Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BÖYÜK QƏBAHƏTƏ YOL VERMƏMİŞƏM…”

 

“Heç bir halda Rövşən Canıyevi gənclərimizə nümunə göstərməmişəm”

"Xeberinfo.com":  Məlumata görə, Deputat Fəzail Ağamalı qohumu, kriminal avtoritet – “Qanuni oğru” Rövşən Lənkəranski (Caniyev) ilə bağlı qalmaqallı açıqlamasına “düzəliş” edib. O, Moderator.az-a növbəti açıqlamasında iddia edib ki, Rövşən Lənkəranskinin “insani keyfiyyətləri haqqındakı” suallara cavab verməklə, böyük qəbahətə yol verməyib.

Fəzail Ağamalı kriminal avtoritetlə bağlı bir öncəki açıqlamasında bunları demişdi: “Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər həs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı Rövşənə hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”. 

İndi isə Fəzail Ağamalı Rövşən Lənkəranski ilə bağlı fikirlərinin yanlış anlaşıldığını və heç bir halda gənclərimizə örnək göstərmədiyini bildirib:

“Saytlardan birinin Rövşən Canıyevlə bağlı mənə ünvanlandırdığı suallar və mənim həmin suallara verdiyim cavabların bəzi soydaşlarımız tərəfindən sosial şəbəkələrdə və bir sıra saytlarda gedən şərh yazılarında arzuolunmaz notlar üzərində dövriyəyə buraxılması məndə böyük təəssüf hiss doğurur.

Mən KİV üçün açığam və bunu mənimlə ünsiyyətdə olan bütün KİV təmsilçiləri bilirlər. Cəmiyyəti maraqlandıran məsələlərlə bağlı KİV-in mənə müraciəti, əgər o müraciət və ya informasiya həm peşəkarlıq, həm də dəqiqlik baxımından problem doğurmursa, tərəfimdən cavabsız qalmır.

Jurnalistin adı Azərbaycan və Rusiya mətbuatında tez-tez hallanan Rövşən Canıyevin insani keyfiyyətləri haqqındakı suallarına cavab verməklə, düşünürəm ki, böyük qəbahətə yol verməmişəm.

Heç bir halda Rövşən Canıyevi gənclərimizə nümunə göstərməmişəm və belə bir düşüncənin daşıyıcısı da deyiləm. Siyasətdə olan şəxs və Milli Məclisin deputatı kimi bütün yazılarımda, müsahibə və açıqlamalarımda hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verməsinin zəruriliyini önə çəkmişəm. Və gənclərimizi, soydaşlarımızı həmişə mahiyyətindən asılı olmayaraq cinayətdən uzaq olmağa çağırmışam. Bu mənim konyukturadan uzaq, hüquqi dövlətə yanaşmağımın fundamental prinsipdi.”

Fəzail Ağamalı daha sonra təəccüblü və qəbahətli açıqlamasını kompensasiya etməyə cəhd edərək, “tam əminəm ki, gənclərimiz dünən və bu gün olduğu kimi, gələcəkdə də Azərbaycanı həm də regionun lider dövlətinə, dinamik inkişaf edən, çiçəklənən ölkəyə çevirən vətənpərvər, qətiyyətli və müdrik prezidentimiz İlham Əliyevdən örnək götürüb və bundan sonra da örnək götürəcəkdir”, deyə əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam