Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÇƏRXİ DÖNÜB ZƏMANƏNİN!

 

Aşiq dostum,qəm eyləmə,

Dərdi qəlbə cəm eyləmə,
Ömrü eşqə şəm eyləmə,
Eşqi puçdu divanənin,
Çerxi dönüb zəmanənin!

Haqq verirəm düz sözüne,
Yanmisan eşqin közünə,
Zülüm vermə gəl özüne,
Çox günahın yoxdu sənin,
Çərxi dönüb zəmanənin!

Sevgi qaldı nağıllarda,
Xəyallarda,ağıllarda,
Məhəbbət indi dollarda,
Yoxsa pulun,yox sevənin,
Çərxi dönüb zəmanənin!

Daha yoxdur o Leyliler,
Sevənlər Məcnun deyiller,
Sevgini pula əyirlər,
Vaxti keçib sən deyənin,
Çerxi dönüb zəmanənin!

O,varlıdır sense sail,
Tayın deyil dostum,ayıl!
Dədəsi qıllı əzrail,
Öldürsə olmaz bilənin,
Çarxı dönüb zəmanənin!

Sev kasıb kişinin qızın,
Olsun həm qışın,həm yazın,
Çək ailənin hər bir nazın,
Şah ol başında ailənin,
Çərxi dönüb zəmanənin!

 

Metleb Tenha


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam