Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısının müavini hərbi xidmətdən necə yayınıb?


 

   

    “xeberinfo.com”: Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı iddialar bu şəxs icra başçısının birinci müavini təyin edildikdən dərhal sonra yayılıb. Söz-söhbət o qədər böyüyüb ki, rayon sakini Teyyub Eminov 2011-ci ildə bu məsələyə aydınlıq gətirmək, araşdırma aparılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.

    Onun müraciəti Baş Prokurorluqdan Müdafiə Nazirliyinə, oradan isə Respublika Hərbi Komissarlığına göndərilib. Hərbi Komissarıqda məsələ araşdırılıb və məlum olub ki, 1968-ci il təvəllüdlü Rövşən Nağı oğlu Əhmədov 31.05.1988-ci ildə hərbi xitmətə çağrılarkən keçmiş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 saylı əmrinin xəstəliklər cədvəlinin “7b” maddəsi ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövürndə məhdud yararlı” hesab edilmiş və buna görə də hərbi xidmətə çağrılmamışdır. Bu məlumat Respublika Hərbi Komissarının müavini Ramiz Məmmədovun Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Təşkilat-Səfərbərlik İdarəsinin rəisinə ünvanladığı 13.09-2011-ci il tarixli, 4174 saylı məktubda öz əksini tapıb. Rəsmi dövlət strukturunun vəzifəli şəxsinin imzaladığı məktubda əksini tapan məlumat Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Nağı oğlu Əhmədovun həqiqətən də hərbi xidmətdə olmadığını təsdiq edir.

    İndi Ağcabədi rayon sakinlərini düşündürən məqam ondan ibararətdir ki, hərbi xidmətə yarasız hesab edilən Rövşən Əhmədov necə olub ki, icra hakimiyyəti başçısının birinci müavini kimi yüksək vəzifəyə qədər yüksəlib. Rövşən Əhmədovun bu vəzifəyə yüksəlməsinin mövcud qanunvericiliyə nə qədər uyğun olub-olmamasını araşdırmağa çalışacağıq. Qeyd edək ki, məsələ ilə bağlı Rövşən Əhmədovun mövqeyini öyrənmək cəhdimiz heç bir nəticə vermədi. Ağcabədi rayon icra hakimiyyətinin təmsilçiləri ünvanlarına yönəlmiş ittihamlara cavab vermək istəmirlər və bu da təbii ki, əlavə şübhələrin meydana çıxmasına səbəb olur. Ağcabədi rayon icra hakimiyyəti başçıısnın birinci müavini Rövşən Əhmədov da hərbi xidmətə yararsız ola-ola bu vəzifəyə necə yüksəlməninə aydınlıq gətirməkdən yayınır. Ancaq başçının birinci müavini bu məsələyə aydınlıq gətirsə daha yaxşı olardı. Çünki, əks halda şaiyələri dayandırmaq mümkün olmayacaq.

    Ağcabədi rayon sakinləri arasında yayılan və adının açıqlanmasını istəməyən rayon sakini tərəfindən “xeberinfo.com”ya verilən məlumata görə, Rövşən Əhmədovun bu vəzifəyə yüksəlməsi onun icra başçısı Şahin Məmmədovla çox yaxın münsibətlərə malik olması ilə bağlıdır. Mənbə bildirir ki, bu iki şəxs o qədər yaxın münasibətə malikdir ki, hətta icra başçısı Şahin Məmmədovun Ağcabədi şəhərində yaşadığı ev də birinci müavinin çox yaxınlarından birinin adınadır. İcra başçısı Şahin Məmmədovun Ağcabədi şəhərində yaşadığı evin Rövşən Əhmədovun hansı yaxınının adına olması ilə bağlı məlumata da aydınlıq gətirməyə çalışacağıq. Məlumatla bağlı Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun mövqeyini dinləməyə hazırıq.

Bu məlumatla yanaşı Rövşən Əhmədovun birinci müavin vəzifəsinə təyinatının nə qədər qanunauyğun olub-olmadığını da araşdırmaqda davam edəcəyik. Hələlik onu da qeyd edək ki, müraciət etdiyimiz ekspert Rövşən Əhmədovun ica hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinatının mövcud qanunvericiliyin ruhuna uyğun olmadığını qeyd etdi. İcra başçısının birinci müavini və YAP-ın Ağcabədi rayon təşkilatının sədri olan Rövşən

 

    Əhmədovun icra başçısı Şahin Məmmədovla birgə biznesinin olması ilə bağlı məlumatlar da var. Həmin məlumatları da araşdırırıq.

 

 

 

       Əli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam