Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MƏNDƏN SORUŞAR...


"Xeberinfo.com":  
Bahar soraqlı yazım, səni məndən sorar.
Çəkdiyim əzabdan, qəmdən söz alar
Məndən soruşar. 
Nədən belə gözlərinə qəm çöküb?
Gözünün nuruna, niyə belə nəm çöküb?
EH...!
Nə söyləyim insafsız, gələn yazıma
Titrəyən əlimə, qələm yazıma.
Yazım ki, sevdiyim əhdə vəfasız,
Yazımı qışıma, qatdı vəfasız.
O heç bildimi, sevmək nədir?
Odunda alışmaq, kül olmaq nədir? 
Hərdən qorxaram sən ki, görməzsən.
Yaşa dönər gözlərimdə, 
Könlüm, gömər udar.
Sonda, ölümə xitab edirəm
Qurtar qəlbimi, bu bəladan qurtar.
Yağışa, yağmura,dönüb gümanım
O zalımın qəlbinə,
Bir zərrə,sevgi umanım.
Xoş ovqatlı, baharım..!
Təmizlə, qəlbimi zərrə-zərrə
Könlüm dönüb yumağa,
Açılsın əlçim-əlçim, ilmə-ilmə.
Bəlkə, deyim sözümü
Mənə dözüm vermə daha 
Dönmək istəmirəm, birdə o çağa
Düşüncəm, xəyalım onu unutmaq. 
Qayıdıb yenidən, mənə DÖN desə,
Mən yoxam artıq, mən yoxam artıq!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam