Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TAKAHAŞİNİN ALÇABULAQ KƏNDİNƏ SƏFƏRİ

 

Xeberinfo.com:   AMİNAZİN TƏSİRİNDƏN DALDIĞIM YUXUDA GÖRDÜKLƏRİMDƏN

Yuxuda belə söyləyirdim: Ay Yaponiyanın ölkəmizdəki səfiri cənab TSUQUO TAKAHAŞİ, nə olar bir bizim kəndə də baş çək - YARDIMLInın ALÇABULAQ kəndinə. Rəhmətlik Midan Kişi demişkən, qoy görən desin yarı var. Gəl gör necə gözəl YOLLARIMIZ, necə gözəl TELEFON RABİTƏMİZ, necə gözəl TƏHSİLİMİZ (amma məktəbimiz doğrudan da gözəldir, indi nə olsun ki, yandırmağa qazı, çaşdım e, odunu, dərs keçməyə də şagirdi yoxdur), necə savadlı MÜƏLLİMLƏRİMİZ, necə gözəl TİBB MƏNTƏQƏMİZ, tarixi abidələrə necə gözəl yanaşmamız var. Çıx bir Haça gədiyə, seyr elə kəndi - bax GÜNÜMÜZə, GÜZƏRANIMIZa, ordu ordundan keçən CAMAATIMIZa, işsizlikdən veyilləşən CAVANLARIMIZa, bir loxma çörək ümidiylə balalarının Rusiyətə getməsinə dabro verən QOCALARIMIZa, əkilmək üçün özünə yer tapa bilməyən SOĞANIMIZa, elə həmin soğanın tumunu almağa belə yetməyən ABBASImıza, ilin, günün bu vaxtında həsrət qaldığımız QAZIMIZa, doğranan BAĞLARIMIZa, min illərin tarixini özündə yaşatsa da, gözdən, könüldən iraq düşən, yerli icra strukturuyla Tarix İnstitutunun sanki düşmən münasibəti bəslədiyi "Türbə" adlı OCAĞIMIZa, Sarı Təpə deyilən yerdə itib batan KURQANIMIZa, qulaqlarında tıxac olan Folklor İnstitutunun heç yanda eşitmədiyi və toplamaq həvəsində də olmadığı BAYATIMIZa, AĞIMIZa və...və bir anlığa xəyali söhbətdə bulun bizim bütün nazirlərlə, bu rayonu təmsil etmiş və edən millət vəkilləriylə, sonra da "qardaş, ot kökü üstə bitər, sizin əməlləriniz və laqeydliyiniz sayəsində Alçabulaqdakı otların kökünə də balta vurulub - bəs bu nədir, nə işdir?" -deyə sualı onlara ünvanlayın....Cənab səfir, biz bunlara,... bəli, bəli, düz deyirəm bunlara bunları deməkdən yorulduq. Ancaq ot bitmir ki, bitmir. Bəlkə Alçabulağa da baş çəkib nazirlərimizin, millət vəkillərimizin, icranın. bələdiyyənin reytinqini qaldırasınız.....Onsuz da indi bütöv Azərbaycan Əmircanlı Qalib kimi "puy vey, puy vey, puy uey" deyə-deyə gəzməkdədi....Ancaq gəlib eləsəniz, Sizi and verirəm həzrət Abbasın düşən qollarına, Minci hamarından keçməklə Alçabulaq kəndinə gəlin - kənd QƏBİRİSTANLIĞININ GÜNÜnü də görün! "Allah Sizə rəhmət eləsin, Ölülər!" deməyi də unutmayın, CƏNAB SƏFİR! Bir də "demədi" deməyin, Sevindik Hətəmovla Sırıq seyidləri bu barədə bir şey bilməsin...Sözümü yerə salsanız, təhsil Mikayılların, tibb Oqtayların, bank Elmanların, maliyyə Samirlərin, inkişafçı Şahinlərin, tarixçi Yaqubların, folklorçu Məhərrəmlərin, icraçı Sevindiyin, çoxdu e, çox, hə, Sabir Rüstəmxanlının, Musa Qasımlının acığına "XARAKİRİ" edəcəm....

 

Seyid Aslan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam