Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ANALARIN DİLİNDƏN

 

Xeberinfo.com:

 

Şəhidimə mən daha,

İstəmirəm ağı deyim.

Dilim ağzımda yanıb,

Ürəyimin yağı deyim.

Dağ-dağ olan sinəmə,

Axan qanlı yaşları,

İçmək stəmirəm mən.

Balama boy göstərib,

Kəfən istəmirəm mən.

İstəmirəm dinləmək,

Arzu etməyin artıq,

Nə səbr, nədə ki dözüm.

Sıravi əsgər olaq,

Yığışaq biz analar.

Haqqsızlığa yox deyək,

Tapaq özümüz çözüm.

Nəyi salım mən yada 

Mənliyimiz bir para.

Sülhü sevmirəm daha.

İsrəmirəm mən dözüm,

Açılan atəş, vuran qol,

Arzumdu olum özüm.

Aslana nər pələngə,

Elə dönərəm özüm,

Od püskürən gözlərim,

Düşərək rəngdən, rəngə.

Diləyər düşmən aman,

Yazılar tarixi zaman.

Sipər olmaq istəyirəm

Oğulların sinəsinə,

Tuş gəlməsin onlar,

Düşmənin gülləsinə.

Ürəkləri daş edin,

Dinləyin siz, eşidin.

Nədən axı ağlayaq,

Qaranı biz bağlayaq?

Biz analar əsgərik,

Çıxıb düşmən önünə,

Parçalarıq əzərik!

Yeni tarixi yazıb,

Başımız dik gəzərik.

 

TƏRANƏ ŞƏMS. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam