Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MİNGƏÇEVİRDƏN GƏLƏN SƏSLƏR

MİNGƏÇEVİRDƏN GƏLƏN SƏSLƏR

 

 

 

 

 

MİNGƏÇEVİRDƏN GƏLƏN SƏSLƏR

 

Yenixeber.org: Həyat nə qədər şirindirsə, poeziya da həyat qədər şirindir. Lap dəqiq desək həyat elə poeziyadır.Şairlər həyatı poeziyadakı kimi görmək istəyirlər. Çünki poeziyadakı həyatda həsrət də, niskil də, qayğı da şirin olur. Və bu şirinlikdən təkcə şair yox, həm də oxucu dadır.

Müasir həyatın ziddiyyətlərini, xeyirlə,şərin mübarizəsini, haqq və ədalətin birliyini, haqsızlığa qarşı aparılan mübarizəni şair poetik dillə nəzmə çəkəndə daha anlaşıqlı, daha inandırıcı olur. İnsanın- oxucunun yaşamaq həvəsi, hiss və həyacanı artır. Və oxucu fədəkarlığ, döyüşkənlik, mübarizlik keyfiyyətlərinə malik olur. İnsanın ən böyük arzusu, istəyi azadlıq və bu azadlığın mayasında, nüvəsində olan işıq, nur, haqq və ədalətdir. Bu işıq, nur, haqq və ədalət klassik Azərbaycan ədəbiyyatından qaynaqlanır.

Şairin, yazıçının, bir sözlə yaradıcı insanın yaxındamı, uzaqdamı yaşamasından asılı olmayaraq onun səsi müxtəlif maniələr də olsa o səs gəlir və sən o səsi aydınca eşidirsən. O səsdə olan sevgi, məhəbbət, fərəh, qürur, qəhrəmanlıq, fədəkarlıq, Vətən, Torpaq, el- oba sevgisi qulağını oxşayır, ürəyini isidir. ovqatını xoş edir. Bu səsə haray da, hay da, torpaqların azadlığına dəli bir çağrış da, kədər də, ağrı da, sızıltı da...qarışıb.

Mənə görə Tanrı şairə, yazıçıya millilik və bəşərilik keyfiyyətləri verib. Şair, yazıçı hərkəsdən daha çox xalqının, millətinin, dövlətinin və dövlətçiliyinin, eyni zamanda həm də bəşəriyyətin dərdini çəkir. O dərdin, ağrının, haqsızlığın, ədalətsizliyin aradan qaldırılması üçün səsini qaldırır, haray çəkir. Bu səs şair ilhamı ilə poetik misralara çevrilib ünvanına çatır. Yuxarıda qey etdim ki, bu səs beş addımlığdan da, min kilometirlərlə uzaqdan gələ bilər. Və nə xoş ki, bu səs məkan səddini aşıb qulaqlarımıza çatır.

Qarşımda nazik qabıqlı, 300 səhifəyə yaxın bir kitab var. Kitabın adı: "Uzaqdan gələn səs"dir. Kitab AYB-nin Mingəçevir bölməsinin geniş oxucu kütləsi üçün hazırladığı şeir və nəsr toplusudur. Topluda sovet dönəmindən tanıdığım bir neçə şairin və bu gün üçün az tanıdıqlarım onlarla şairin, nasirin çeşidli əsərləri verilmişdir. Bu əsərlərdə keçmişimizə böyük sevgi, məhəbbət və onun doğurduğu bal kimi şirin duyğular, Qarabağ, qərbi Azərbaycan və yurd həsrəti, nankor qonşularımızın illərdir havadarlarının köməyi, dəstəyi ilə başımıza gətirdikləri haqqsızlıqlar, faciələr, bu günkü gəncliyin milli adət- ənənələr və vətənpərvərlik, qəhramanlıq, fədəkarlıq, mübarizlik, döyüşkənlik ruhunda tərbiyyəsi məmləkətimizin bənzərsiz, ecazkar, zəngin təbiəti və bu gözəlliyin, zənginliyin keşiyində duran insanların bədii, poetik təsviri kitabda əsərləri verilən bütün şairlərin və nasirlərin yaradıcılığında özünü göstərir. Bir sözlə, almanaxda verilən şeirlərdə və nəsr əsərlərində milli kimliyimizlə, qəhranan keçmişimizlə, bu günün real gerçəkliyi ilə, ağrı- acılarımızla bağlı çoxlu sənət nümunələri verilmişdir.

Kitabın ilk səhifəsində uzun illər boyu tanıdığım və yaradıcılığını mütamadi olaraq izlədiyim dəyərli dostum, gözəl insan, tanınmış şair İsmayıl Mərcanlının özünün dediyi kimi oxucuların "ön söz"qrafasına aid etməyəcəklərinə ümid etdiyi "Şölə saçan söz ocağı"adlı giriş yazısı ilə verilib.

"Uzaqdan gələn səs"i İsmayıl müəllim Mingəçevir ədəbi mühütünün ərsəyə gətirdiyi söz çələngi sayır və bu söz çələngi olan ocağın başına yığılan yaradıcı insanlara uğurlama verir. Və inanır ki, mərkəzdən çox da uzaq olmayan Mingəçevir ədəbi mühütünün yetirdiyi söz adamlarının səsi daha yaxşı eşidiləcək. Oxucular bu səsdə əsil səsi- poeziya səsini, nəğmə kimi, layla kimi eşidəcəklər.

Azərbaycan elə bir coğrafi məkanda yerləşib ki, bu yerin iqlimi, füsünkar təbiəti, zəngin təbii sərvətləri hər zaman yaxın, uzaq dövlətlərin marağında olub. zaman- zaman pis niyyətlə üstümüzə gələnlərin qarşısına sədd çəkib, qanımız, canımız bahasına torpaqlarımızı yağı düşmənlərdən qoruya bilmişik. Amma son 200 ildə müəyyən səbəblər üzündən torpaqlarımızın çox hissəsini itirmişik.

Bu gün Şah oğlu Şah babamız Şah İsmayılın bizə əmənət qoyduğu torpaqları imperialis qüvvələr əlimizdən alıb ona, buna pay-püş edib. Tarixi ata- baba torpaqlarımızı geri qaytarmaq üçün, yenidən doğma ocağımıza dönmək üçün, o torpaqların odunda isinmək üçün bizə güclü ordu lazımdır.Şükür ki, o ordu artıq var. Qalır o orduyla düşmənin üstünə getmək və torpaqları uzun illərin əsrliyindən azad etmək. İsmayıl İmanzadənin "Azərbaycan əsgəri"şeiri də bu notlar üzərində köklənib. Şair Azərbaycan əsgərini xalqın haqq səsi sayır, onun düşmən üzərində zəfər çalacağına inanır. Bu başqa cür də ola bilməz. Axı millətimizin canında böyük Babəkin, Xətainin ruhu var.

Şair şerin bir yerində sanki üzünü əsgərlərə tutub deyir:

Son qoyaq hünərinlə

Vətənin fəryadına!

İsmayıl İmanzadənin şeirlərində vətənimiz, yurdumuz, elimiz, obamız, dünənki yaddaşımız elə bir dillə verilib ki, onu düşünə-düşünə, bir az da təəssüf hissiylə oxuyuruq.

Boş qalıbdı yerləri,-

Minib köhlən atlara

Getdi köhnə kişilər.

Saflıq nişanəsiydi

Ruzi-təhnə kişilər.

Bu şeir parçası şairin "Köhnə kişilər"şeirindəndir. Azərbaycan ədəbiyyatında bəlkə də indiyə kimi köhnə kişilər haqqında minlərlə şeirlər yazılmışdır və elə hesab edirəm ki, bundan sonra da yazılacaq. Çünki bizdə kişilik hər şeydən ucadır. Kişi sözü, kişi hərəkəti unudulası, yaddan çıxası deyil. Bəli, nəsillər dəyişir, kişilər qocalır, ölür. Amma kişilik ölmür, unudulmur, yaşayır.

Əyri işlə, yalanla

Olmazdı araları.

Zəmanə dəyişəndə

Bir də baxıb gördülər ki,

Seyrəlibdir sıraları...

Bu da şairin poetik narahatçılığı, təəssüfüdür.

Söz var, deyirlər ki, bütün şairlər ədəbiyyata öz ömürlərindən yaza-yaza gəlirlər. Bu ömrün sevinci də, kədəri də, şirini, acısı da poetik misralara çevrilib oxuculara çatdırılır. Və şair öz ömrü ilə yanaşı həmidə yaşadığı cəmiyyətin yaxşılıqlarını, pisliklərini də qələmə alır. Çairin şeir dünyası hər kəsin içində olan dünyaya bənzəmir. Bu dünyada ilahi bir istək, ilahi bir sevgi var.

Dünya vəfasızdır, zaman amansız,

Yaşasan keçəcək yüz yavaş- yavaş.

Gənclik təravəti deyil əbədi,

Ağarır saç- saqqal. üz yavaş- yavaş.

Bu şeir parçası almanaqda yer almış mərhum şair Böyükkişi Təknəlinin "Yavaş- yavaş"şeirindəndir. Şairin topluda verilmiş sevgi, dünya, həyat haqqında bədii düşüncələri şeirlərin lirik ovqatını daha da gücləndirir. Böyükkişi ədəbi varislik əlaqələrini dəyərləndirməyə, qorumağa çalışır və şeirlərində bunu qabartmağı bacarır.

Şairin sözü ürəyindən əlindəki qələmə süzülür və o ilahinin verdiyi ilhamla duyğularını, tumurcuq- tumurcuq olub açmaq istəyən arzularını, hissilərini, istəklərini isti misralara çevrir, keçən günlərini, illərini təsbeh dənəsi kimi ipə düzür, geriyə, irəliyə çevrir. Bir ömrün yaşanmışına, yaşayacağına bələdçilik edir.

"Uzaqdan gələn səs" toplusunda çeşidli şeirləri gedən Qənbər Şəmşiroğlu, Elşən Əzim, Araz Süleymanov, Bəhmən Gülövşəli.Ələkbər Sönməz, Əhməd Süleymanov, Faiq Şəmiloğlu, Fəxrəddin Əziz,Xasay Şuşalı, Qüdrət Məmmədov, Mətanət Ulu Şirvanlı, Məhyəddin Məhərrəmoğlu,Məmməd Mərzili,Musa Eloğlu, Musa Heybətov,Ramil İsmayılov, Rəşid Rəsulov, Ruslan Ələkbərli, Səxavət Kəlbəcərli və adını çəkmədiyim onlarla söz adamı şeir yazan yox, əsil şairdir. Hər birinin də özünə məxsus yeni deyimi, fikiri var. Bu şeirlərdə xalqdan gələn ifadələr də var ki, bu da şeiri daha şirin. daha oxunaqlı edir. Burda dil özünü rahat və yerində hiss edir. Bu da şairlərin dilə olan həsslığından, sevgisindən irəli gəlir.

Uzun illərdir xarici imperialistlərin havadarlığı ilə çörəyimizi yeyib, suyumuzu içən, süfrəmizin yuxarı başında oturan, əzəli torpaqlarımızı işqal edib, bir milyondan çox insanımızı qaçqına, köçkünə, didərginə çevrən ermənilər və onların insanlığa sığışmayan vəhşiliyi haqqında şeirimizdə, nəsrimizdə istənilən qədər bədi, sənədli əsərlər yazılıb, yazılır və yazılacaq.

Topluda Şahid Nəbiyev adlı şairin də bir neçə şeiri verilmişdir. "Çəkil vətənimdən" adlı şeiri ermənilərin vəhşiliyinə, işğalçılığına qarşı bir qəzəbdir, nifrətdir, ittihamdır. Bu şeirdə müəllifin vətən hissi, torpağa sevgisi, məhəbbəti daha qabarıq verilmişdir.

Bu dünyada sevgi var, məhəbbət var. Və bu sevginin, məhəbbətin əsiri olmaq var. "Neynim"sevgi şeirində Şahid deyir: "Bir qız məni yaman eşqə salıbdır". O,bu sevgiyə ümid bağlayır, ümiddən dəniz kimi çağlayır. Çünki onu eşqə salan qızla "yaxındır". Hətta baxışıyla onun saçlarını da hörüb.

Dünya ədəbiyyatında deyə bilmərəm, amma bizim ədəbiyyatımızda dünyanın vəfasızlığı, etibarsızlığı haqqında bəlkə də bir dünya şeir yazılıb. Kitabda Fəxrəddin Əzizin "Dünyada", Şahid Nəbiyevin "Dünya yaman dünyadır", Səxavət Kəlbəcərlinin "Dünyadı da...", Rəşid Rəsulovun "Dünya", Vahid Xəyalinin "Dünya" şeirləri verilmişdir. Vahid Xəyali dünyanı "aqil" və "naşı"sayır, ürəyini "daş"bilir. Çünki bəzən dünya yavan çörəyi belə əl çatmaz edir.

Doğru söz yatmayır heç vaxt dilinə,

Qırov düşməz çiçəyinə. gülünə.

Çoxları aldanıb sənin felinə,

Kim deyər üzüyün qaşısan, dünya?

Şair haqlıdır. Dünya həqiqəti sevmir, yalan üzərində qurulub. Dünya həqiqəti eşitsəydi, görsəydi, ədaləti qorusaydı, torpaqlarımız əsrlərdir düşmən tapdağında olmazdı.

Kitabda doqquz nəfərin də nəsr bölməsində hekayələri verilmişdir. Hekayələrdə müəlliflərin məqsədi, məramı oxucunun qəlbində sevgi işığı yandırmaqdır ki, bu işıqda hər şey görünsün.

Kitablar bizim yaxın dostlarımızdır. Yaxın dostlarla bir yerdə olanda, onunla sevincini, kədərini böləndə həyata daha möhkəm tellərlə bağlanırsan. Həyat tellərimiz heç vaxt qırılmasın. Dəyərli oxucular,"Uzaqdan gələn səs"in masa üstü kitabınız olacağına inanıb deyirəm: Qulaqlarınız hər zaman  xoş niyyətli səslər eşitsin!

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam