Rəhman Salmanlının "Ramazan oğulları" haqqında
Xeberinfo.com: Dilimizdə belə bir deyim var: "Hər şeyin zamana ehtiyac var". İllər keçir,vaxt gəlir,zamana olan ehtiyac başa çatır. Dünənə bu günün tələbi ilə yanaşılır, dəyər verilir,qiymətləndirilir,açılmamış səhifələr açılır,diqqətlə oxunur və nəyin nə olduğu,kimin kim olduğu ortaya çıxır.bilinir.
2018-ci il 28 May tarixində Azərbaycan dövləti və xalqı böyük,möhtəşəm,əzəbətli bir bayramı qeyd edəcək.Bu Şərqdə ilk demokratik dövlət olan- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bayramıdır.Bu bayramı layiqincə qarşılamaq üçün hər kəs əlindən gələn qədər çalışmaqdadır.Tədqiqatçı alimlər isə o dövürlə bağlı elmi-tarixi araşdırmalar aparır, qaranlıq məqamlara işıq salır,indiyə kimi xalqa məlum olmayan tarixi şəxsiyyətləri ortaya çıxarıb onlara tanıdırlar. Belə xeyirxah alimlərimizdən biri də tədqiqatçı-jurnalist,Respublikanın əməkdar mədəniyyət işçisi, filologiya üzürə fəlsəfə doktoru Rəhman Salmanlıdır.R.Salmanlı x1x əsrin axırları,xx əsrin əvvəllərində ölkəmizin qərb bölgəsində- dəqiqi Şəmkir rayonunun ərazisində baş verən ictimai-siyasi hadisələr fonunda milli və ali arzulu insanların və eləcə də Ramazan oğullarının qaçqınlıq,qoçaqçılıq mübarizəsindən bəhs edən "Ramazan oğulları"kitabını nəşir etdirmişdir."Ramazan oğulları""Represiya qurbanları" seriyasından müəllifin birinci kitabıdır.Kitab Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin "XX əsr xalqımız üçün çox müsubətli əsr olmuşdur. Gərək onu doğru-dəqiq, nə cür, necə olubsa, elə də yazaq. Bunların hamsı həm xalqımızın özünü tanıması,həm də bugünki siyasətimiz üçün lazımdır"kəlamları ilə açılır.
Azərbaycan tarixən heç bir yaxın,uzaq qonşusunun torpağına hücum edib, onu işğal etməyib,insanlarını qırmayıb, heç gündəlik dincliyini belə pozmayıb. Amma hər zaman yadellilər tərəfindən hücuma,basxıya və işğala məruz qalıb,böyük-böyük ərazilər itirib,insanları məhv olunub.Zaman-zaman bizə dəyən zərbələrin ən böyüyü və bərki şimal qonşumuz olan Rusiyadan dəyib.İstər çar rusiyası dövründə,istərsədə də tərkibində 70 il yaşadığımız sovet dönəmində rus şovinistlərinin əli ilə əbədi və əzəli torpaqlarımız olan qərbi Azərbaycan torpaqlarımız ermənilərə verilib,soydaşlarımız yerlərindən-yurdlarından qovulub,qaçqına, köçkünə çevrilib,qətlə yetirilib. Bundan mənəvi güc alan ermənilər uzun illər "arxalı köpək qurd basar" prinsipiylə yaşayıblar.
Tarixdən məlumdur ki,Şəmkirlilər hər zaman xarici işğalçılara qarşı igidliklə,qəhramanlıqla vuruşublar,çox sərkərdələrin burunlarını ovub.bellərini əyiblər,amma heç vaxt düşmən qarşısında əyilməyib,ondan imdad.kömək diləməyiblər.Bunların hamsı tarixin yaddaşına hopub,yazılı mənbələrdə göstərilib,bu günümüzə gəlib çatıb.Amma çox təəssüf ki,həmi "Şəmkir davası",həm də Gəncə mübarizəsinin ən fəal iştirakçılarından olan Ramazan oğulları barəsində az yazılıb,bu sahədə bir boşluq,çatışmamazlıq var.Mənə elə gəlir ki, az da olsa bu boşluğu R.Salmanlının "Ramazan oğulları" xatirə-memuar kitabı dolduracaq.
İctimai münasibətlərdən ayrı təsəvvür edilməyən insan dövürdən,zəmanədən asılı olur,fəaliyyət göstərir,içində olduğu sinfi təmsil edir.O kimdirsə o mövcudiyyəti-kəndlidirsə kəndliliyini,mülkədardırsa mülkədarlığını,kapitalisdirsə kapitalistliyini qoruyur.Və bir-birindən tamam fərqlənən insanlar bir-birini də qəbul etmirlər,sərbəst,rahat yaşamaq uğurunda çarpışırlar,döyüşürlər.Həyatda ictimai quruluşlar dəyişdikcə insanlar da dəyişirlər.Kapitalizmin insanı sosialist insanına çevrilə bilmirlər və ya əksinə.Hər cəmiyyətin öz adamı var.Bundan da belə nəticəyə gəlmək olar ki,insan fəhlələşməklə,ağalaşmaqla,bəyləşməklə,kapitalistləşməklə özündən aralanır bütövlüyünü,tamlığını itirir.
Sosializm cəmiyyəti zorən insanları Allahsızlaşdırdı,ondan uzaqlaşdırdı. Hakimiyyətdəki birinci şəxsi Allahlaşdırdı və cəmiyyətdəki bütün insanları onun qorxaq və müti bəndələri etdi.Deyirlər insan ictimai münasibətlərin məcmusudur.Əgər doğurdan da elədirsə.onda deməli cəmiyyət onu özünün istədiyi formaya sala,yaşada bilər. Ramazan oğulları yaşadıqları cəmiyyətin onları istədiyi şəkilə.formaya salmağına razılaşmadı,istənilən çərçivəyə sığmadılar,öz daxili məzmunuyla mühitdən,tarixi şəraitdən kənara çıxdılar və əsil insan kimi yaşamaq mücadiləsinə başladılar.Ramazan oğulları dünyanı olduğu kimi görmək yox,istədikləri kimi görmək istəyirdilər.Və bu amal,bu məqsəd uğurunda da qaçaqçılıq,qoçaqçılıq edirdilər.
Kitabın ilk səhifələrinin birində müəllif haqlı olraq belə bir sual verir: "Kimdir Ramazan oğulları?"Harda yaşayıblar,necə yaşayıblar.xalqın yaddaşında hansı keyfiyyətlərinə görə qalıblar? kimi sualların cavablarını isə uzun illərin axtarışlarından,araşdırmalarından və neçə-neçə insanın yaddaşını vərəqləməklə 240 səhifəlik bir kitabda Rəhman Salmanlı özü verir.
Ramazan oğullarının əsli qədim Göyçə mahalındandır.Bir qan davasına görə Məşədi Ramazan ailəsini də götürüb Qazaxa köçür.Bir neçə il burda yaşadıqdan sonra ailə üçün daha təhlükəsiz və rahat bildiyi Şəmkirin Qaracəmirli kəndində məskunlaşır.Az vaxt içərisində özünə yaxşı gün-güzəran düzəldir.Çox keçmir ki,Ramazan kişi haqq dünyasına qovuşur.Ailənin bütün yükü böyük oğul kimi Əmiraslanın üzərinə düşür.Bu azmış kimi Əmiraslanın əlindən xata çıxır-ehtiyatsızlıqdan qayınatasını tüfənklə öldürür və bu ehtiyatsızlığın nəticəsi kimi ömürlük uzaq Sibirə sürgün olunur. Deyir dərd,azar gələndə dalbadal gəlir.Bu dərddən ikinci oğul Rüstəmə də "pay" düşür. Əsədlilər nəsilindən olan Əkbərin əkin-biçin sahəsi olmadığına görə Rüstəmə ağız açır.Rüstəm onun sözünü yerə salmır,dolanmaq üçün ona istədiyi qədər əkib- biçməyə torpaq sahəsi verir. Nəfsini cilovlaya bilməyən Əkbər Sibirdə sürgünlük həyatı yaşayan Əmiraslanın da yerinə göz tikir və oranı da şumlayır.Onun bu hərəkəti Rüstəmə ağır gəlir,dəfələrlə Əkbərə ismarınc göndərir ki,Əmiraslanın torpağını əkməsin.Lakin Əkbər Rüstəmin ismarınclarına məhəl qoymur,tutduğu yoldan geri dönmür.Bunu özü üçün saymazlıq,hörmətsizlik kimi qəbul edən Rüstəm Əkbəri gülələyir.Bundan sonra nə edəcəyini götür-qoy edən Rüstəm iki yol ayrıcında qalır:Ya böyük qardaşı Əmiraslanın taleyini yaşamalı,qarlı-şaxtalı uzaq Sibirdə qazamatda çürüməli,ya da hökumətin qoruq-qadağasından qaçıb qaçaqçılıq etməli.Rüstəm ikinci yolu tutur.O gündən Kürqırağı meşələrdə gizlənib qaçaqcılıq edir.Bununla da Rüstəm Ramazan oğullarının qaçaqcılıq tarixini "rəsmiləşdirir".
Vaxt gəlir,zaman dəyişir, 300 yüz ildən artıq ömür sürən böyük Rus imperiyası 1917-ci ildə diz çökür.Ölkədə hakimiyyətsizlik,başıpozuqluq yaranır.Katorqada olanlar bundan istifadə edib,sügün yerlərindən qaçırlar.Qaçanlar arasında Ramazan oğullarının böyüyü Əmiraslan da olur.O,iki nəfər türk zabitiylə uzun yol qət edib Gəncəyə gəlir,oradan da doğma kəndi Qaracəmirliyə gedir.Sürgündə sağlamlığını itirən Əmiraslan iki ildən sonra dünyasını dəyişir.
Rəhman Salmanlı bəhs olunan kitabında təkcə Ramazan oğullarının fədəkarlığından,qəhrəmanlığından söhbət açmaqla kifayətlənmir,o həm də Gəncədə və Gəncəbasar ətrafında baş qaldıran,rus məmurlarının xristian təəssübkeşliyindən faydalanan erməniləri yerində oturdan,onlara əl-qol açmağa imkan verməyən Dəli Alıdan da söhbət açır,onun igidlik və qəhrəmanlığını öyür. Dəli Alı sıradan bir qaçaq deyildi. Həətta çar ikinci Nikalay belə onunla hesablaşırdı.Müəllif Dəli Alı haqqında çox önəmli bir faktı da oxucuların diqqətinə çatdırır. İkinci Nikalay xüsusi fərmanla onu bağışladığını bəyan edir və Dəli Alını Peterburuqda çar ailəsinin 300 illik tarixi münasibətilə düzəlnənən məclisə dəvət edir.Bütün bunların qarşılığında Nikalay Dəli Alıdan rus əsgər və məmurlarına güllə atmamağı tələb edirdi.Dəli Alı da.Dəli Alıydı,məğrurluğu,qeyrəti,ərənliyi,milli təəssübkeıliyi ilə.
R.Salmanlı yazır: "Dəli Alı olmasaydı, ermənilər Gəncəbasarda daş üstə daş qoymazdılar".
Xalq arasında Qaçaq Alı və Dəli Alı kimi tanınan bu tarixi şəxsiyyət də əslən Şəmkirin Keçili kəndindən idi.
Rus havadarlarının köməyinə arxalanıb,bel bağlayan nankor ermənilər qərb bölgəsində at oynadır,kəndlərə silahlı hücumlar edir,əhalinin var-yoxunu zorla əlindən alır ,qabaqlarına keçən insanları gülələyirdilər.Erməni vəhşiliyinin qarşısını almaq,dinc əhalinin əmin-əmanlığını təmin etmək üçün Gəncədə"Qeyrət" adlı özünümüdafiə dəstələri yaradılır.Və bu dəstələrin tərkibində Ramazan oğulları- Rüstəm,Təhməz və Alməmməd də erməni-daşnan birliyinə qarşı vuruşurlar.Tarixə 9 yanvar 1918-ci il"Şəmkir davası" kimi düşən vuruşda yüzlərlə insan iştirak etmişdi.Onların arasında Ramazan oğulları da vardı.Onlar şəhid olan və yaralanan soydaşlarının qisasını 10 mindən çox rusu və ermənini öldürməklə almışdılar.
R,Salmanlığının göstərdiyi kimi Rüstəm nə qədər milliydisə bir o qədər də bəşəriydi.Yəni onun için hansı dindən,hansı millətdən olmanın fərqi yox idi.Onun üçün bir olan Allahın bəndəsi vardı.Müəllif bunu belə qələmə alır.Ağır döyüşdən sonra Rüstəm kolluqdan səs eşidir və səsə doğru gedir.Görür ki,bir rus zabiti ağır yaralı halda zarıyır.Tez onu silahdaşları vasidəsi ilə kəndə göndərib müalicə elətdirir.Zabit tam sağalandan sonra isə sağ-salamat Rusiyaya ailəsinin yanına göndərir.
"Şəmkir davası"ndan sonra el-obada Rüstəmin və onun sadiq silahdaşlarının hörmət-izzəti,nüfuzu get-gedə artır.Hər kəs Rüstəmə böyük hörmət mənasında"qağa" deyə müraciət edir.Bolşeviklərin "Musavat quldur dəstələri" kimi adlandırdıqları azərbaycanlıların və Ramazan oğullarının bircə məqsədi vardı: Uzun sürən rus müstəmləkəçiliyindən xilas olmaq,müstəqilləşmək və nəhayətdə özlərinin istədikləri bir dövləti qurmaq.Təbii ki,buna Rus imperializmi heç vaxt imkan verməzdi və vermirdi də.
Rüsəm necə mərd idi,qorxmaz idi,özü kimi də silahdaşları,məsləkdaşları vardı.Müəllifin böyük qürurla oxucularına tanıtdırdığı igidlərdən biri də Gədəbəyli Qaçaq Məcid idi.Qaçaq Məcid yaşadığı Gədəbəydə,qonşu Şəmkirdə,Göyçədə baş qaldıran,mənəm-mənəmliklə azərbaycanlıları incidən ermənilərin ağzını ovub dərsini verirdi.Onun qorxusundan ermənilər əl-qol aça bilmirdilər.Hamı onu savadlı,qoçaq və mərd birisi kimi tanıyırdı.Tiflis kimnaziyasını bitirmişdi,Novo-İvanovkanın "naçalnik uezd"i vəzifəsində çalışırdı.Buna baxmayaraq çar rusiyyasının rusların ucqarlara köçürülmə siyasətinə qarşı çıxırdı.Bu ruhda olan adam heç vaxt işğalçıya böyun əyməzdi,ona görə də məmurluğunu qaçaqcılıqla əvəzləyir,ruslara və sonralar onların qurduğu Şura hökumətinə qarşı vuruşur.1939-cu ildə o vaxtkı Baş Siyasi idarənin rəhbəri olan Mir Cəfər Bağırov şəxsən özü Qaçaq Məcidin üstünə xeyli ordu qüvvələri göndərir və Məcidin diri tutulub gətirilməsini əmir edir.Qeyri-bərabər və ağır döyüşdə Qaçaq Məcidin iki gülləsi qalır.Onun biriylə atını,biriylə də özünü güllələyir.Özünü güllələmişdən qabaq isə tüfənginin qundağına bu sözləri yazır: "Məcidi Məcid vurdu".Bax,budur kilassik Azərbaycan kişisi!
Mərkəzin dediklərini can-başla yerinə yetirən Həmid Sultanov,Qasım İsmayılov və digər Şura hökumətinin yüksək çinli məmurları qaçaqlara silahı yerə qoymağı,onlarla əməkdaşlıq etməyi təklif edib onları aldadır və sonra gülələyirdilər.Belə təkliflər dəfələrlə Rüstəmə də edilmişdi.Amma Rüstəm onların məkirli təkliflərinə inanmamış,silahı yerə qoymamışdı. Günü-gündən hökumətlə hökumətlik etmək çətinləşirdi,çünki hökumətin güclü topu,topxanası və canlı qüvvəsi vardı.1930-cu ilin yazında bolşeviklər Ramazan oğullarının var-dövlətini,əkin sahələrinin çox hissəsini ələ keçirmişdilər. Mərkəzin "Kolxozların təşkili və qolçomaqlarla mübarizə işi" qərarından sonra isə onların bütün əmlakları müsadirə olunub kolxoza verilmişdi.
İllərlə Rüstəmi yola gətirə bilməyən bolşeviklər nəhayət hiylə yolu ilə onu dostunun məkanında pusquya salıb qeyri-bərabər döyüşdə yaralayıb tuturlar.Yaralı-yaralı Gəncəyə gətirib Sərdar bağında iri bir çinara zəncirləyirlər və onunla pullu "vida günü" təşkil edirlər.Və beləcə igid,qorxmaz bir Vətən oğlunu da bolşeviklər vəhşicəsinə məhv edirlər.
Rüstəmin qeyri-insani öldürülməsindən sonra qaçaqların bəziləri qonşu ölkələrə qaçır,qaça bilməyənlər isə hökumət güllələsinə tuş gəlir.
Rəhman Salmanlı "Ramazan oğulları"kitabını nəşr etdirməklə Azərbaycan ədəbiyyatında unudulmaqda olan bir janrı-xatirə-memur janrını yenidən gündəmə gətirdi.Bu yolda Rəhman müəllimə uğurlar diləyir və arzu edirəm ki,bu seriyadan olan növbəti kitablarını da dəyərli oxucularının ixtiyarına versin.
Məhərrəm Şəmkirli