Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qutsal “İçdən Yaranma” Bitiqi çap olundu

 

 

 "Xeberinfo.com": Ürəyinizdə Günəş olsun sayğılı oxucular!

Asif Atanın Qutsal “İçdən Yaranma” BİTİQİ (kitabı) çapdan çıxdı.

Kitab yaxın günlərdə Bakıda və Sumqayıtda çoxsaylı kitab evlərinə təqdim ediləcək və oxucuların ixtiyarına veriləcək.

Bilgi üçün burada Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.

 

Dünya İçindən Yaranır

 

Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə sözümə başlayıram.

Bundan sonra yaşamağın fəlakətli gedişatından xilas axtaran bəşəriyyətin gələcəyi Asif Ata varlığına bağlıdır. Mütləqə İnam insanın özü qarşısında yaratdığı uçurumdan onu adlatmağa zəmin yaradır.

Mütləqə İnama qədər nisbi ideallara tapınmaqla insanlığın sonuna gəlib çıxdı dinlər. Dinlərin nisbi müqəddəsliyindən, nisbi həqiqətin­dən ayrılmağın vaxtıdır. İnsan yalnız Mütləq Ölçü ilə yaşayıb var ola bilər. O, nisbi ölçülərlə heyvanilik səviyyəsinə endi. Bu səviyyə ilə varlığı ayaqda tutan bütün ruhani məziyyətləri itirməkdədir, itirməyə doğrudur. İnsan ata ola bilmir, ana ola bilmir, qardaş ola bilmir, bacı ola bilmir, dost ola bilmir, vətənli ola bilmir, nəhayət, gələcəkli ola bilmir. İnsanın texnika erasında gələcəyə işıq yandırmaq arzuları puç oldu. İndi o, insanilik yüzilinin işıqlandırdığı dünyaya üz tutmalıdır.

Dünyanı hər şeydən başladılar, dünya yarımçıq oldu. Bəşəriyyətin xoşbəxtlik idealı mənasız eksperimentlər girdabında ilişib qaldı. Asif Ata deyir dünyanı İnsanlaşma ideyasından başlamaq gərəkdir, – texnologiyalaşan dünya İnsaniləşən dünya ilə əvəz olunmalıdır. İnsaniləşən dünya necədir, necə oluşur – bunu Onun (Asif Atanın) Qutsal Bitiqlərindən öyrənmək olar.

Sayğılı oxucular, indi sizə Asif Atanın “Qutsal Onluq”undan “İçdən Yaranma” Bitiqini – kitabını təqdim edirik. “Qutsal Onluq” Asif Atanın 45 kitabını özündə birləşdirir. Ocaq 45 kitabı məzmunlarına görə təsnifatlaşdırmış və uyğun məzmunluları bir arada birləşdirmişdir. Beləliklə, 10 + 3 cilddə bütün kitablar sistem halına gətirilmişdir.

“İçdən Yaranma” İnamın 7 kitabını özündə birləşdirir. Asif Atanın bir çox kitabalrı həcmcə kiçik ölçülü kitablardır. Bu kitablarda dünyanın heç bir düşüncə, fikir adamından örnək göstərilmir, heç kimin dediyi, kitabı, heç bir hadisə, heç bir proses şərh olunmur. Hətta Asif Ata özü özünü belə, şərh eləmir. (“Gerçəkliyi Ötmək” kitabı istisnadır, çünki kitab bədii fəlsəfi tənqid yönündə yazılmış­dır). Tam olaraq, mahiyyət üstə fikir söylənilir. Fikir kitabı, düşüncə kitabı, məzmun kitabı adlandırmaq olar Asif Atanın hər bir kitabını.

“İçdən Yaranma”nın birinci kitabı “Dünyaçılıq – İnsançılıq” adlanır. Bu kitabda təbiətə münasibətin yeni ölçüdə dərk olunması aşkara çıxır. Burada təbiətə indiyə qədər ən çox panteist yanaşma ölçüsü Mütləqçilik ölçüsü ilə əvəz olunur, təbiətin mahiyyəti İnsani­liklə vəhdətdə götürülür. Ümumən təbiətə münasibət Mütləqə münasibət səviyyəsində izah olunanda təbiətə qarşı davranışların təzadları, ziddiyyətləri həllini tapır. Təbii ki, bu münasibətdə təbiətlə Mütləq eyniləşdirilmir. Mütləq – təbiətin daşıdığı mahiyyətdir...

İnsan təbiətə poetik yanaşanda ona bəslədiyi münasibət ideala bənzəyir. Ancaq gerçəklikdə bu münasibət qorunub saxlanılmır. Ümumiyyətlə, nə poeziya, nə də fəlsəfə ictimai problemləri həll edə bilmədi. Cəmiyyətin yaratdığı problemlər insanın təbiətə olan münasibətinin üzərinə çökdü. Asif Ata göstərir ki, bu ziddiyyətləri yalnız ruhaniyyat aradan qaldıra bilər. Ancaq ruhaniyyatı O, dini məzmunla eyniləşdirmir. Əksinə, təbiətə münasibətin əyilməsinin dinin Allahçılıq ideyasına bağlı olaraq, daha kəskin şəkil alması vurğu edilir. Bunun başlıca səbəbi odur ki, dində Allah təbiətüstü qüvvə kimi sunulur. Bununla da təbiət mahiyyətsizləşdirilir. Ancaq Asif Atada dünya Dünyalıqla vəhdətdə götürülür. Ona görə də təbiət mahiyyətinə doğma olur.

Dünyaçılıq – dünyanı bütöv götürmək və onu dərk eləməkdir.

Bitiqdəki (kitabdakı) “Kamilləşmə Əməli” insanı öz mahiyyətinə yetirir. Kitabda vurğulanır ki, Tanıma – Kamilləşmənin təməlidir. Deməli, insani yaşamaq Özünü, Dünyanı tanımaqdan, bilməkdən başlayır.

Kitabda “özüylədöyüş”ün nəliyi, necəliyi öyrədilir, əmələ başlamanın yolu izah olunur.

Adam başqasının davranışına irad tutur, acıqlanır. Bu o deməkdir ki, adam başqasının üzərində hakimlik eləmək istəyir. Başqasına münasibətdə özünü necə aparmaq əxlaqın birinci şərtidir. Başqasına münasibətdə yadlaşmaq, yağılaşmaq – içdə qəbahət becərmək, mənəviliyi inkar etməkdir. Başqasına insani münasibət, başqasının haqqını, azadlığını tanımaq – onda özünün insani keyfiyyətlərini görməkdir. Başqa sözlə, başqasılaşmaqdır, özünün insani kamilliyini təsdiq etməkdir.

Vətənə, xalqa, bəşərə münasibət də başqasına qarşı olan münasibətin doğruluğu, doğmalığı üzərində qurulur.

İnsan özündə İnam, İdrak, Mənəviyyat, İradə yaradır. Yəni, ruhunu bərpa edir, onu kamil səviyyəyə çatdırır. Yalnız bundan sonra o, ictimai şərlə döyüşə bilər. Özündə kamil ruh yaratmayan insana mübariz insan demək olmaz.

Bitiq “Daxildən Gerçəkləşmək” kitabı ilə davam edir. Asif Ata deyir Dünya Özündən yaranır. Yəni dünyadakıların təzahür etdiyi Dünyalıq dünyanın özündədir. Dünya qıraqdan yaradılmır və qıraqdan idarə olunmur. Dünyanın qıraqdan yaradılmasını iddia eləmək onu mahiyyətsiz bir biçimə çevirməkdir. Mahiyyətsiz dünya ilə insanın heç bir əlaqəsi yaranmaz. Bu cəhətdən dinin dünyaya münasibəti antidünyadır...

Asif Atada dünyanın mahiyyəti onun Dünyalıq adlı özümlüyüdür. İnsanın İnsanilik adlanan mahiyyəti də Dünyalıqla birdir. Ona görə də insanın kamilləşməsi – əslində Dünyalıq adlı mahiyyətə qovuşmasıdır. İnsanın dünya sevgisi onun öz İnsani mahiyyətinə olan münasibətidir. Allaha, yəni transendentala meyil edən adamın özünü sevməsi – əslində xudbinlikdir. Çünki Allahın, yəni transen­den­talın insana dəxli yoxdur.

Dünyalığa meyil edən insanın özünü sevməsi – əslində dünyanı sevməsidir. Çünki Dünyalıq onun özümlüyüdür. Dünya insanın gözündə mənalıdır, o, fani, oyun-oyuncaq deyil. İnsan dünyanı dərk elədikcə başqa bir dünya axtarmır, əslində başqa bir dünyanın olduğuna inanmır da.

...Dünya daxildən gerçəkləşir və daxildəkini ifadə edir.

“Gerçəkliyi ötmək” kitabında Mənanın vəsfi şeir örnəkləri vasitəsilə izah olunur. Gerçəklikdəki adilikləri, keçicilikləri görən ruh Mənaya can atır. İctimai həyatda bu, ən çox şeiriyyət vasitəsilə ifadə olunub. Həyata sığmayan ruh poeziyalaşır, təxəyyül şeiriyyət vasitəsilə Məna yoluna düşür...

<!--[if !supportLists]-->–             <!--[endif]-->Həyatda bioloji döyüş görürlər, güzəran qurmağı  bacarmaqda hünər görürlər, rəqabətdə qalib olmağı aqibət sayırlar. Həyatı ölümlüyə bərabər götürürlər. Əslində isə həyat sirlərlə, əsrarlarla zəngindir. Buna görədir ki, insanda yaşamaq eşqi tükənmir. İnam həyatı fani sayanları rədd edir. Öyrədir ki, həyat özündə özündən Yüksək olanı gəzdirir. İnsanın məqsədi həmin Yüksək olana yetməkdir; həyatı itirməmək, həyat vasitəsilə ölümsüzlüyü dərk eləməkdir. Həyatı itirməmək – yəni həyatın özündəki özündən Yüksəyi itirməməkdir.

Dünya dərk olunandır, çünki özündə özündən Yüksək olanı gəzdirir. Dünyanın qıraqdan yaradılıb idarə olunduğunu qəbul eləmək dünyanı dərk eləməməkdir. Çünki qıraqdan yaradılan dünya mahiyyətsizdir. Mahiyyətsizin dərk olunması anlamı isə yoxdur. Mahiyyətsiz bir şeyi dərk eləmək – yoxluğa düşməkdir.

“Özündən Yüksək” kitabında yuxarıda vurğulananları anlamaq başa gəlir.

Bitiqdəki kitablardan biri də “Bütövlük Həqiqəti” adlanır. Hər bir kitab adlarından göründüyü kimi, Asif Atanın Mütləqə İnam Dünyabaxışının məzmununu aşkara çıxarır. Bu kitabda ideal-gerçəklik münasibətlərinin mənasını anlamaq və öyrənmək olur.

Həyat gerçəklikdə adiləşir, bəsitləşir, cılızlaşır. Gerçəklik səviyyəsində idrak adiliyə, bəsitliyə, cılızlığa qulluq edir. Ancaq bütövlüyə can atan insan gerçəklik səviyyəsində həyatla barışmır. O, həyatı ideala yüksəltməyə, bənzətməyə çalışır. Daim ideal çağırışına doğru meyillənir, ideal tələblərinə əməl etmək istəyir. Bununla da insani münasibətləri tükənməkdən, həyatı ölməkdən qoruyur. Əslində Ali Həyat yaradır...

Asif Ata bəşəriyyətin ideya tarixində yeni mərhələ başlayıb – yeniləşdirir dünyaya, həyata, insana münasibəti. Yenidən yaradır uçulanı, dağılanı. Dünyaya münasibəti dəyişməklə əsilləşdirir. Bunun üçün dünyanın Özümlüyünə dayanır – Dünyanın Dünyalıq Mənasına İnam yaradır.

Mahiyyətsizləşdirilən Dünya Mahiyyətləşən Dünyaya Yüksəlir.

Atamız Var olsun!

 

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam