Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VƏLİ XULUFLU RƏHMAN SALMANLI ARAŞDIRMALARINDA

                           VƏLİ XULUFLU RƏHMAN SALMANLI ARAŞDIRMALARINDA

 

   Yenixeber.org:  Uzun illərdir respublikada araşdırıcı jurnalist kimi tanınan,əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəhman Salmanlı bu sahənin ən öndə gedən ziyalılarından biridir. Onun bu yaxınlarda "Represiya qurbanları" seriyasından olan "Gizli güllənən alim" adlı ikinci matirə- memuar əsəri "Elm və Təhsil" nəşriyyatında nəfis şəkildə nəşr olunmuşdur.

  1937-ci il tarixin ən amansız, ən qanlı-qadalı ilidir. Azərbaycan xalqı tarixində bəlkə də bu il qədər ağır il yaşamamışdır. Bu il Azərbaycan yazıçılarının, şairlərinin, ictimai- siyasi xadimlərinin, ziyalılarının bolşevik- erməni hakimiyyətinin birlikdə törəttiyi soyqrım ilidir. Bu ildə nə qədər günahsız insanlar güllələnib, qarlı- çovğunlu yerlərə sürgün olunub, ailə üzvüləri, qohum-əqrəbaları hüquq- mühafizə orqanları tərəfindən sorğu- suala çəkilib, şərlənib, zorla boyunlarına günahlar qoyulub, incidilib, uzaq- uzaq məkanlara sürgün olunublar.

  Bunlardan biri də millətçi kimi şərlənib güllələnən folklorşunas alim Vəli Xulufludur. Kitab böyük alim, ictimai- siyasi xadim olan Vəli Xulufnun ömür yoluna həsr olunmuşdur. R, Salmanlı V. Xuluflu haqqında arxiflərdən topladığı sənədləri, onun haqqında yazılmış elmi yazıları, ailə üzvülərinin, yaxınlarının danışdıqları söhbətləri bir yerə cəm edib elm adamlarının və geniş oxucu kütləsinin ixtiyarına vermişdir.

  Kitab akademik İsa Həbibbəylinin "Folklorşunaslıq elminin Koroğlusu" ön sözüylə açılır. Ön sözdə müəllif Azərbaycan elmidə V. Xuluflu fədəkarlığından və bu fədəkarlıq sayəsində qazandığı böyük naliyyətlərdən söhbət açır. R. Salmanlının bu kitabını Vəli Xuluflu haqqında yazılmış ilk sənədli- publisistik əsər kimi dəyərləndirir.

   Rəhman Salmanlı "Gizli güllələnən alim" əsərində ilk olaraq Vəli Məmmədhüseyin oğlu Xulufnunun doğulduğu yerdən və o dövrün ictimai- siyasi durumundan söhbət açır. Sonra gələcək alimin təhsil illərindən və erkən başlayan pedaqoji, ictimai- siyasi fəaliyyətindən oxuculara geniş məlumat verir.

 Müəllif özünün və çoxlarının bilmədiyi bir önəmli faktı da oxucularına çatdırır. O, Nizami adına Ədəbiyyat İnstitunda həmkarı prefossor Asif Rüstəmli ilə rastlaşır. Bir- birindən hal-əhval tutandan sonra Asif müəllim Rəhman müəllimə maraqlı bir fakt verir. Asif Rüstəmlinin dediyi faktından məlum olur ki, SSRİ EA-nın Rəyasət Heyətinin 25 oktyabr 1935- ci il tarixli qərarı ilə Azərbaycanda akademiyanın filialı yaradılır və filalın ilk sədri, akademik Frans Levinson- Lessinq, sədrin müavinlərindən biri professor Vəli Xuluflu seçilir. Bir il sonra filialın nəzdində 5 elmi- tədqiqat instutları yaradılır. Bu institlardan biri də Tarix, Etnoqrafiya və Arxelogiya adlanır. İnstuta akademik İ. İ. Meşaninov direktor, professor V. Xuluflu isə müavin seçilir. Bu təyinatdan bir gün sonra filalın Rəyasət Heyətinin növbəti iclası keçirilir və bir neçə alimlə birlikdə Vəli Xuluflu da akademiyanın həqiqi üzvü seçilir. Bu fakt onu göstərir ki, V. Xuluflu o vaxt Azərbaycan elminin nəhənk simalarından olub.

 V.Xuluflu şifahi xalq ədəbiyyatını toplayıb üzə çıxarmaqla yanaşı, həmdə Azərbaycan yazıçılarının müasir oxuculara çatmayan əsərlərinin axtarışına başlayır. Dövrünün sayılıb- seçilən ziyalısı olan Əsgər ağa Goranlının 1884-cü ildə Tiflisdə nəşr edilən "Novoe obazrenie" qəzetində dərc olunmuş "Qara yel" adlı tarixi romanının, Abbas Səhhətin nəşr olunmamış nəsr əsərlərinin, M.Ə.Sabirin  A. Səhhətə etibar etdiyi vəsiyyətnaməsinin də izinə düşmüşdü. Çox təəssüf ki, məlum səbəblərə görə bu xeyirxah iş yarımçıq qalmışdır.

  R. Salmanlı əsərində göstərir ki, V. Xuluflu ədəbiyyatşunaslıq üzrə respublikanın ilk akademiki olub. Onun dilçiliyə, ədəbiyyatşunaslığa dair əsərləri onu elmi ədəbi dairədə yorulmaz folklorşunas alim, dilçi, yazıçı- publisisd kimi tanıtmışdır. O vaxt respublikaya rəhbərlik edən M.C. Bağırov da V. Xulufluyla yaxın münasibətdə olmuşdur. Tədqiqatçı alim R. Salmanlı bu fakdan da yan keçməmiş, onu kitabında işıqlandırmışdır. O vaxtlar qardaşı ilə birlikdə yaşayan Əzət yaxınlarına danışırmış ki, M.C. Bağırovu dəfələrlə qardaşıgildə görüb və hətta ona süfrə açıb, qarşısına çay- çörək qoyub. Bu görüşlərdə V. Xulufluyla M. C. Bağırov uzun- uzadı ədəbiyyatdan, siyasətdən danışarmışlar. Bu danışıqlar bəzən qızğın mübahisəyə çevrilərmiş. V. Xuluflu kitablardan gətirdiyi təkzib olunmaz faktlarla M. C.Bağırovu inandıranda, o əlini- əlinə vurub: "Bay atonnan, haaa! Meşədən də belə baş çıxar?!". M.C. Bağırov bununla V. Xulufnunun Kür çayının qırağında yerləşən doğulduğu Xuluf kəndinə işarə edərmiş.

  Respublikada böyük tarixci- şərqşunas kimi tanınan V. Xuluflu 1927- ci ildə "Koroğlu" dastanını ilk dəfə nəşr etdirir. AMEA-nın vitse- prezidenti, akademik İsa Həbibbəylinin təbrincə desək V. Xuluflu bu dastanı nəşr etdirməklə folklorşunaslıq elminin Koroğlusu zirvəsinə qalxır. Dastan istər elm aləmində, istərsədə geniş oxucu kütləsi arasında böyük sevgiylə qarşılanır. V. Xuluflu iki il sonra dastana yeni qollar, əhvalatlar əlavə etməklə onu təkrar nəşr etdirir. Dastanın təkrar nəşrindən sonra yaxın və uzaq ölkələrdə nələrin baş verdiyini hörmətli R. Salmanlının böyük zəhmətlə arayıb, axtarıb başa gətirdiyi araşdırma faktlarından öyrənək. "Koroğlu"dastanı bütün sovet respublikalarında, ələlxüsusda Orta Asiya respublikalarında böyük əks-səda doğurdu. Müsəlman respublikalarının folklorçu ədəbiyyatşünasları özlərinin Koroğluya bənzər milli qəhrəmanlarını yaratdılar.

  Tarixən hər şeyimizə- torpağımıza, suyumuza, tariximizə, yeməyimizə, içməyimizə, geyimimizə, kecimimizə... şərik olmağa göz dikən ermənilər bu dəfə də böyük hayasızlıqla şifahi xalq ədəbiyyatımıza da göz dikdilər. O illərdə İrəvanda folklorşunaslırın toplantısı keçirilir. Burada Kanonyan adlı üzdəniraq bir "alim"V. Xulufluya yaxınlaşıb deyir ki, nə deyirsən edim, nə istəyirsən verim, dastan müzakirə olunanda de ki, "Kiroğlu"erməni dastanıdır. Aydındır ki, böyük və vətənpərvər alim alçaq, xəbis erməninin təklifini qəbul etmir. Dediyindən əl çəkməyən, bu yolda canını qoyan erməni sonralar bir neçə dəfə Bakıya gəlir, V. Xulufnunu yolundan döndərməyə çalışır, lakin V. Xuluflu yola gəlmir. Təklifinin, xahişinin qəti olaraq rədd olunduğunu görən "alimciyəz" V. Xulufluya belə bir hədə- qorxu gəlir: "Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda bizə kömək elə, əks- təqdirdə... sizə xətər yetişər".

  Vəli Xuluflu bir Azərbaycanlı kimi bilirdi ki, ermənilər nə qədər qorxaqdırlarsa, bir o qədər də xain və hiyləgərdirlər. R. Salmanlı bu yerdə rus tarixcisi Veliçkodan, böyük Puşkindən hamıya məlum olan milli erməni xasiyyətini sitat gətirir. Və sanki müəllif V. Xuluflunun dilindən deyir: Sizin kimi qorxaq millət heç zaman Koroğlu kimi igid, qəhraman oğul yetirə bilməz. Siz elə bilmən ki, Sasunlu Davudunuz təmiz qanlı ermənidir, yox, onun qanında başqa millətin qanı var.

 VƏLİ XULUFLU RƏHMAN SALMANLI ARAŞDIRMALARINDA 

1937-ci ildə erməni "alim"inin dediyi oldu. Hakimiyyətə doluşmuş erməni- daşnak bolşevikləri fədakar, millətsevər alimi xalq düşməni edib gecəykən həbs etdilər. İllərlə böyük zəhmət bahasına yaratdığı zəngin arxivi azərbaycanlıların qanına susamışlar tərəfindən talandı, İt-bata salındı. Hakimiyyətin dediyinə əməl etməyən, ipə-sapa yatmayan yüzlərlə, minlərlə Azərbaycan övladları qanlı represiyanın qurbanı oldular

   V. Xuluflu görkəmli folklorşunas- ədəbiyyatşunas alim yox, həmidə böyük türkcü idi. O, Yeni Əlifba Komtəsinin üzvü seçilmişdi. Cəlil Məmmədquluzadə və Xalid Səidlə birlikdə türk ölkələrinə gedir, onların bir kökdən olduğunu və yaxınlaşmalarının, bir əlifbadan istifadə etmələrinin vacibliyini onlara bildirirdi. Bu fəliyyətini göz önünə alan XDMK əməkdaşları V. Xulufnunu hələ 1927- ci ildən bir millətçi kimi özlərinin "qara siyahı"larına salmışdılar. Azərbaycanda latın əlifbasına keçidlə bağlı Türkoloji qurultayın Bakıda keçirilməsinin ideya verənlərindən və təşkilatçılarından biri də V. Xuluflu idi. Tarixi qurultay V. Xulufnunun rəhbərlik etdiyi Tədqiq və Təməbbö Cəmiyyətinin binasında keçirildi. Qurultayın sonunda Türk dilli xalqların latın əlifbasına keçməsi haqqında tarixi qərarın qəbul edilməsi V. Xuluflu və onun məsləkdaşları üçün böyük və əvəz olunmaz uğur idi.

   Azərbaycan XDMK-də əsas vəzifə sahibi olan nankor ermənilərin əli ilə 1937-ci ilin yanvar ayının 28-də gecəykən həbs olunan V. Xuluflu neçə il idi ki, siyasətlə məşğul olmurdu. Amma yazılarında, çıxışlarında xalqı bir olmağa, milli dövlətçiliyə səsləyirdi. Tədqiqatçı- alim R. Salmanlı kitabında V. Xulufnunun bu dövr fəaliyyətinə geniş yer vermişdir. XDMK bolşevik- daşnaq əməkdaşları istintaq materiallarında V. Xulufnunu əksinqilabi təşkilatın üzvü, terrorçu, qatı cinayətkar kimi qələmə verirlər. Hətta erməni müstəntiq onu M. Ə. Rəsulzadənin kitabını oxuduğuna görə vətən xaini adlandırır.

   1937-ci ilin uyun ayında Azərbaycan K(b)P-nın 13-cü qurultayı keçirilir. Boş- boş itihamlarla suçlandırılıb aşağılanan, təhqir olunan, döyülən, söyülən, işgəncə verilən V. Xulufluya elə gəlirdi ki, tezliklə haqq-ədalət yerini tapacaq, onun günahsız olduğunu bilib, onu azadlığa buraxacaqlar. Ən azından köhnə dostu,uzun illər bir yerdə duz-çörək kəsdiyi, ölkənin birinci şəxsi bundan xəbər tutub günahkarları cəzalandıracaq. Ataların bir sözü var. Deyir sən saydığını say, gör fələk nə sayır. M. Bağırov tamam başqa şey düşünürdü. O, qurultayın yüksək tirbunasından ağzı köpüklənə-köpüklənə H. Cavidi, Ə, Cavadı, M. Müşviqi, Ə. Nazimi, V. Xulufnunu əclaf və Vətən xaini, xalq düşməni adlandırırdı.

  Qanlı rejmin dörd ay ərzində güllələdiyi günahsız insanların sayı nə az, nə çox düz 1694 nəfər idi. Buna qədər və bundan sonra güllələnlərin, gedər- gəlməzə sürgün olunanların sayı isə on minlərlə idi. Başını qaldıran, quruluş haqqında bir kəlmə deyənlərin başı edam kötüyünə qoyulur və vurulurdu. Vətənini, millətini  canından artıq sevən, onun təhsilinin, elminin inkişafında əvəzsiz xidmət göstərən prafessor V. Xulufnunu qırmızı imperiya güllələyəndə onun cəmi 43 yaşı varıydı. Bu yaşda bu qədər Azərbaycan folkloru, ədəbiyyatşunaslığı. maarifi üçün iş görən bir ziyalının şərlənib güllələnməsi Azərbaycan elmi üçün ən böyük itki idi.

  R. Salmanlı "Gizli güllələnmiş alim" xatirə-memuar kitabının sonunda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Elmlər Akademyasının yaradılması və ilk tərkibi", Folklor institunun drektoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun "V. Xulufnunu və repressiya qurbanı olan həmkarlarını ehtiramla xatırlayırıq", filologiya elmləri doktoru Cəlal Qasımovun "V. Xuluflu şəxsiyyətinin formalaşmasının bolşevizmə qədərki dövrü", filologiya elmləri doktoru, prafessor Aybəniz Əliyeva- Kənkərlinin "Azərbaycan folklorşunaslığının təşəkkülündə V. Xulufnun rolu", filologiya üzrə fəlsəfə doktoru, ADU-nun dossenti Həmidə Əliyevanın "V. Xulufnunun AATC-də fəaliyyəti", şair Məzahir Hüseyinzadənin "V. Xuluflu türk dünyasının fəxridir"adlı yazılarını da vermişdir. Bütün bu yazılarda V. Xulufnunun elmi fəaliyyəti, rejim tərəfindən başına gətirilən hadisələr dəlillərlə, faktlarla okuculara çatdırılır.

  Kitabdakı "V. Xuluflu ocağının yadigarları" adlı bölümdə isə R. Salmanlı böyük alimin qızı Sima xanım Xuluflu- Aslanova, oğlu Cingiz Xulufnunun övladlarının və onların nəvələrinin şəkillərini vermişdir. Təbii ki, bunları əldə etmək, oxucunun mühakiməsinə vermək Rəhman müəllim üçün heç də asan başa gəlməmişdir. O, bu yolda əsil tədqiqatçı- alim fədəkarlığı göstərmişdir.

  Mən R. Salmanlını bir dostu və oxucusu olaraq ona bu yolda böyük uğurlar, naliyyətlər arzulayıram.

 

                               

Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam