman əlindən.

Bütün bunlardan sonra nə demək olar? Doğrudan –doğruya Rövşən Vəliyev sayılıb-seçilən, barmaqla sayılası jurnalistlərdəndir, ən maraqlısı odur ki, şəxsən mənim də dəyər verdiyim, sözü fiziki şəkildə görmək yox, ruhən duymaq, mənən özününküləşdirmək qabiliyyətinə malikdir ki, indi belələrinə rast gələndə adam ən azından sevinir.

Kəramət

 “Ədəbiyyat naminə” qəzetinin baş redaktoru.

Şair-publisist

 

Ömrün 58-ci qapısı

         Rövşən Vəliyev:İnamsızlıq acizlikdir. 

   “İnamsızlıq-acizlikdir. Acizlik isə bizə yaraşmır”-devizi ilə yaşayan, azadlığı əlində bayraq tutub dalğalandıran, gənclərə də məhz azadlıq ruhunda yetişməsində dəstək olan Rövşən Vəliyev hardasa inamını itirənlərə inam verir, daima inkişaf etməyə, sabaha doğru inamla addımlamağa səsləyir. Daima mənəvi zənginliyi maddi zənginlikdən üstün tutan Rövşən müəllim, həyatda nə qədər çətinliklərlə qarşılaşsa da, polad dözümünün, güclü iradəsinin sayəsində ayaq üstə durmağı bacaran insandır. O, əyilməz, heç kimə yenilməz, böyüklə-böyük, kiçiklə-kiçik kimi rəftar edər. Hər şeyin, hər kəsin yerini bilər. Öz bilik dəryasından hər kəsə pay verməyə hazırdır. Təki, o dəryaya kimsə yaxınlaşsın. Yetər ki, yaxınlaşsın. Heç kəs əliboş qayıtmayacaq bu bilik dəryasından, əmin olun. Necə deyərlər, Rövşən müəllim balığı atır dəryaya, balıq bilməsə də , xaliq mütləq biləcək.

   Ömrünün 58-ci ilində də qəlbi gənclik həvəsi və eşqi ilə coşub-çağlayan, həyat qumsallarına iz salmağı, qəlbləri fəth etməyi, istər maddi, istər mənəvi möhtaca əl tutmağı bacaran, zülmə yenilməyən, yalnız həqiqətlərin carçısı, Vəliyev  məncə xoşbəxtliyin zirvəsindədir artıq. Fərqi yoxdur özünün bundan xəbəri var, ya yox. Axır ki, o zirvəyə hər adam yüksələ bilməz. O zirvəni fəth etmək ürək, cəsarət, bacarıq istər. Bütün bu xüsusiyyətlər isə Rövşən Vəliyevdə var.

    Hər dəfə biz qələmimizi əlimizə alıb vətənlə, torpaqla bağlı yaxşı bir yazı yazanda sevindiyindən gözləri dolur və dəyərli məsləhətlərini də verməyi unutmur. O, ağ vərəqə köçürdüyü yazıları qələmlə yox, qəlbinin ruhu ilə yazır. AZTV-də işləyərkən hazırladığı verilişlərdəki sözün dəyər yükü, deyim tərzi və hər bir mövzuya ictimai məna vermə qabiliyyəti onun peşəkarlığından və ruhundan xəbər verir. “O kənd bizim kəndimizdir” verilişindəki “Getmək istəyirəm kəndimizə, ayaqlarım yol almır. Söykənmək istəyirəm gəncliyimin ilişib qaldığı kəndimizin qayalarına. Üşüyürəm, şaxtalı qış günüdür axı. İliyimi soyuq kəsir. Sığınmaq istəyirəm közü daşa dönmüş ata ocağının istisinə, sığınmaq istəyirəm bala anasına sığınan kimi” və yaxud, 20 yanvar faciəsində AZTV ekranından car çəkib “Bakının gecələri güllələndi”-deyən Rövşən Vəliyev 1989-cu ildən atəşkəsə kimi daima cəbhə bölgələrindən reportajlar verirdi. Bu gün də çoxlarının yaddaşındadır “Balaca əsgər”, “Əsgər anası”, “Qanlı bənövşə”,  “Vətən oğul istər” və s.

O, müharibə veteranı jurnalistlərimizdəndir. Onun bu ad günündə nə vaxtsa yazdığı “Uşaq olmaq istəyirəm ay ana” şeirini xatırlamaq istəyirəm. Hərgah özü demişkən, şairlər məni bağışlasın, ürəyimə hopanda misraları ağ kağıza düzürəm:

Uşaq olmaq istəyirəm, ay ana,

Məsum, kövrək, bapbalaca bir uşaq.

Və ya;

Axı bu dünyaya uyuşammıram.

Axı bu dünyayla barışammıram.

Ağrılarım içimdə,

Hamısı da mən biçimdə

  Doğum günü münasibətilə Rövşən Vəliyevi "Zəngəzur İnformasiya Agentliyi"nin kollektivi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır.

"Yeni Xəbər" qəzeti və "Xeberinfo.com" informasiya portalının kollektivi də bu münasibətlə Rövşən müəllimi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

 

 

Vüsalə Qələndərli / Xeberlenti.com


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam