Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Ay Allah imdadı səndən istərəm

İbadət nədir?
Baxıram gənclərə üzləri gülmür,
Səfalət içində çulu cırıqdır.
Məzluma dönübdür danışıb dinmir,
Günümüz budursa işlər fırıqdır.
*****
Zamanın gərdişi qaranlıq gecə,
Açılan sabahlar aydın görünmür.
Çaşqındır, yuvanı qursunlar necə,
Fikirlər dağınıq, saydım bölünmür.
*****
Evlənmək istərsə, cavan uşaqlar,
Qəlbinin səsini kimə söyləsin?
Baltaya sap olub cavan qoçaqlar,
Qapılar bağlanır sönür ocaqlar.
*****
İtib etibarı oğlanın qıza,
Düz ilqar yox olub inam qalmayıb.
Deməyək, bir oğlan kormuş baxmayıb?!
Aşiqdir bir oğlan bəlkə yüz qıza.
*****
Səbəblər bir deyil, saymaqla bitməz,
Qızların özüdə ailə qurmayır.
Qızları dinləsən mal- mülk axtarır,
Mizrabda söyləyir simə vurmayır?
*****
 Kor olmuş həyanı geri qaytaraq!
Yığılıb bu yola bir işıq tutaq.
Söyləyin; günahı harda axtaraq?
Yetişən gəncliyi necə qurtaraq?
*****
Qız- gəlin evindən qaçaraq itir,
Fırlanıb aləmi Bakıda bitir
Atalar, analar baş edə bilmir.
Xırmanda düyünü " aş" edə bilmir.
*****
Biz hansı zamana dövrə gəlmişik?
Oğludur, qızıdır ata inanmır.
"Dnk" a testinə növbə çəkmişik,
Kişilər qadına daha inanmır.
*****
Bu həyat bizləri hara aparır?
Dərdimiz böyükdür kimə söyləyək!
Yazdıqca içimdən yara qoparır,
İnləsin ney səsi, simə söyləyək.
*****
Ay Allah, imdadı səndən istərəm,
Abırı, həyanı yox edib çəkmə!
Sevdiyim sənikən, inan küsmərəm,
 Bir çürük toxumu qəlbimə əkmə!
*****
Bir gənclik yetişsin dinli, imanlı,
Sığınsın əhfinə hidayətilə.
Dili Allah olsun, zehni imanlı,
Dayansın önündə iqaməsilə!
Təranə Şəms. 22. 07. 2025

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam