Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsulzadə, Mirzə Cəlil haqda nadir məlumat...- Foto

 

 

   

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd martın 3-də saat 16:00-dan 19:00-a kimi “AzərKitab”da imza günü keçirəcək.

 Yenixeber.org: Müəllif 2016-2017-ci ilin ən çox satılan kitablarından olan “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitablarını oxucular üçün imzalayacaq.

“Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məhəmmədquluzadə, Üzeyir Hacıbəyli, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar var.

“Mühacirlərin dönüşü” adlı kitabda isə Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material, Məhəmməd Əmin Rəsulzadənin 4 nadir fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazar və şairin həyatına dair fotolar, məlumatlar ilk dəfə olaraq yayımlanıb.

 

Qeyd edək ki, araşdırmaçı, yazıçı Dilqəm Əhməd 4 ilə yaxındır Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Onun 4 illik araşdırması nəticəsində ərsəyə gələn “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitabları “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunub.Kult.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam