Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İRƏLİ GETMİŞİK, YOXSA GERİ?


Xeberinfo.com:   Son günlər rəhmətlik Seyid Əzim babam tez-tez yuxuma girir. Seyid Əzim Şirvanini deyirə e. Həmyerliyik axı. Ona görə baba deyirəm. Rəhmətlik elə şəkillərdə gördüyüm kimidir, ancaq yaman qocalıb. Ağ cübbəli, saç-saqqalı qar kimi ağ, üz-gözündən nur tökülən pirani bir kişidir.
Bu gecə də yuxuma girmişdi. Dinib -danışmırdı, mənim də dilim-ağzım qurumuşdu. Maddı-maddım baxırdım. Məkanı cənnətlik də bir xeyli mənalı-mənalı üzümə baxdı, sonra gəldiyi kimi də qeyb oldu.
Səhər duranda hardansa yadıma rəhmətliyin bir həcvi düşdü. Öz-özümə xeyli güldüm. Yəqin sizin də yadınızda olar. Həcvin məzmunu təxminən belə idi:
"Bir kəndli sevinə-evinə evinə gəlir. Ömründə ərini belə sevinən görməyən arvadı tələsik soruşur:
--A kişi, xeyir olsun, niyə belə sevinirsən?
Kişi əlüstü cavab verir:
--Necə sevinməyim, ay arvad. Bu gün xan məni dindirdi.
--Nə dedi?
--Dedi ki, ay it, yoldan çıx!
İndi fikir məni götürüb. Görəsən, babam bir də haçan yuxuma girəcək?! Bir də gəlsəydi, soruşardım ki, ay baba, sən bilən, biz o vaxtdan bəri xasiyyətcə çoxmu irəli getmişik? Yoxsa elə həminkiyik?
Allah bilir, bəlkə də onu bir daha görəmək qismət olmayacaq. Bu sullar da ürəyimi deşə-deşə qalacaq cavabsız. Gərək birinci dəfə yuxuma girəndə soruşaydım. Yox, soruşa bilməzdim. Cürət eləməzdim. Axı, o elə- belə adam deyildi--Seyid Əzim Şirvani idi.
Deyirəm, bəlkə özümüz fikirləşək: Biz xasiyyətcə irəli çox getmişik, yoxsa geri?

 

ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam