Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:  

Ey millət, alışma acı zillətə,
Məndə söz yazıram bir şair kimi,
Xalqını beləcə əzən dövlətə.
İndisə əl açır, yazıq millətə.

Bir zaman rüşvəti yeyən sizdiniz,
Almasam əlindən yeyə bilmərəm,
Doymayır gözlərim deyən sizdiniz,
Vallah ki, mən sizə, yazıq demərəm.

Pulları tökərdiz xeydə şərdə,
Ayaqlar altına atan sizdiniz.
Pulunun oduna bərk- bərk qızınan,
Dollarla qol-boyun yatan sizdiniz.

Nə olmuş gedirsiz əldən, ayaqdan,
Su alıb ağzına yatan millətim.
Süzürəm sizləri yaxın –uzaqdan,
Dilində söz ilə batan millətim.

Görmürdü gözünüz ağı, qaranı,
Səsiniz çıxmadı dinmədiniz heç.
Heç duya bilmədiz yaxşı yamanı,
Artıq ox hədəfdə, burax kamanı.

Danışmaq mənasız, səsini qaldır, 
Yol tutub yeri sən, əməli iş gör.
Çığır sən, tələb et, haqqını istə,
Yumruq tək, birləşib təməlli iş gör.

Səsləyir sizləri zəfər yürüşü,
Sırası gərəkdi mükəmməl olsun,
Bismilləh, başlayın səfər yürüşün,
Allahın adıyla düz əməl olsun.

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam