Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Qoy özümə yer eləyim....

 

 

"Xeberinfo.com": Bu, Sumqayıtda həftəbecər timsallı “Mübariz” şirkətinin baş biləni, sahibkar Fərmanın devizidir. Demirəm, “nə yoğrub, nə yapıb, hazırca kökə tapıb” Deyirəm, söz yox, işıqlı amalı olub. Amma... Hə, onu deyirəm də gərək bu “amma” olmayaydı. Nə edəsən ki, gərdiş, mühit, axar yekrəng deyil...

O dediyim sahibkar Fərman Sumqayıt hadisələri ötə-ötdə, özəlləşməyə rəvac veriləndə başı börkdə gəlib qazanıb kökəni...

Nizam pozulmuşdu. Qurd ağızlı sənaye müəssisələrinə rəxnə düşmüşdü. Tənəzzüldü, xırda-para ehtiyac ödənilsin deyə, kooperativlər yarandı. Bir çoxlarının “Bəlkə” “Bəlkə” deyə-deyə  gözünü döydüyü bir zamanda Fərman ikinci mikrorayonda əl qoyulası bir yer tutdu, sahibkar oldu. Bapbalaca bir sexdə plastik qapı-pəncərə quraşdırdı. Ona inandılar, işinə avandlıq dilədilər: “O da bizim kimi bir adamdır” dedilər. Yenə söz yox, adamdır! Maşallah: Əli, ayağı, baxışı, duruşu...(Təki sözü sözə qoşub qırıldatmağı olmayaydı...)

Di gəl, tamahı çox , iştahı güclüdür. Deyəsən, ona dəyər, ölçü, gərək olmur. Sifariş üçün şişirdilmiş, üfürülmüş qiymət deyir. Çənələşən, höcətə qalxan müştərilər çoxdur. Camaatdan çapmaladığı haqqı-hesaba girməz pullar Fərmanı uçurub, yüz yol işlədiyi sexin üzün pərdələyib, astarın genəldib. Daşlı-dekorasiyalı, parik – qrimli, audio-vizual vasitələri ilə birgə udub Sumqayıt “Cırtdan” kukla teatrını.

Unudulub, nağıla dönüb “Cırtdan” uşaq kukla teatrı. Onun tamaşaları, seansları haqda məlumatı ötən illərin tarixi olmuş arxiv qəzetlərindən tapmaq olar. “Cırtdan” bəs olmadı, doyuzdurmadı “əjdahanı”. İməkləyə-iməkləyə qoydu pəncəsini “Nizami” (keçmiş “Rusiya”) kino-teatrının  başına sordu qan damarlarını, elədi raxit).  Pənəcərə-qapı quraşdırın Fərman, ovsunladı  Sumqayıt memarlarını – üfürdü sexini eninə, uzununa və yuxarı...

“Nizami” kino-teatrı heyini bilmirrə itirdi. Bütün künc-bucaq, yol-yolamı Fərmanın əlilə verildi icarəyə.

“Pivə!” bağıran kim, çay qaynayan kim? “Mənsiz keçinmək olmaz!” dedi bərbər. Cızbızçı pul qırdı – müxtəsər. Manqal qurdu kababçı. Davam gətirməzdi bu kələyə balıqçı... Böyüklərin söz misalına ehtiyac duydum: - Ölünü öz başına qoysan, batırılmayan yer qalmaz.

Neynək, cənab Fərman tamahının qulu- Ceyranbatanda, günbatanda filalları... (Allah köməyi!), Bəs mədəniyyət ocaqlarının özəlləşməsinə rəy vermiş Sumqayıt şəhər rəhbərliyi ümumxalq mənafeyini niyə unudub?

“Nizami” kino-teatrının acınacaqlı halına biganə şəxsləri kim ayıltsın?

 

                                                        Tat Qüdrət

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam