Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

     GƏNC ŞAİRİN İLK KİTABI

   

                                       

 Yenixeber.org: Həyat qəribədir. Özü də çox qəribə. Və elə qəribədir ki,adam düşündükcə düşünür.  Həyatın qəribəliyi haqqında adam özünə tez- tez qəribə- qəribə suallar verir və bu sualların çoxsunun cavabını heç cür tapa bilmir. Elə "niyə?", "niyə?"deyib durur. Məsələn: Niyə filankəs mənim naliyyətimə, uğuruma paxıllıq edir, gözgötürməzlik edir? Niyə bəhmənkəs məni sevmir, yaxşılarımı pis kimi qələmə verir? Cavablar təxminən belədir: Filankəsin də, bəhmənkəsin də istedadı, bacarığı mənimki qədər deyil. Və yaxud uğur qazana bilmir, naliyyət əldə edə bilmir. Bəlkə də bəxti gətirmir. Bir sözlə paxıldır, qəlbi qaradır və s.

  Amma həyatın başqa bir üzündə qohum- əqrabanın,dostun, tanışın, qonşunun xırda bir uğuruna, naliyyətinə sevinən, xeyir- dua verib onu ruhlandıran, həyat eşqini artıranlar da var. Velələri təmiz və kamil insanlardırlar. Onlar qohum- əqrabanın, dostun, tanışın, qonşunun uğurlarına öz uğurları qədər sevinirlər.

  Paxıllıq, gözgötürməməzlik ədəbiyyatda daha çoxdur. Ələlxüsüus da, gənc yazarlar arasında. Əminliklə deyə  bilərəm ki, mənim tanıdığım gənc yazarlar arasında bunu hələ ki, müşahidə etməmişəm. İnanıram ki, inşallah, bundan sonra da görməyəcəm. Amma bir- birinə kömək edən, məsləhət verən, hətta kitablarının redaktoru, məsləhətçisi olan dostlarını  görmüşəm.  Sözünə və özünə dəyər verdiyim gənc şair Firuzə Orucun "Adını "sən"qoy" kitabının elə ilk səhifəsini açanda bunun canlı şahidi oldum. Gənc şair Xəlil Adgözəl kitabın bütün məsuliyyətini öz boynuna götürüb, kitabın redaktoru odub.

  Kitaba yaşlı nəslin nümayəndəsi şair, jurnalist Əvəz Qurbanlı "Bir qurşun sıxasan intiharlara..."adlı geniş ön söz yazıb. Ağsaqqal xeyir- duasını verib. O, gənc müəllifi, istedadlı, hünərli, fədəkar bir şair kimi oxuculara təqdim edir. Çünki bu gün bədii söz  dünəndən daha ciddi şəkildə sınağa çəkilir. Bu söz sınağından cıxmaq, geniş oxucu kütləsi arasında şair kimi tanınmaq böyük istedad, bacarıq və fədəkarlıq tələb edir. Mən Firuzə Orucun bir oxucusu kimi bir mənalı olaraq deyirəm ki, Firuzə xanım şairdir, söz adamıdır. O, söz meydanına sadəcə seyrici kimi gəlməyib, bu meydanda "at çapmaq", "meydan sulamaq" , ad qoymaq üçün gəlib, şair kimi tanınmaq üçün gəlib. Ürəkdən deyirəm:- Firuzə Oruc, söz meydanına gəlişin mübarək!

  Firuzənin şeirlərində bir ucu olumlu, bir ucu ölümlü dünyanın ağrıları da, sevincləri də var. Bu ağrılar, sevinclər, istəklər, arzular elə bir poetik dillə oxuculara çatdırılır ki, gənc şairin söz adamı olduğuna heç bir şübhə yeri qalmır. Ədəbiyyata gəlmək, hələ mütləq şəkildə ədəbiyyatda qalmaq deyil. Bu yol enişli- yoxuşlu bir yoldur. Bu yolu uğurla getmək üçün təkcə istedad kifayət etmir, həmi də bacarıq, fədəkarlıq lazımdır. Əvəz Qurbanlının təbrincə desək, Firuzə Oruc istedadlıdır, bacarıqlıdır, fədəkardır. Bu baxımdan da Firuzənin şeirləri uğurludur, oxunaqlıdır, düşündürücüdür.

  Firuzənin şeirlərində mükəmməl bir obraz var. Onun adı insandır. Müəllif tez- tez ona müraciət edir, ondan kömək, yardım istəyir. Yolu- izi hamar olmayan dünyanın yolunda yıxılıb qalxmaq da var.Bunun üçün o, insandan tanışlıq istəyir. Eyni zamanda ona ağrıdan, acıdan uzaq olmaq, özüylə baş- başa qalmaq, inanc yağışlarından qorunmaq üçün çətir də lazımdır. Şairin həmin adamdan bir xahişi də var. Ondan çox yox, bircə məktub istəyir. Bu məktubun  rəngli bəyaz olsun və o  könlünün söz- söhbərini kəlmə- kəlmə oxusun. Müəllif şeiri belə bir sonluqla bitirir:

                                                   Mənə bircə məktub yaz,

                                                   Bizi heç ayırmayan         

                                                   Taleyinin yolunda

                                                    Sonuncu dayanacağın

                                                     Ən son məktubun olum.

  Başqa bir şeirində şair tanıdığı, bildiyi, ərk etdiyi adama üzünü tutub deyir:

                                                      Ey yolumu kəsən adam,

                                                       Cücərtdiyin bir ümidin fırçasıyla

                                                      Yastığımın daş yerinə,

                                                      Ürəyimin boş yerinə,

                                                       Bacarırsan, çək şəklimi.                                               

     

  Firuzə xanımın adam obrazı safdır, təmizdir. Ona görə də qurtum- qurtum içilən yalanlar onun boğazından keçmir. Müəllif  şeirin sonunda saf adama məsləhət görür və deyir, "Bu dünyanın işiylə ürəyini yorma gəl,Özünü qoru daha. "

    Firuzə Oruclu şeirlərində çox işlənmiş, gözü yoran, dili döyənək edən sözdən qaçır, yeni söz, təzə fikir işlədir. Bir sözlə Firuzə xanım sözünün, hissilərinin, duyğularının önündə gedir. Məhz şeirdə də elə bu əsasdır.

   Şairin poeziyasının gücü, qüdrəti onun daxili səviyyəsində olduğu kimi zahiri məsumluğunda da görünür. Müəllifin özü nə qədər təmizdirsə, məsumdursa, poeziyası da bir o qədər hay-küydən uzaqdır. Və bu məsumluq, təmizlik, utancaqlıq onun sevgi seirlərində də aydın nəzərə çarpır.

  Poeziya bütün zamanlarda gerçəkliyi, görünəni, duyulanı, qiymət veriləni özündən ayrıb, başqa bir formada- şeir formasında oxuculara çatdırılmasını istəyir. Şeirin möcüzəsi, böyüklüyü də məhz elə budur. Söz adilikdən çıxır və ilahiləşir. İlahi sözün qarşısında heyrətdə qalırıq.

    Dünya ədəbiyyatında dünyaya həsr olunan saysız- hesabsız şeirlər yazılıb. Azərbaycan ədəbiyyatında da bu istisna deyil. Kimi onun ölümlü, itimli olmağından, kimi amansızlığından, etibarsızlığından, vəfasızlığından, heç kimin olmamasından, kimi də böyüklüyündən yazıb. Firuzə Oruc isə dünyanın ürəyi boyda olduğunu deyir.

                                                            Sevinci, kədəri içində gəzən

                                                            Bir çevrə boyunca fırlanan dünya.

                                                            Elə həmin biçim, həmin ölçüdür,

                                                            Ürəyim boydadı elə bu dünya.

  Sevgi yatmır, o hər zaman oyaqdır. Şair oyaq sevgini poeziyanın diliylə belə təsvir edir:

                                                          Gəlirsən, gəlirsən lap uzaqlardan,

                                                          Yuxusuz sevgimə sığal çəkməyə.

                                                          Gəlirsən dərdimi əzizləməyə,

                                                         Gəlirsən dərdimi təzələməyə.

                                                         Bir ağır yük qopur çöl ürəyimdən,

                                                          Əlindən tutmağa taqətim olmur.

                                                          Ömürdən bir yarpaq geriyə düşür,

                                                          Eh...O boş yerinin tən ortasında,

                                                           Sənli xatirələr yadıma düşür. 

 Son illər müəyyən səbəblərdən Azərbaycanda da baş verən intihar hadisələri haqqında yazılan bədii- publisistik yazılar daha çox qəzet səhifələrini bəzəməkdədir. İntiharı heç bir adam təqdir etmir, əksinə hər kəs bunu şiddətli şəkildə qınayır. Artıq bu hal cəmiyyətdə və ədəbiyyatda aparıcı mövzuya çevrilib. Firuzə Oruc da İntiharla bağlı "Bir qurşun sıxasan intiharlara"adlı etiraz,üsyan şeirini yazıb. Özü də əla.

                                                         Bezib bu həyatın ağrılarından,

                                                          Özünü vurasan yağışa, qara.

                                                          Sonra da əlinə alıb silahı,

                                                          Bir qurşun sıxasan intiharlara.

 Mən tam əminəm ki, gənc şair Firuzə Orucun ilk kitabı olan "Adını"sən" qoy" u dəyərli oxucuların masa üstü kitabı olacaq, müəllifin yeni- yeni kitablarının nəşrini gözləyəcəklər. Firuzə xanım, bu yolda sənə yaradıcılıq uğurları arzulayıram.

                                                    Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.                                                                                                                         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam