Cəzasız qalan cinayətkarlar
1990- ci il 20 Yanvar. Bu tarix Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğurunda mübarizə qəhramanlarının şəhid olma günüdür.
"Xeberinfo.com": Bu gün faciə, məğlub olma, sınma günü yox, öz ölkəsinin azadlığını, şərəfini və ləyaqətini hər şeydən uca tutan, canını torpaq, vətən, müstəqillik yolunda qurban verən,şəhid olub müqəddəslik qazanan Vətən övladlarının ucalıq, əl çatmazlıq günüdür
Bu gündə bütün ölkə əhalisinin böyüyündən kiçiyinə kimi hamsı axın-axın müqəddəs Şəhidlər Xiyabanını ziyarət edir, qışın ayazlı- şaxtalı havasında məzarların üstünə təzə-tər güllər qoyur, ruhlarına dualar oxuyur, baş əyirlər.
Zaman- zaman müqəddəs torpaqlarımızdan özlərinə vətən düzəltmiş ermənilər heç vaxt, heç zaman torpaqlarımıza qarşı uzatdıqları murdar əllərini geri çəkməyiblər.1988- ci ildə onlar bizim tərəfimizdən heç vaxt uzaddıqları əllərinə zərbə vurulmadığından ruhlanaraq bu murdar əli indi də tarixi Azərbaycan torpaqları olan cənnət- məkan Qarabağa uzatdılar. Özü də geniş açılmış şəkildə.
Az bir zaman kəsiyində mərkəzin havadarlığından istifadə edən ermənilər Qərbi Azərbaycanın əbədi və əzəli sakinlərini min bir işgəncələrlə ölkədən qovub çıxartdılar. 200 mindən çox insan ev- eşiyini. var- dövlətini itirib qaçqın,köçkün oldular. Minlərlə qoca, qadın,uşaq nankor qonşularımızın gülləsinə tuş gəldi, itkin düştü, dağlarda şaxtadan dondu.
Bütün bunlara laqeyid qalmayan Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxdı. Respublikanı nümayişlər, tətillər dalğası bürüdü. Fabiriklər, zavodlar işini dayandırdı.Azərbaycan Milli Azadlıq mübarizəsini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqının Milli Azadlıq Hərəkatından qorxan, o vaxtkı SSRİ rəhbəri M,S,Qorbaçov Sovet hərb maşınını işə saldı. 1990- cı il 20 Yanvarda Sovet Ordusunun xüsusi təyinatlı bölmələri, Daxili Qoşunların Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə qabaqlarına keçəni əzmək, dağıtmaq, öldürmək əmri vermişdi.
Sələfi x1 Qızıl Ordudan fərqlənməyən Sovet Ordusu həmin dəhşətli gecədə 137 nəfər günahsız qocanı, qadını, məktəbli uşağı küçədə, eyvanda, avtobusda qanına qaltan elədi. 700-nü yaraladı, 800-dən çoxunu həbs etdi. Bu, bəşəriyyətin tarixində öz vətəndaşına qarşı mərkəzin görünməmiş, ağla gəlməyən vəhşiliyi idi.
Deyirlər, tarixdə heç nə unudulmur, heç kim, heç nə yaddan çıxmır. Və heç bir cinayət də cəzasız qalmır. Artıq 25 ildir ki, Azərbaycan xalqı 20 Yanvarı Ümumxalq Hüzün Günü kimi qeyd edir. Bakımızın ən hündür yerində uyuyan Milli Azadlıq qəhrəmanlarnı daima anırıq. Şəhidlər Xiyabanı bizim and yerimizdi.
Respublikanın bütün kənd, qəsəbə və şəhərlərində şəhidlərin adına yüzlərlə küçə, park, məktəb var.Parklarda, məktəblərdə onların heykəlləri və büstləri qoyulub. Bir sözlə, şəhidləri unutmamışıq və unutmayacayıq.
Çox təəssüf ki, misli görünməmiş bu cinayət işi cəzasız qalıb. Doğrudur, 20 Yanvar faciəsinə 2 dəfə - 1992- ci və 1994- cü illərdə siyasi- hüququ qiymət verilib. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində günahkarların adı məlum olub. Buna baxmayaraq, onlar cinayətkar deyillərmiş kimi hələ də azadlıqda gəzirlər.Keçmiş Yuqoslaviya ərazisində baş vermiş hərbi cinayətin günahkarlatı həbs olunaraq layiqli cəzalarını alıblar. Harada baş verməsindən asılı olmayaraq, kütləvi insan qətlinə səbəb olan günahkarlar cəzal andırılmalıdır. Dünya ictimayyəti də insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması ilə bağlı məsələlərə həssas yanaşır. Belə olan halda biz nə üçün susuruq? Niyə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyini beynəlxalq məhkəmələrə vermirik? Bəlkə onların ölüb getməsini gözləyirik? Bunun nə faydası?
Bildiyimiz kimi Moskvada "Qorbaçov fondu" fəaliyyət göstərir. Nəyə görə həmin fonddan Azərbaycan xalqı üçün kompensansiya almırıq? Axı cinayətkar Qorbaçovdur?
Hər il olduğu kimi bu il də faciənin ildönümü ilə bağlı tədbirlər keçirilir,ölkənin bütün şəhərlərində, rayonlarında, idarə və müəssələrində anma mərasimləri qeyd olunur, dünya ictimayyətinin diqqətini bu qanlı faciəyə yönəltmək üçün Azərbaycanın xaricdəki səfirliklərində mərasimlər təşkil olunur. "Əbədi Məşəl" önünə Azərbaycan prezidenti əklil qoyur, xarici səfirliklərin nümayəndələri şəhidləri ziyarət edir və Azərbaycan xalqına baş sağlığı verirlər.
Bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə boyu şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtobuslar, qatarlar səs siqinalları verəcəklər.
Beləcə, şəhidlərin xatirəsi növbəti dəfə yad edilib, bir ildönümü də arxada qoyulacaq. Cinayətkarlar isə yenə cəzasız qalacaqlar. Nə vaxta kimi?
Məhərrəm Şəmkirli