Salxım söyüd
Yenixeber.org: (Ardı)
Çöməlib oturduğundan ayaqları uyuşmuşdu. Bayaq su şırnağını qurdaladığı küləş cubuq əlində idi. Küləş çubuğun uzunluğu haradasa 10 santimetr olardı. Çubuqla, qarışqanın suyun axarına düşməməsinə kömək edirdi. Payızın acı küləkləri, qışın şaxtası, qarı bu kövrək incə küləş cubuğunun üzərindən keçmişdisə də, küləş sağ qalmışdı. Sədəf rəngində idi. Sərt rüzgar küləşin yalnızca rəngini dəyişmiş, bir də elastikliyini azaltmışdı. O qədər kövrək idi ki, onu əlinə götürmək istəyəndə xeyli tərəddüd etmişdi. Alsam qırılar deyə düşünmüşdü. Çox ehtiyatla da olsa, onu götürmüşdü. Qarışqanın bu yemək axtarışında ona kömək etmiş, su damlalarını qarşısından yana vermişdi.Dünyanın ən köməksiz və eyni zamanda ən xeyirli canlısına yardım etmişdi.
Pəncərədən ona heyranlıqla baxan o gözlər, nə qədər əziz nə qədər doğma idi. Əlindəki çubuğu qoymağa bir yer axtarırdı. Elə bir yer ki, kövrək çubuğ ovulub tökülməsin, bir az da yaşasın. Düşünürdü.Ana təbiətin yaratdığı, istər canlı olsun, istərsə də cansız varlıqları məhv etmək olmaz. Əgər bu küləş cubuq bu gün bu gül kolunun dibində qalmasaydı, həmin bu qışdan çıxmış qarışqa üçün ,yemək axtaran bu kiçik canlı üçün, irəliləməyə yolu necə aça bilərdi indi. Ayağa qalxıb küləş çubuğu asataca gül kollarının arxa tərəfinə qoydu. Gün işığı maili düşərək küləş çubuğu par-par parıldatmağa başladı. Nərimin bundan yaman zövq aldı. Bir gör günəşin ziyaları necə vərq vururdu küləş çubuğun üzərində. Doğurdanda, təbiətin möcüzələri bitib tükənmək bilmir. Nərimin başını qaldırıb Şənlik dayanan istiqamətdə pəncərəyə tərəf baxanda Şənliyin hələ də, pəncərə önündə dayanıb məhəbbətlə ona baxdığını fərq etdi . Dönüb evə tərəf getdi. Rillələri qalxıb otaqa keçmək istəyəndə Şənliklə üz-üzə gəldi.Qapıdan çıxıb ona tərəf gəlirdi.
-Nə tapmısan yenə belə maraqla baxırdın deyə-Nərminə müraciət etdi.
-Şənlik heç bilirsən nə qədər maraqlıdır? Bizim sezmədiyimiz, daha doğrusu sezə bilmədiyimiz bir həyat qaynayır. Bunu lap cücülərin həyatı da adlandırmaq olar.Yaxud kiçik mikroorqa-nizmlərin yaşam mücadiləsi. Hələ bir görəsən. Bu sərt qışdan çıxmış incəbel bala qarışqa nə həşir salmışdı yemək üstündə. Necə də inadla irəliyə gedirdi. Bu sadəcə qarışqa inadı deyildi. Bu bir yaşam mücadiləsi kimi gəldi mənə.O kiçik qarşqa məchul bir istəklə yalnız irəli gedir, kiçik su damlasını adlayıb harasa qabağa doğru necə can atırdı. Bu kiçik canlıdaki həyat eşqi, iradə, əzm sanki mənə bir ümid, bir stimul verdi. Həyat davam edir demək. Bəlkə mənim itirdiyim ümidimin qayıtmasına bir işarə idi. Qarqışada gördüyüm bu həyat eşqi-deyə Şənliyə baxdı.
Nərminin kefi açılmışdı. Şənlik buna çox sevindi. Oturacağı çılpaq, ətrafı açıq görəndə Şənliyin də kefi pozulmuşdu, Nərmin üçün qayğılanmışdı. Amma indi onun belə coşqun mükaliməsi onu sevindirdi. Bilirdi ki,o, çox nikbin,hər vəziyyətdən çıxış yolu tapa biləcək qədər məntiqli bir qızdır.
Şənlik:ay səni, mən də deyirəm bizim xanım qızıl gül kollarının dibində nə xəyallar qurur. Sən demə qarışqa padşahlığının pəhləvanıynan məzələnirmiş deyə gülməyə başladı.
Bəyim xala gözə dəymirdi. Elə Ərşad kişi də yox idi. Televizor işləyirdi.İkisi də eyni anda otağa tərəf yönəldilər. İçəri keçib otaqlarına daxil oldular. Bəyim arvad qoymazdı bura bir adam girsin. Hər bayramda bu otaqı yığışdırır, silib süpürürdü. İlin hansı fəslində Şənlikgil gələrdisə, bu otaq beləcə təmiz səliqəli olurdu. Bu səliqə səhman bir tərəfdən Nərminə ləzzət edir, digər tərəfdən ürəyini sıxırdı. Axı nə zaman bu otağı, bu ocağı şənləndirən körpə səsi, körpə nəfəsi gələcək deyə kədərlə düşünürdü. Otağa daxil oldular. Şənlik qızılgüllüyə baxan pəncərəyə yaxınlaşıb pərdəni açıb aynanın qarşısına saldı. İçəri gızılgül ətirli ilə dolmuşdu. Ciyər dolusu nəfəs alıb Nərminə tərəf döndü: varam da bu yerlərin havasına. Gəlin gözləri ilə gülümsəyib onu təsdiq etdi,keçib divanda oturdu. Şənlik paltarını dəyişib yüngül idman formasını geyindi. Gəlib divanda Nərminlə yanaşı oturdu. Diqqətlə onu süzməyə başladı. Nərmin vəziyyətlə barışsada, haradasa, iri ala gözlərinin dərinliyində bir qüssə qalmaqdaydı. Birdən Nərmin: niyə mənə belə baxırsan ay Şənlik?
Şənlik: suala cavab vermədi.Deyirəm bir az istirahət edək. Axşam qonaqlar gələcək. Nərmin döyükdü: Nə qonaqlar, qonaq gözləyirsiniz. Elə danışırsan ki, elə bil mən səninlə gəlməmişəm. Bilmirsənmi, əzizim mən də səninlə gəlmişəm və heç bir qonaq filan da çağırmamışam. Necə ildi bu ailədə gəlinsən və cikini bikini də məndən yaxşı bilirsən bizim kəndin . Bakıdan biri gəldimi, əvvəlcə yaxın qohumlar sonra, yaxın qonşular, daha nə bilim kimlər ürəyi istəyir gəlir görüşür. Daha sonra isə xəbər tutan hər kəs gəlib Bəyim anamın əziz xələf gəlinini görməyəcəkmi sanırsan? Sən ki, bu işləri hamıdan yaxşı bilirsən əzizim! Bunu deyib gözlənilmədən Nərminə tərəf bir azda yaxınlaşıb onu sinəsinə sıxdı və acgözlüklə dodaqlarından öpməyə başladı. Nərmin sövqi təbii ilə onu özündən uzaqlaşdırmağa çalışsada, mümkün olmadı. Şənlik onu qucağına alıb yataqa apardı. Yataqda bir-birinə sarılıb həsrətli kimi öpüşməyə başladılılar. Elə öpüşürdülər ki , sanki bu üç saatlıq yolu birgə gələn bunlar deyildi.
Bir aman ver qapıdan girən olar. Əslində mən də səni istəyirəm. Şənlik arvadının məlallı ala gözlərini öpüşlərə qərq etmişdi. Nərmində ondan geri qalmırdı. Ürəyi yanırd. Susuzlamışdı elə bil. Halbuki, bayaq çay içməyə belə həvəsi yox idi. Susuzluğunu Şənliyin qalın cod dodaqlarında soyutmaq istəyirdi elə bil. Dinməzcə bir-birinə nəvaziş göstəriri sevələyirdilər.
Nərmin: darıxmışdım sənin üçün.
Şənlik : məndə. Çox sevirdilər bir birini. Deyirlər məhəbbət zaqsın kandarına qədərdir. Amma Nərminlə Şənlik bunun əleyhinə idilər. Onlar hələ də bir-birini odlu məhəbbətlə sevirdilər. Əgər belə olmasaydı on ilin övladsızlıq həsrətinin soyuq nəfəsi onları çoxdan ayırardı bir birindən. Nərmin düşünürdü. Nə vaxta qədər belə davam edəcək? Şənlik də yazıqdır, onun da ata olmağa, digərləri kimi övlad sevincinin dadmağa haqqı yoxmu? Bir iki dəfə bu sözləri Şənliyə demişdi. Lakin Şənlik ya söhbəti dəyişmiş, ya da evdən çıxıb bir neçə saat küçədə gəzib dolanmışdı. Sonra yenə evə qayıdaraq heç nə olmamış kimi şənlənib deyib gülmüşdü. Bütün bunları düşündükcə Nərmin Şənliyi daha çox sevir, onu daha çox əzizləyirdi.
Axşama yaxın idi. Bəyim arvad mətbəxdə hərlənir səhərdən bişirib hazırladığı yeməkləri qızdırırdı. Arabir Nərminlə ordan burdan söhbət edirdi. Bir azdan Zərif gələcəkdi. Zaur gələcəkdi. Ailə bir araya yığışacaqdı.
Küçə qapısı döyülmədən açıldı. Bunu Nərmin qapının tanış səsindən anladı. Qapı açılanda payızın, qışın sazağından nəmlənib paslanmış petlələr bir-birinə sürtülür, ciyiltiyə bənzər bir az da əsəblərə toxunan nazik səs çıxarırdı. Nərmin eyvana çıxıb küçə qapısına tərəf boylandı. Heç kim yox idi .Bir azdan dəyişik götürüb hamama girdi. Yoldan gələndə yuyunmasa geçəni yata bilməyəcəkdi. Adət etmişdi. Nərmin hamamdan çıxıb gələndə eyvanda iki qadın gördü. Qadının biri yaşlı, digəri isə gənc idi. Cavan gəlininin qucaqında uşaq vari idi.Toppuş sarı qıvvrm saçlı, şirin bir qız uşaqı idi. Diqqətlə baxanda onların kənd adamı olduqlarını anladı. Eyvana qalxıb xoşgəldin elədi və otağa keçdi. Bir azdan qurulanıb, saçlarını qaydaya salmış halda eyvana göründü. Gözləri qəm dolu,qumral saçları üzünühər iki tərəfindən üzünü haləyə almışdı. Ala gözləri –yosunlu göl rəngində, göldən dammış kimi.Gəlib yenidən bu sadə səmimi kənd qadınları ilə görüşüb öpüşdü. Yaşlı qadına diqqətlə baxıb, onun adını xatırlamağa çaılışdı. Hə Zərri xala deyirdi hamı bu qadına. Aman zaman bir oğlu var idi. Birgə yaşayırdılar. Nərminin yaxşı yadındadır onların toyu. Onda Nərmingil də kənddə idi. Zərri xalanın oğlunnun toyu idi. Kənd əhli hamısı gəlmişdi toya. Hamı dəvətliydi.Zərri xalanın kimi-kimsənəsi yox idi, o bir oğuldan başqa. Həyat yoldaşı çoxdan dünyasını dəyişmişdi.Oğlu onilliyi bitirən ili allahın rəhmətinə qovuşmuşdu. Aralarında yaş fərqi çox idi. Beləcə bir oğul övladının sahibi olmuşdular ər arvad. Zərri xala demişkən Salman kişi ona bir oğul bəxş edib, onları bir-birinə tapşırıb bu qoca dünyaya əbədi göz yummuşdu. İndi maşallah üç nəvəsi var idi. Yaxınlaşıb toppuş qızı oynatmağa balşladı. Gülümsəyir, uşağı dilə tutaraq qucaqına almağa çalışırdı. Güldükcə dişlərinin işığı göz qamaşdırırdı. Onu qucağına almağa çalışırdı. Bəyim arvad da, keçib stolun başında oturdu. Nərmin otağa keçib əlində bir snikers şkoladı ilə geri döndü. Uşağa yanaşdı: gəl, gözəl balam-dedi. Uşaq şkoladı görüb əllərini irəli uzatdı. Nərmin uşaqğı qucağına alıb sinəsinə sıxdı. Adın nədir sənin belə, deyə uşağı şirin şirin dindirdi. Nə gözəl baladı bu. Stulda oturub uşağı əzizləməyə başladı. Uşaq şokaladı almış, artıq onun qucağında qalmaq istəmirdi. Uşağıburaxmaq fikrində deyildi. Uşaq elə bil göydən düşmüşd əlinə Onu öpdükcə öpürdü. Bəyim arvad ona baxırdı. Gəlinin uşağı belə əzizləməsi ona yer elədi. İlahi nə olardı mənim oğluma bir övlad versəydin. İçin-için yanırdı. Uşaq qucağında içəri otağa girdi. Kiçik bir selefon torbanı şirniyyatla doldurub gətirib uşağın anasının qarşılında stola qoydu. Nə şirin baladı dedi. Allah saxlasın ay Zərri xala toyunu görəsiz. Bəyim arvad hövüllənmişdi. Zərri ona tərəf dönəndə Bəyim arvadın bıçaq vursan qan çıxmazdı. Zərri onun qaralmış sifətini görəndə özünü itirdi.
-Allah sənin də payını versin ay gəlin.
Burdan keçirdik dedim bir Bəyim bacıma dəyim görüm necədir. Allahdan olmuş kimi sizi də gördüm. Heç bilmirdim gəlməyinizı. Bu uşaq üstünüzə sağlıq bir az nasazlayıb. Apardıq doxtur baxsın görək nə deyir. Nərmin diqqət etdikdə uşağın yanaqlarının allandığını, qızılgül ləçəyi kimi al dodaqlarının çatlam çatlam olduğunu gördü. Qayğıkeş ana kimi dodaqlarını uşağın alınına yapışdırmağı ilə çəkməyi bir oldu.Uşaq qızdırmadan yanırdı. Bunun istisi var ki, dedi. Hə... bilirik, doxtur dərman verib dedi bir saata kimi keçər inşallah. Nərmin uşaqı sinəsinə sixib astaca yırğalamağa başladı. Uşaq gözəl başını Nərminin döşünun üstünə qoyub xumarlanırdı.
Ay maşallah necə yaraşır gəlinə uşaq. Zərri dedi bunu. Nərmin də qızarıb pörtmüşdü qucağın-dakı uşağı sonsuza qədər saxlayacaqmış kimi sıxmışdı sinəsinə. Zərri Bəyim arvadın pərt sifətinə baxıb ayağa qalxdı. Gəlin irəli gəlib uşaqı almaq üçün əllərini irəli uzatdı.
Nərmin: qoy bir az bizdə qalsın-dedi.Bu balaca gözəl.
Zərri:-Yox ay bala uşaq xəstədi.Aparaq görək nə edirik. İndi bir saata doxtur da gələcək baxmağa. Əgər istiliyi düşməsə inynə vuracaq. Gəlin ehmalca uşaqı alıb qucağına götürdü.
Gəlin qaynana artıq getmişdi.Nərmin əlini sol döşünün üstündən, uşağın üzünü qoyub istilətdiyi yerdən götürməmişdi.Uşaqın hərarəti onun canına keçmişdi elə bil. Bəyim arvad dərindən köks ötürüb gəlinə tərəf çevrildi. Ayağa durdub mətbəxə keçdi. Nərmin də dönüb otağına tərəf getdi.
Mətbəxdən gələn səsə xeyli qulaq verdisə də, bir şey anlamadı.Nərmin çarpayıda yarı uzanıqlı halda xəyala dalmışdı. Qızçığazın isti hənirtisini hələ də hiss edirdi. Elə bil uşağın istisi qəlbinə, ürəyinə keçmişdi. Onda nikbin bir əhval-ruhiyyə yaranmaqdaydı. Doğurdanda körpə səsi, körpə hənirtisi, başqa bir aləmdir. Hər kəsə bir cür təsir etmişdi deməli. Dikəlib mətbəxdən gələn qəribə anlaşılmaz səsə qulaq verəndə Bəyim arvadın bir ucadan tələffüz etdiyi qəlbini yandıran sözlərini eşidib həyəcanlandı.
İlahi bizim nə günahimız var idi. İlahi sənin dərgahında.Övladımı məzur qoydun –deyə kimsənin eşidəcəyindən ethiyat etmədən fikirlərini uzadan ifadə edirdi. Nərmin otaqda onu açıq aydın eşidirdi. Artıq bıçaq sümüyə dayanmışdı. Bəyim arvad da gizli dedi-qodudan açıq həmləyə hazırlaşırdı deyəsən. Gəlinin uşağı sevələyib yatırması Bəyim arvadı çox kövrəltmişdi. Eşitdiyi sözlərdən ürəyi sıxıldı.Sevimli ağacı ilə birgə xəyalları da baltalanmışdı. Bəyim arvadın mətbəxdən gələn səsi, dediyi sözlər Nərmini varından yox etmişdi. Durub pəncərənin önünə keçdi.Axşama yaxın idi. Havada ayaz var idi. Gunorta açdıqları pəncərədən saf, bir az da soyuq dağ havası otağa dolurdu. Bir az bu soyuq, bir azda Bəyim arvadın qəlb acıdan təsirli mükaliməsi onu daha da üşütdü. Pəncərəni bağladı. Yüngül toxunma jaketini götürüb əyninə keçirdi. Titrəyirdi, həyəcandan. Şifoneri açıb oradan isti bir corab tapıb ayaqına keçirdi. Eyvana çıxdı. Bəyim arvadın ah-ufu eşidilməkdəydi. Pillələri enmək istəyəndə Zərif ilə üz-üzə gəldi.
Bıy qurban olaram gəlinbacıma deyib Nərmini qucaqlayıb öpdü. Nərmin də Zərif ilə mehriban-lıqla öpüşüb görüşdü. Zərif səs-küylə ətrafa boylandı.
Anam hardadır gəlinbacı?: - deyə Nərminə tərəf döndü. Nərminin dinmədiyini görüb, yoxsa anam evdə deyil dedi. Burdayam ay qız gəlsənə. Bəyim arvad mətbəxdən səsləndi. Anasının səsinin tonu onu heç açmadı. Xoşuna gəlmirdi axır vaxtlar anasının danışığı. Görək nə hazırlayıb anam, oğluna-gəlininə. Biz də yararlanaq barı deyib, anasının səsində hiss etdiyi codluğu yumşaltmağa çalışdı. Nərminin əlindən tutub özü ilə birgə mətbəxə çəkdi. Gəl baxaq anam nə hazırlayıb axşama- dedi.
Bəyim arvadın sifəti bozarmıdı. Gözlərinin yaşı qurusa da, ağlamağı apaydın hiss olunurdu.
Ay ana nolub sənə ağac-uğacdan əl çəkib indi də gözlərinə dəm vermisən? Heç sevinmirsənmi qardaşımın, gəlininin gəlişinə. Bəyim arvad gözlərini qaldırıb gəlinə baxdı. Heç nə deməsə də, gözlərində giley, bir də sual gördü.
Öz-özünü artıq yüzüncü dəfə yamanldı.
Uşaq kimi hər şeyə inandığı ümid bəslədiyi üçün özünün-özünə açığı tutdu.
Axşam idi. Hamı stol ətrafında oturmuşdu. Zaur qardaşı ilə Qarabağ cəbhəsində düşmənin aktiv-ləşməsi barədə qızğın söhbət edirdi. Dayanmadan atəşkəsin pozulması və bunun müqabilində həm o tərəfdən, həm də bu tərəfdən verilən itgilər haqında söhbət edirdilər. Kənd nehrə kimi çalxalanır deyə Zaur vəziyyəti Şənliyə danışırdı. Zəmilərdə pay torpaqlarda qızğın iş gedir. Hər kəs bol məhsul almaq, daha çox gəlir əldə etmək üçün elə bil bəhsə giriblər. Niyallıların da güzəranı əkin-biçindən çıxırdı. Nə qədər çox nə qədər vaxtında əkilərdisə, gəlir də onun kimi artıq olacaqdı. Niyal kəndində elə ailə var idi ki, əlləri pul görmürdü heç. Əlləri pula tamarzı idi. Mal qara saxlamaq da çətinləşmişdi. Örüşlər bölünmüşdü pay torpaqlara.
***
Əvəllər elə bil yer-göy ruzi bərəkətlə dolu idi. Hər yerindən duran bir sezona 3-4 maşın ot ələf yığa bilirdi əlavə. Hər kolun dibi hər tala, bol ot ələflə dolu idi. Taxıl, ot biçinindən sonra dəryaz ağzına gəlməyən otu çinlə birçirdi insanlar. Əslində yetmişinci illərin yanlış dövlət siyasətinin acı nəticələrini, bəhrəsini görürdü indi Niyal əhli. Düz qırx il sonra. Bu kəndin başbilənləri, savadlı vəzifəli kişiləri var idi. Sayılıb seçilən vəzifə, hörmət izzət sahibləri idi. Biri elə Mahmud kişi. Onun sözləri hələ də dildən-dilə gəzirdi.
Söz vaxtına çəkər deyib atalar. Elə ilin bu vədəsi olardı min doqquz yetmişinci il. Onda Ərşad kişi haradasa onuncu sinif şagirdi olardı. Dərsdən çıxıb dəstə ilə gələn şagirdlər məhələləri keçdikcə hərəsi bir qaplya dönür, hər qapıda bir uşaq azalırdı. Axıra dörd nəfər qalmışdı. İki qız iki oğlan. Onların evi kəndin lap ayağında, daha doğrusu suqovuşandan nisbətən aşağılarda kəndin bağlara sığınana cənibi şərq istiqamətində idi. Niyallıların təbirincə maşın yolu, bəzən də ona lap asvalt da deyirdilər. İllərin, ellərin yolu idi bu yol. Niyallılarnın təbirincə asvfalt adlanan bu yol,kimləri aparmış qaytarmamışdı. Kimləri gətirəcəkdi, Doğurdanda yol o qədər işlənmidi ki, bir daş bir çınqıl belə yox idi. Ağımtıl un kimi xırda tozlu yolda piyada getmək ləzzət edirdi. Kəndin aşağı məhləsinə çatmırdı bu yol. Məktəbdən çıxıb kənd arası yolla gəlib çaydan başlayaraq bu yolla müəyyən qədər getdikdən sonra yol haçalanırdı. Bağların içərisi ilə gedirdi. Bağ yolu ilə gedirdilər. Növbəti şagird də burada yaşayırdı. Bağlara lap yaxınlaşanda traktoru gurultusu onların diqqətini cəlb etdi. İstər-istəməz ora dön-muşdü Ərşadgil o zaman. İki traktor qoşa kürdikiyə hücuma keçmişdi. Ərşad bunu görəndə məətəl qalmışdı. Dörd kişinin əl-ələ tutub gövdələrənin qucaqlaya bilməyəcəkləri bu yerlərin məshur armud ağaclarını, yıxmağa çalışırdı deyəsən. Bu mənzərəni seyr edəndə uşaqları ağlamaq tutmuşdu.Yanlarındakı qızın atası qonşu Göylər rayonunda iri, sanballı bir idarənin rəisi işləyirdi. Dövlət məmuru idi. Traktorlar qoşa dayanmışdı. Armud ağaclarını eyni istiqamətə dartırdılar.Yüz illərlə yerin təkinə işləmiş köklərini ana torpağın köksündən insafsızcasına qoparıb ayırmaq istəyirdilər. Nüşabə idi qızın adı. İndi onlarla qonşudur.Yazıçı, publisist, respublikanın tanınmış ziyalılardan biridir.
, deyərdi nənəm. Nüşabə bunu deyib həyətlərinə dönmüş, ata, ata, hardasan. Bir baxsana sizin körpəlik nənni ağaclarını çıxarırlar sökürlər demişdi. Doğurdanda sökürdülər torpağın bağrından yüz illik ağacları.
O zaman Nüşabənin atası sən demə bağçada dayanıb, ürək ağrısı ilə bu mənzərəni seyr edirdiı. Nüşabənin səsinin eşitcək asta addımlarla darvazaya tərəf gəldi.Çox sinirli idi. Adəti üzrə eynəyini çıxarıb səliqə ilə cibindən çıxardığı yaylıqla silib gözünə taxtı.
Ali sovetdə düşmən oturub bala.
Gəl dedi.Bu ağacların hayqırtısına dözə bilmirəm. Bu namərdlər ölkəni dağıtmaq istəyirlər.
Natavan Niyal