Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

BƏHRİ TƏVİL

   

 

 

     "xeberinfo.com": Ürək yansa göz ağlayar, baş daş olub, baş qarışar, dil ötdükcə sağa –sola od tutaraq, asta-asta külək vurub kül qarışıq od alışar.Dil yanıban dillənərək odlu-odlu  danışar,haqsızlığın cəbhəsində at oynadıb mənəm deyib hər işlərə burun soxub qarışar.Hərdən çaşar, yalan deyib, öz- özünü aldaraq,  yıxıla-dura üst –başı da toz qarışıq bulaşar. Şirin dil də, yağlı -balı lağ-lağ edib sağda –solda səfil –səfil dolaşaraq yol azar.Bildinmi bəs  dilİindəki söz çıxarsa axtarsan da sənin deyil, qulaqların kar deyilsə acı-şirin söz eşidib xısın-xısın sən ağlarsan, axmaq üçün, daşmaq üçün, aşmaq  üçün yolun ayrı,kol qırağı kükrəyərsən çağlarsan. Hərdən də ya  gözlərini ovxalayıb silə-silə, diyə-gülə sözü sözə kəlmə-kəlmə calarsan.Dillənərsən xoş əhvalla dilə məndən nə dilərsən.Axır ki, ha ağıllanıb söz eşidib söz dəyərin bilərsən.Kaş olmasın: Dildə sözün zəhərdisə,zaman-zaman səni boğan qəhərdisə,yanan odu üflməklə bir nəfəsə yel əsməmiş söndürər.Dildəki var, canda qanı, qanda canı dolandırıb dondurar. Dil çaşıb ha yalan desə zaman qaçar, saman uçar bilməzsən ki, nə, nədisə harda necə qandırar. Boş küpəyə söz buraxıb, qəfil gəlib diş arası dilin çaşıb, çıxdısa söz sənin deyil, üzə -gözə başqa sözə eylədikcə giley-güzar etsə meyl,səni sözlə yandırar, hərdən də ha danışmasa ulaq olub anqırar. Oğru qaçar, doğru baxar. Gəl indi sən çaş dala qal,  qalacaqsan çar –naçar ağız qıfıl, dil açar.Finə-fəsad qanad taxıb,qol açıbdı oğulsansa gəl başa sal, Zaman gəlib qıfıl, açar bir-birinə tən deyi. Qıfıl susur açar isə mən deyir. Söz də budur, sən uzaqsan dilə ortaq  bir qapaqsan gəl uzaq ol gen dolan. Tutuşmuram əl çəkin ey dilimdisə baməzə mey,dil də mənim, sözdə mənim  söyləyərəm nə istəsəm əl çəkin hey, əl çəkin hey...Öz də mənəm, dilə zəhər qəlbə qəhər söz də mənəm, yanar ürək köz də mənəm.Əl çəkin ha əlim beldə, dil də sözüm yalan –palan, əyri-düzü utanmadan söyləyəcəm. Qorxmaz olub bu meydanda mənəm, mənəm danışsanız, söz qarışıq göz oyaram, dildə sözü, mənlə, məni nifrətimlə tən qoyaram   

 

  

      TƏRANƏ ŞƏMS.      

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam