Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanlılar alman həkimi belə şoka saldı

 Bir əsgər yoldaşım vardı, tərxis olunduqdan sonra da tez-tez görüşürdük. Dələduzun yekəsiydi. Amma zalım oğlunun suyu şiriniydi, adam küsə bilmirdi ondan. Bir dəfə eşitdim ki, xaricə işləməyə gedib, özü də hara olsa yaxşıdır? Almaniyaya!
Yenixeber.org: Çox keçmədi, xəbər gəldi ki, ölkədən deportasiya edilib. Vaxt edib görüşdük, məlum oldu ki, Almaniya qanunlarının gücü çatmayacaq bu fırıldaqçı dostumun ölkəyə girişini məhdudlaşdırmağa. Dedim, axı, zalım oğlunun suyu yaman şiriniydi. Elə bu sudan bir alman qızına necə dadızdırmışdısa, bir neçə aya uşağı doğulacaqdı.
Bu da eləmə tənbəllik, atalıq hüququ-filan bəhanə edib, təzədən yollandı Almaniyaya, evləndi uşağın anasıyla. İndi də bir uşağa görə alman qanunları yedirib-içirdir dostumu. Amma dostum dinc dayanmaz, son dəfə eşitdim ki, arvadını möhkəmcə döyüb. Bu hadisə belə qanunlara imkan vermədi qovsun ölkədən bu yekəbaşı, ancaq qadından müəyyən məsafədə uzaq durmağa məhkum edildi.
Əcəb ölkədi ha! Arvadını döyübmüş! Arvad döymək nədir ki! Hələ şükür etsinlər, saçından tutub sürüməyib...
Hərdən darıxıram dostumçün, o qədər darıxıram ki, Almaniyadakı həmyerlilərimiz haqda xəbər eşidən kimi sevinirəm. Amma bu dəfə sevinə bilmədim, çünki qaçqınlara tibii yardım göstərən həkimlər yardımlardan imtina etmək qərarına gəliblər. Səbəbsə qaçqınların özlərini apara bilməməsi, həkimlərə qarşı hörmətsiz münasibətləri, kobud davranışları...
Özü də alman həkimlərini ən çox boğaza yığanlar elə azərbaycanlılarmış. Son dəfə biri həkimə zərbə endirib, elə bu hadisə də qırılma anı olub. Alman mediasına müsahibə verən həkim elə faktlar danışıb ki, bu onlarçün təbii ki, şok effekti yaradar. Amma bizimçün nədir ki?!
Misalçün, yazıq alman həkimlər hardan bilsin ki, biz niyə belə kobud olmuşuq. Onlar nə bilsin axı, bizim həkimlər xəstə görən kimi puldan başqa şey düşünmür. Pul da elə şeydir ki, nə qədər çox versən, o qədər yüksəkdən qışqıra bilərsən həkimin üstünə. Ey əziz alman həkimləri, vallah, siz çox səhv edirsiniz bizdən inciməklə. Şikayətiniz birbaşa həkim-xəstə münasibətini müəyyən edən həmkarlarınıza olmalı.
Sağlam adamların da gəlib xəstə adıyla bahalı dərmanlar, kosmetoloji vasitələr çırpışdırıb dəyər-dəyməzinə satmalarından gileylənirsiniz. Ey Hipokrat andına sadiqlər, nə biləsiz e, şikayətləndiyiniz adamlara burada nə qədər geydirmə dərmanlar satılıb, özü də sizin orijinal dərmanlarınızdan da baha qiymətə.
İndi biz yazıqlara çox görürsünüz vicdanlı, dürüst olmağınızdan azca yararlanmaqlarını. Niyə imkan vermirsiniz öz həkimlərimizin bizdən aldıqlarını sizdən çıxaraq?!
Ta bu qədər vicdanlı, dürüst olmuşkən, bir az da “anlayışlı” olun da, niyə biabır edirsiniz bizi cümleyi-aləmə?!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam