Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Həblə bərpa olunan kişiliyimiz

 Fərman Kərimzadə anıldı

                     

  Xeberinfo.com:   Hərdən öz-özümə fikirləşirəm ki, yəgin bizim Qarabağı və itirdiyimiz başqa torpaqlarımızı geri almaqda kişi kimi hələ çox zəyifik,bəlkə də hələ kişi olmamışıq. Və bizim kişi olmağımıza müəyyən vaxt, zaman var. Bunun üçün gecə-gündüz Allaha dua eləməliyik, ya da boş cibimizin ağzını geniş açıb əyin- başımıza, ev-eşiyimizə, mədəmizə korluq verib, xərclədiyimiz pulun çox hissəsini dava-dərmana verib cinsi fəaliyyətimizi aktivləşdirməliyik. Yoxsa erməniylə olan qisasımız qiyamətə qalacaq, torpaqlarımız murdar erməni tapdağı altında olacaq, qaçqınlarımız, köçkünlərimiz el- obanı unudub bu dünyadan yurd həsrətiylə köçəcəklər. Bunlar hamsı bir yana, ən ağrılısı, ən utanılası o olacaq ki, gül kimi qızlarımız başqa ölkələrin vətəndaşlarına ərə gedib genefondumuzu dəyişəcəklər. Bu da ən azından bir millət kimi yer üzündən silinməyimizə gətirib çıxaracaq.

   Əyər bir millətdə cinsi zəyiflik varsa, ələlxüsus da kişilərində, o millətin qadınları qısır qalacaq, doğmayacaq- törəməyəcək, sonsuz olacaq. Sonsuzluq da bir tayfanın, nəsilin, soyun, sonda millətin yer üzündən silinməsinə, yox olmasına gətirib çıxarır. Bütün bunların qarşısını vaxtında- vədəsində almaq üçün güclü təbliğata, reklama ehtiyac var. Təbliğat, reklam da ki, bu günümüzün gücüdür, aparıcı vasitəsidir. Artıq uzun müddətdir ki, TV-lərimiz bu işi layiqincə yerinə yetirirlər. Vaxt-bivaxt Anantra adlı dərmanı reklam edirlər.Reklam çarxında ümidsiz, halsız, üz-gözündən kədər, hüzün tökülən, həyatdan əlini tamam üzmüş bir kişi göstərirlər. Adam öz- özünə fikirləşir ki,İlahi, görəsən bu zavallıya nə olub?Reklam çarxını izləyəndə görürsən ki,dağ gövdəli bu yazıq kişi öz halal-hümmət həyat yoldaşıyla cinsi əlağəyə girə bilmir. Yanıb yaxılır,külə dönür. Bu yerdə onun köməyinə bircə ədəd anantra həbi çatır. Həbi atan kişi şirə dönür, üzü gülür,əhvalı dəyişir,özünü dünyanın ən xoşbəxt adamı sayır.

  Bu gün Azərbaycan tamaşaçısına nəyin çatdırılmasını bilməyən Tv-lər tamam ipini,sapını itirib,nəyin nə vaxt verilməli olduğunu belə unudub.Adam belə reklam çarxlarına baxanda ət tökür. Səninlə teliviziya qarşısında oturub kanaldan yaşına uyğun  nə isə gözləyən balaca uşağının,nəvənin yatmadığı bir vaxtda cinsi səyifliyin aradan qaldırılmasının yolları göstərilir.Bunu eşidən körpə uşaq atasındanmı,babasındanmı və yaxud kimdənsə cinsi zəyifliyin nə olduğunu soruşsa, onlar nə cavab verərlər?! Yəqin ki,susarlar, utanarlar,qızararlar. Bəs görəsən bu tipli reklam verənlər niyə utanmırlar,qızarmırlar? Bəlkə buna çörək qazanmaq deyirlər? Məncə belə çörək qazanmaq ən azından millətinə hörmətsizlikdir, əxlaqsızlıqdır,mənəviyatsızlıqdır.

                                

Məhərrəm Şəmkirli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam