Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məşqçisi uduzmasını istədi, o da uduzdu– VİDEO

Məşqçisi uduzmasını istədi, o da uduzdu

 

Güləş üzrə U-23 Dünya çempionatında sərbəst güləş üzrə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan İran güləşçisi Əlireza Kərimi Maxani növbəti mərhələdə israilli güləşçi ilə güləşməmək üçün rəqibinə qəsdən uduzub

 

Yenixeber.org:  Polşada keçirilən çempionatda rusiyalı rəqibi Əlixan Cəbrayılova qarşı güləşən iranlı güləşçi matçın ortasında 3-2 hesabı ilə irəlidə olduğu an onun məşqçiləri matçı dayandırıblar.

Yarışda çəkilən videoda məşqçilərin bu an Əlirezaya “sən uduzmalısan” deyə xəbərdarlıq etdikləri eşidilir. Buna səbəb isə digər matçda israilli güləşçinin ABŞ-lı rəqibini məğlub edərək, bu matçın qalibinə qarşı güləşməsi şərti olduğu deyilir.

Xəbərdarlıqdan sonra Əlireza Kərimi rəqibinin hücumunun qarşısını almayıb və 14-3 hesabı ilə uduzub.

Növbəti mərhələdə Əlixan Cəbrayılov israilli güləşçi Uri Kalaşnikovu 10-0 hesabı ilə məğlub edib, ardınca isə finalda qalib gələrək qızıl medalı qazanıb.

Bürünc medal uğrunda israilli güləşçiyə qarşı güləşməli olan iranlı idmançı, bu dəfə də iştirak etməkdən imtina edib.

Qeyd edək ki, Ə.Kərimi 2016-cı il Rio Olimpiadasında da iştirak edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam