Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QOYMA TOX OLAQ...

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:  (bu gün Şəhid olan əsgərimizə ithaf edirəm..çox duyğulandım)

 

Bu millət nəyəsə, ümid bağlayır,
İnanır bu qədər görəsən kimə?
Hər gün şəhid verir, gözlər ağlayır,
Bu dərdi axı bəs deyəsən kimə.

Bu millət yox olur qananı varmı,
Çəkilir çarmıxa bükülür xalqım.
Özündən özgə bir yananı varmı,
Sözünü deməyə amanı varmı.

Dilimiz öyrəşib rəhmət deməyə,
Hər şəhid ölümü eşidəndə biz.
Zamanı qınayıb töhmət deməyə,
Düşmənə haqq verib seçiləndə biz.

Nədir bəs xalqımın günahı Allah,
Torpağı unudub möhlət dilənir.
Məmuru ölmürmü utanmır Allah,
Vəzifə dilənir şohrət dilənir.

Vətənim deyəndə başım əyilir,
Sərhəddi yarımçıq Vətənmi olar?
Qəlbimin yağı yox, daşı əriyir,
Bu nakam sevgiyə yetməkmi olar.

Vətənin sərhəddi qəlbdən başlayır,
Əkilsə toxum tək becərən gərək.
Vicdanla çəkilən dərddən başlayır,
Bir künc var, o küncü sevəsən gərək.

Qeyrəti itirək bəlkə yox olaq,
Ayıl sən millətim özünə gəl sən.
Haqqini tələb et oturma belə,
Susayaq qana biz bəlkə tox olaq?!... 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam