HÜSEYN CAVİDƏ SƏMƏD VURĞUN QISĞANCLIĞI...
"Xeberinfo.com" Azadlıq.org-a istinadən xəbər verir ki, "Hüseyn Cavid,Müşviq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar. Bütün ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq Sovetplatformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalqdüşmənlərinə təşkilatuzim in qapılarını açmışıq...”
“Ədəbiyyat qəzeti”,9 iyun 1937-ci il. Səməd Vurğun...
Bu sözügedən dövrdə gedən məqalədən qısa sitat, bu və bunun kimi fikrlərə rəğmən oxucu olaraq öz fikirlərimi sizlərlə belə bölüşürəm.
Hörmətli oxucular, ədəbi mühitin yaradıcı qələm sahibləri! Sizlərə müraciətlə oxucu kimi bir şeir paylaşmaq fikrindəyəm. Bu şeirin müəllifi bizlərin ta kiçik yaşlarımızdan dərsliklərdən sevə-sevə oxuduğumuz Azərbaycan şerinin , “Muğan” poemasının, “Vaqif” dramının müəllifi, bu günə kimi də oxucuların diqqətində şeirlərilə yaddaşlardan silinməyən xalq şairi Səməd Vurğundur. 1937- ci ildə Ədəbiyyat qəzetində dərc etdirib, ünvanladığı insan isə Türk dünyasın mütəfəkkir şairi, 37-ci ilin repressiya qurbanlarından və haqqı göz görə-görə taptalanan “İblis”, “Şeyx Sənnan”, “Xəyyam” və bu kimi əsərlərin müəllifi səma şairi, yazıçı- dramaturq Hüseyn Caviddir... O şair ki, zamanın məngənəsində can verən türkçülüyün beşikdə məhv edildiyi bir zamanda öz türkçülüyünün qurbanına çevrilərək PANTÜRKİST adlandırılmişdir. Hüseyn Cavidin Stalin rejimində Mircəfər Bağırovun hakimiyyəti dövründə burulğana düşməsinin başlıca səbəbi bolşevik rejiminə baş əyməyib türkçülüyünü, dilini, dinini, Allahını, peyğəmbərinı inkar etməməsi olmuşdur. O, Səməd Vurğun kimi zamanın , dövrün nəbzini tutaraq traktordan, kombayndan, qısası “saray şairləri” kimi mövqe tutsaydı və mühitin ritminə uyğun əsərləri ilə yazıb yaratsaydı , o dövr üçün sayılıb -secilən, sözünü deyən şairlərdən olardı. Lakin Cavidin qələmi dövrünə görə biçilə bilmədi və bu hal onun ömrünün axırına kimi özünü göstərdi. Sanki o dövrdə bəzi qələmi düşgün yazarlar, şairlər əllərinə fürsət düşmüş kimi meydan alıb ədəbi mühiti ələ keçirdilər. Bar gətirməyən ağacın meyvələri kimi ədəbi mühitdə canlanaraq, yağışdan sonrakı alaq otları kimi görünməyə başladılar. Qaranlıqda işıq saçan, işıqda görünməyən qələm sahibləri ədəbi mühiti bürüdü. Bolşevik rejiminin rəhbərləri isə yaranmış vəziyyətdən yararlanaraq, xüsusi rejim çərçivəsində Azərbaycanda ədəbi mühitin qaymaqlarını müəyyən bahanələrlə aradan götürməklə, bir durğunluq yaratdılar. Stalin rejimində Sovetlər birliyi 37 –ci il repressiya dövrü kimi yaddaşlardan silinməyərək tarixə düşdü. Unutmayaq ki, həmin dövr kimlərinsə yaradıcılığının çiçəklənməsinə təkan oldu. Çünki Hüseyn Cavid kimi çoxları bəzi bədxahların əli ilə represiyanın qurbanına çevrilmişdi. O mühitin burulğanından aydan-arı, sudan duru çıxan bir çoxları kimi həmin dövrə görə heç bir maneələrlə qarşılaşmayıb, yazıb-yaradan Səməd Vuğun idi. Səməd Vurğun bolşevik rejiminin nəbzini yetərincə tuta bildi. O dövr üçün Səməd və onun kimilərin meydanda seçilməsi labüd idi. Məhz bu baxımdan onun kimilər Stalin rejiminə baş əyərək yaşayıb - yaratmalı idilər. Məni bir oxucu kimi maraqlandıran bir nüans vardı. Axı niyə günəş kimi parıldayanların üzərinə Səməd Vurğun kimilər kölgə salmalı idi. Bunun sirri nə idi? Niyə qələm adamları təhrik olunaraq öz həmkarlarını arxadan vuraraq Sibirin çöllərinə yolçu edilirdi? Yəni lazım idimi ki, xaıqın sevimlisi olan Səməd Vurğun kimi şair təhrik olunaraq Hüseyn Cavidin əlehdarına çevrilsin.
Əziz oxucular, bəlkə də sizlərə təəccüblü görünəcək, çünki həqiqət illər uzunu gizlədilmişdir. Mən bu yaxınlarda özlüyümdə götür-qoy etdiyim bir faktın şahidi oldum. Əlimə yuxarıda qeyd etdiyim tam mətnli şeir keçdi. Sözü gedən şerin mətni dediyim kimi tamamilə Səməd Vurğun tərəfindən Hüseyn Cavidin əleyhinə yazılaraq Ədəbiyyat qəzetində dərc edilmişdir. Düzdür, Stalin rejimi devrildikdən sonra bəzi qələm sahibləri zamanında Cavidin adını dilinə gətirməyə belə qorxan tədqiqatçılar yazıb-yaratmağa başladılar. O cümlədən 84-cü ildə müəyyən qədər Cavid xofu ədəbi mühitdə qalmaqda davam etsə də, təqdirə layiqdir ki, Rafael Hüseynov müəyyən qədər Turan Cavidin arxivindən yararlanaraq “Vaxtdan uca “ əsərini ədəbi mühitə təqdim etmişdir. Qeyd etdiyim kimi, Cavid yaradıcılığına baş vuran tədqiqatçı alimlər çox idi. Hər bir yazarın, alimin qələmində müəyyən qədər təhrif olunmuş istinad nöqtələri bilinməyən dəlillər göstərildiyindən oxucular tərəddüd içində idilər. Elə bu qəbildən də ədəbi mühitdə Cavidi özü kimi xalqa və Cavidsevərlərə təqdim etmək üçün elmi mənbələrə əsaslanan bir tədqiqat əsərinə ehtiyac duyulurdu ki, təhrif olunmuş fikirlərin üzərinə su çilənsin. Nəhayət uzun elmi araşdırılmalardan sonra görkəmli alim Azər Turan tərəfindən tədqiqat əsəri “Cavidnamə”ədəbi mühitə və oxuculara yüksək səviyyədə təqdim olundu. “CAVİDNAMƏ” ədəbi mühitə gəlişi ilə çox bulanmış suları durultdu və bu əsəri oxuyaraq Cavidsevər kimi əsər haqqında öz fikrimi yazıb mətbuat səhifələrində oxucularla bölüşmək mənə də nəsib oldu. Hər iki alim yüksək səviyyəli mənbələrdən əldə etdikləri fikirləri tədqiq edərək oxuculara çatdırmağa çalışmışdır. Mən yuxarıda qeyd etdiyim şeri isə Rafael Hüseynovun “ Vaxtdan uca” əsərində yarımçıq formada oxuyaraq əsər haqqında yazdığım məqalədə Rafael müəllimi ittiham edirdim ki, niyə əsaslandırıb şerin müəllifini təqdim etməyib. Uzun müddət gözüm arayıb-axtarıb sözügedən şeiri oxumaq arzusunda olmaqla müəllifini axtarmışam. Nəhayət bu yaxınlarda şeiri dəyərli mənbədən əldə edərək, düşüncəmdə yanılmadığıma tamamilə əmin oldum. Demək xaincəsinə yazılmış misraların üzdəniraq müəllifi, döğrudan da Xalq şairi Səməd Vurğun imiş. Hörmətli oxucular,mən həmin şerin tam mətnini sizlərə təqdim edirəm.
Səməd Vurğun Ədəbiyyat qəzeti, 16 iyun 1937-ci il..!
(Xalq düşməni Hüseyn Cavidə)
Sən ey böyük günlərin, adına böhtan atan
Vətəninə, xalğına xain çıxan şarlatan.
"Gözəllik" aşiqiyəm deyən, deyilmiydin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən.
Adına millətçilər dedi "böyük sənətkar"
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr "Hamidi" vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosaya saqqal etdin.
Azərbaycan şairi olsa da murdar adın,
Sultanların, xanların sinisini yaladın.
Utanmadan Vaqifin, Fizulinin, üzündən,
.............................................................????
O murdar arzuların torpaqlara gömüldü
Sənin yaratdıqların özündən əvvəl öldü.
Dəyərli oxucular gəlin birlikdə şeri tədqiq edərək nəzərdən keçirək. Yuxarıda göstərilən iki misraya baxaq.
Sən ey böyük günlərin, adına böhtan atan
Vətəninə, xalqına xain çıxan ŞARLATAN..
Görəsən, Cavid hansı böyük gününə üsyan edib böhtan atır..? O böyük gün ki, dilini , imanını , dinini və öz türkçülüyünü inkar etməli imiş? Demək Cavid göstərilən meyarlara əməl etmirsə, xalqına böhtan atır, o mühitin abı- havasına görə yazıb yaratmırsa, demək şarlatandır. Sizcə Cavid “şarlatan” ola bilərdimi??! Cavid ALLAHI inkar etsə idi, nədən repressiyanın qurbanı olurdu? Əgər bu ittihamlarla yüklənirdisə Hüseyn Cavid ideologiyası niyə yenidən qurula bilmədi? Xahiş edirəm oxuduqca özlüyünüzdə cavab axtarmağa çalışın əziz oxucular! Başqa iki misraya diqqət edək:
Adına millətçilər dedi “Böyük” sənətkar
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Səməd Vuğunun bu misralarına diqqət yetirsək görərik ki, həqiqətən bir sənərkar qısğanclığı özünü açıq-aşkar göstərir. Bəs maraqlıdır görəsən, o kimlərə mürəciət edərək deyir: “gəlin düz araşdıraq sənin sənətinmi var?” Bəs o dövürdə sənəti ilə ədəbi mühitə səs salan kim idi? Hüseyn Cavid deyildimi? Şeirdə axırıncı iki misranı araşdıraq:
O murdar arzuların torpaqlara gömüldü
Sənin yaratdıqların özündən əvvəl öldü.
Səməd Vurğunun təbirincə desək, hansı murdar arzulardan söz gedirdi. Millətin türklüyündənmi, böyüklüyündənmi, yeni rejimə baş əyməməkdənmi, ya ALLAHINI danmaqdanmı? Bəs Səməd Vurğun Azərbaycanlı, Türk deyildimi? O özünü hansı millətdən hesab edirdi? Səməd Vurğun qəlbində ikrah hissi ilə “sənin yaratdıqların özündən əvvəl oldü” deməklə nəyi işarə edirdi? Demək belə nəticəyə gəlməyə əsas var ki, Səməd Vurğun canla-başla hazır idi ki, Hüseyn Cavidi arxasından vuraraq məhv etsin. Çünki onun könlündən o dövrə görə Xalq Şairi adını daşımaq keçirdi. Məsələ məlum idi.Bəlkə də, sizlərin bu şeirdən və onun müəllifindən xəbəriniz olmayıb. Amma mənə elə gəlir ki, sizləri düşündürəcək. Düşündürəcək ona görə ki, belə yazıyla rastlaşan hər oxucu özünə sual verəcək ki, görəsən bu gün Xalq şairi kimi qəbul etdiyimiz və sevdiyimiz Səməd Vurğunda Hüseyn Cavidə qarşı olan İKRAH nədən imiş? Nədən axı, hansı ilhamla belə yaradıcı, öz türklüyünü danmayan şair haqqında xoşa gəlməyən təhqiramiz şeirlə Ədəbiyyat qəzetində çıxış etsin? Mənim isə bir oxucu kimi gəldiyim qənaət budur ki, Səməd Vurğun yenidən qurulmaq üçün dövrə görə belə mövqe tutmalı imiş. Əgər o müstəvi üzərində kəsişməyən paralel xətt kimi görünməsəydi 37 repressiyanın burulğanından aydan-arı,sudan-duru çıxmazdı. Amma artıq sular durulub. HAQQ nazildi, lakin üzülmədi. Bu gün Səməd Vurğunu yalnız AZƏRBAYCANDA və keçmiş SSSRİ dövlətlərində tanıyırlar. Lakin onun "xalq düşməni" dediyi Hüseyn Cavidi bütün Türk dünyası tanıyır və onu AZƏRBAYCANIN Şekspiri adlandırırlar. Bu günki dövrdə Cavid irsinin öyrənilməsi üçün çox böyük işlər görülməkdədir. Unutmayaq, Cavidsevərlər var ki, onu nəinki Türk dünyasında, hətta dünyada belə təbliğ edirlər.. Belələrini canı- könüldən alqışlayıram. Cavid hər bir sevgiyə layiqdir. Ən azı o dövrdə yəni sovet dönəmində ALLAHSIZ kitabçası paylanıb, insanları dinindən, dilindən, zatından döndərilən vaxt öz türklüyünü sübüt etmək üçün CAVİD taxtında MÜCAHİD kimi əyləşərək sənəti, qələmi ilə bolşevik rejiminə qarşı müsəlləh əsgər kimi mübarizə apardı və bu gün HÜSEYN CAVİD öz taxtında əyləşərək öz kəndirində boğularaq inildəyən ədəbi mühitə ZİRVƏDƏN baxır. Bir məlumatı da nəzərinizə çatdırım ki, bu yaxınlarda Mətbuat Mərkəzində keçirilən“Cavid Ədəbi Məclisinin” 28 oktyabr tarixində təşkil etdiyi anım günündə mən də Cavidsevər kimi iştirak etdim və bu münasibətlə Türk dünyasının mütəfəkkir şairi Hüseyn Cavidin anım gününə həsr etdiyim şeri Cavid sevgisi ilə sizlərlə bölüşürəm. Bütün Cavidsevərlərə Hüseyn Cavid ucalığı arzu edirəm.
UYU SƏN...! UYU RAHAT YAT...
CAVİD..!
EY...Mübariz Mücahid
EY adil,aqil insan...
Haqqına yetən Zahid!
Ucaldın Türklüyünlə.
Əyilmədin zülmü-ərşə
Cavid böyüklüyünlə.
Sevdilər artıq sənin,
“Səyəvuş”-nu, “İblis”-ni.
Miras qalan izini.
Adın bizə Türk deyir,
Ucasan böyük deyir.
Lənət dövrü zamana
Yenilmədin yamana,
Lənət haqq əyənlərə!
Haqqına dəyənlərə!.
Yenəmi adın “xofdu”?
Deyirəm, yanılmıram.
Yenəmi yadın çoxdu?
Adının böyüklüyü,
Səni ki, əyənlərin,
Qəlbinə, tikan, oxdu.
Hüsni Xuda şairi!
Bu gün adın eldədir,
Ruhun bizimlədirsə,
Hər sözün dillərdədir,
Zirvələrdə, GÖYDƏDİR..
Uyu sən! uyu, rahat yat
Itmiş haqqın yerinə,
Uca zirvələrdən bax!!!
- P.S...Bütün yazdığlarıma rəqmən belə deyə bilərəm. Səməd Vurğun əgər sovet dönəmin təkidi ilə belə bağışlanmaz əməllərə təhrik olunmuşdursa bəs nədən illər sonra əgər özünü günahkar bilmirdisə, gizli də olsa etiraf yazıb qoymayıb. Yəni o başa düşmürdü ki, gec-tez haqq öz yerini tapacaq? Məgər bilmirdi ki, vaxt gələcək ZAMAN özü onu ittiham edəcək...
TƏRANƏ ŞƏMS...