Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KİZOMBA, GO-GO VƏ TÜPÜRCƏYİN SİRRİ

 

BİR DƏ EHTİRASLARIN  STRİP - PLASTİKASI

 

Xeberinfo.com:  Fransız tədqiqatçılarının iddialarına görə insan tüpürcəyinin tərkibində opiorfin deyilən maddə mövcuddur. Adı çəkilən maddə morfi ilə müqayisədə nə az, nə çox, düz 6 dəfə ondan da artıq ağrıkəsici xüsusiyyətə malikdir. Bax burada deyirlər ki, Allah bir tərəfdən kəsəndə başqa bir tərəfdən də yetirir. Məmləkət Əhlinin ağrımayan yeri olmadığı kimi elə dərman almağa da imkanları yoxdur. Ağrıyan yerlərinizə, sizə ağrı verən yerlərə tüpürün, bəylər və xanımlar! Allah tüpürcəyinizi bol eləsin!...

Həə, qardaş, deməli hər şeyin çarəsi Allahın iznilə elə insanın öz əlində imiş. İndi sağ olsun Müsjo Jordanın qohum-əqrəbası ki, bəşəriyyətə tüpürcəyin möcüzəsini əta elədilər. Siz də bu “möcüzə”nin qüdrətindən yararlanın, bütün ağrıdıcı yerlərə tüpürün.

Amerikaya tüpürün, Avropaya tüpürün,  AŞ PA-ya tüpürün, ATƏT-ə və onların Minsk Qrupuna tüpürün,  amerikalı, fransalı, rusiyalı həmsədrlərin “turist səfərləri”nə tüpürün, Helmut Kolun “xristian evi” adlandırdığı Avropa Birliyinin tolerantlıqdan vaz keçməklə bəşəri əlaqələri dini təəssübkeşliyin eybəcərlikləri üzərində qurmalarına tüpürün, BMT-nin öz Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmadıqlarına tüpürün, OPEK-ə tüpürün, devolvasiyaya tüpürün, səsimizə səs verməyərək islam donu altında şeytanlaşanlara tüpürün, absurd iddiaları naminə dövlətçilik maraqlarımızı tapdalamaqla erməniylə birgə yambız oynadanlara tüpürün, erməniyə tüpürün, onların şimaldakı “bratları”na, cənubdakı “bəradərləri”nə tüpürün, qərbdəki müsyoların, serlərin ikili standartlarına tüpürün, “türk məsuliyyətsizliyi”nə qol qoyanlara tüpürün, Çində, Rusiyada, Suriyada, İranda türklərə qarşı soyqırımı həyata keçirənlərə tüpürün, Turan Birliyinə qarşı çıxanlara tüpürün, adət-ənənələrimizi məhv edənlərə tüpürün, 5-6 manat müqabilində cürbəcür imtiyazların kəbinli arvadına çevrilərək erməni əsirliyində qalan qız-gəlini unutma hissinə tüpürün,  Mirzə Sakit demişkən, “ceyranqaş, qaytanbığ şairlər”in şeirlərinə tüpürün, “Daş yuxular”a tüpürün, pəpə istəyən cocuqlarınızın başını qazanda yalxı su qaynatmağınıza tüpürün, udduğunuz tüpürcəyə tüpürün, qərəz, nə başınızı ağrıdım,  dünyada xoşunuza gəlməyən və bir insan olaraq sizi narahat edən, sizi çətinə salan hər bir şeyə tüpürün.

Avropanın bizləri lüt ətcəbala etmək istədiyi moda yarışlarına tüpürün ki, bu gün onların ucbatından Azərbaycandakı podiumlarda kreditini ödəyə bilməyən anaların, ataların intiharını sərgiləyən faciələr və tragikomediyalar oynanılır !...  

İntihardan söz düşmüşkən, bir zamanlar indiki deputat TAHİR KƏRİMLİ də nəyə görəsə intihar etmək istəyirdi və onu bu günahdan çəkindirməyə çalışan həmkarları var idi  – özü də Milli Məclis divarları arasında. Ancaq Tahir bəy bunu etmədi, sağ qaldı və yenə deputat  oldu, özü kimi həmkarları da var. Ancaq onun vaxtilə çıxış yolu kimi qəbul etdiyi intiharlar indi Milli Məclis divarlarından çöldə baş verir, bütün sosial təbəqədən olan insanlar şirin canlarına qəsd edirlər, sağ qalmırlar, artıq deputat da ola bilməyəcəklər. İntihar edənlərin seçdikləri Tahir Kərimlilərsə ya belə şeyləri görmür, eşitmir, ya da, görüb eşidəndə uzaqbaşı millətin əsəbləriylə oynayan Elman Rüstəmova, Samir Şərifova “başımız sağ olsun” deyir. Əsas odur ki, deyir. Bəli, “qocalar evi” olan hökumətin qartımışlarına nəsə deyir...

Allah rəhmət eləsin, mərhum prezidentimiz HEYDƏR ƏLİYEV hər zaman vurğulayırdı ki, DÖVLƏT  İKİ ŞEYDƏN  SARSILAR: günahkarlar cəsasız qalanda və günahsıza cəza veriləndə. Bu gün sosial narazılıqlara təkan verən bank sektoru günahkar, kreditor millətsə günahsızdır. Arzu edək və fərd olaraq hər birimiz çalışaq ki, dövlətimiz sarsılmasın.  Öndərlərimizin Vəsiyyətlərinə əməl edək ki, sabahımız xoş günlərə açılsın!

Ancaq nə yazıq ki, indi bizim dövlətimizi sarsıtmaq istəyən qüvvələr var və nə yaxşı ki, artıq 10 milyona yaklaşıq insanımızın da tüpürcəyi boldur. Dövlətimizi sarsıtmaq istəyənlərdən öz mübarək tüpürcəklərinizi əsirgəməyin, bəylər və xanımlar!

Siyasi düzənimizdə səslənən qarşılıqlı ittihamlar, mövcud vəziyyətə olan yanaşma və baxış tərzləri adamı bu məmləkətdə doğulmağına görə peşiman edir. Müxalifət və iqtidar cəbhəsinin min  bir zillət hesabına özlərinə qayırdıqları BÜTü anındaca KÖTÜK timsalında cəmiyyətə sırıma qabiliyyəti milli, mənəvi deqradasiyanı stimullaşdıran faktordur. Çoxunun timsalında görünür ki, dünən yaratdıqları Bütə bu gün tüpürüb, dünən Kötük sandıqlarına da bu gün səcdə edirlər. Belə tüpürənlərdən, belə səcdə edənlərdən öz mübarək tüpürcəklərinizi əsirgəməyin, bəylər və xanımlar!

ARTIQ QƏLƏMLƏR sındırılıb və artıq QƏLƏMLƏR də sındırılıb. İndi hamı eyni şriftli klaviaturada yazır. “Ə”-nin yerinə “e”, “ğ”-nın yerinə “q” yazılsa da, mətndəki mənalar itmir. İctimai mühitdəki səs dalğaları mühiti bərbad günə qoyanların xarabalarında analoyi siqnala çevrilə bilmir. ARTIQ və sındırılan QƏLƏMLƏRdən, ictimai mühitin səsini eşitməyənlərin qulaq seyvanlarından  öz mübarək tüpürcəklərinizi əsirgəməyin, bəylər və xanımlar!      

Qarşıdan Roma katolik kilsəsinin üz qarası olan 14 fevral tarixi gəlir. Üstündən 17 əsr keçəndən sonra homoseksualizmi kilsəyə gətirənlər anladılar ki, onların “Müqəddəs”  sandıqları heç də “Müqəddəs” deyil, sıradan bir homoseksualist imiş – adı da ki, Valentin! Dünyanın gənclər qvardiyası kilsə axmaqlığı ucbatından özləri də bilmədən homoseksualist düşüncə tərzinin daşıyıcılarına çevriliblər. Nəhayətdə kilsə ötən əsrin 60-cı illərində HOMOSEKSUALİST   VALENTİNin adını  öz “Müqəddəslər” Siyahısından çıxarmaqla həm də 14 fevral tarixinin “Sevgililər Günü” kimi qeyd edilməsini yasaqladı. Ancaq mənəviyyatı para hesabına zorlanan və az qala zorlanmanın özündə belə demokratik prinsip, insan özgürlüyü  axtaran ölkələrdə bu tarix hələ də böyük coşquyla keçirilməkdədir. Nə yazıq ki, Azərbaycanı da bu bataqlığa sürükləmək istəyənlər var. Homoseksualist Valentinə “müqəddəs” statusu verən kilsə əyyaşlarından, kürsü, vəzifə, para qarşılığında məmləkəti bataqlığa sürükləyənlərdən öz mübarək tüpürcəklərinizi əsirgəməyin, bəylər və xanımlar!...

Sizin tüpürdükləriniz  öz maddi və mənəvi dünyasında çılğın, azğın ehtiraslarının əsirinə çevrilən iylənmiş ət və qaralmış sümükdən ibarət  varlıqların yaşantılarıdır. Sizin tüpürdükləriniz türk və müsəlman dünyası üçün öz əxlaqsız elementləriylə zəngin olan KİZOMBA, GO-GO RƏQSİnin strip-plastikaları və bununla da ifaçının tamaşaçının əqlini ehtirasların gücüylə başdan çıxarma cəhdidir. Uzaq Anqolada, Latın Amerikasında  yaranan bu oyun növləri əslində vücudu bir qəpiklik edən ehtirasların rəqsidir. Kizomba da, go-go da  bu gün Fransada  – tüpürcək haqda məlumat verən tədqiqatçıların vətənlərində də ən populyar rəqs növüdür. Onlar özləri, bizimsə tüpürcəyimiz rəqs etsin.  Gücümüz tüpürcəyimizə çatır, Allah tüpürcəyimizi bol eləsin!...

 

 

P.S. “..Üzündə bir sağ yer varsa: Dünyanın tfu üzünə”. Səhv etmirəmsə Məmməd İsmayıldandır və hər şey millidir....

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam