Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATIRLAR BİZDƏN

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:   (bədahətən)

Allahın verdiyi naza-nemətə,
Əl qoyub alırlar qapırlar bizdən.
Payımız nədirsə düşən qismətə,
Allahdan qorxmayıb atırlar bizdən.

Sərvətdi neftimiz oduna yandıq,
Tüstüsü bizimdir istisi kimin. 
Ax nəyi itirdik nəyi qazandıq,
Pay düşər adba-ad itkisi kimin.

Məmurun, nazirin işi xod gedir,
Millətim sürünür ayılmırıq ki?!
Qanunlar axsayır niyə cod gedir,
Hər dəyən qapazdan bayılmırıq ki?!

Tanrının verdiyi nələr var nələr,
Gözümüz görəni görməz olmuşuq.
Dillərdə tərsinə, düşüb kəlmələr,
Söz ilə dərdləri çözməz olmuşuq.

Havası xaricdir nəfəsi puldur,
Yerişi saxtadır, geyimsə başqa.
Qoyulur hərraca satılır quldur,
Əməli bəllidir beyinsə başqa.

Baxarsaq kənardan batan bizlərə,
Şimalı,simasız oxşarı çoxdur.
Kənardan baxın siz, sizsiz bizlərə,
Loxmaya yedilən toxları çoxdur.

Zamanı əymişik düzünə həsrət,
Aldadan özümüz , yalan özümüz
Fikirlər hallanır əməllər dəhşət,
Baş qatır siyasət yanan özümüz.
TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam