Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TV-LƏRİN KÜTLƏŞDİRMƏ SİYASƏTİ

  Tarixdə unudulmayan,yaddan çıxmayan və yaxud da unudulması mümkün olmayan saysız-hesabsız tarixi şəxsiyyətlər olub.

Yenixeber.org: Onların insanlıq üçün etdikləri yaxşı,pis xidmətləri heç vaxt unudulmur.Zaman-zaman insanlar onların dediklərini yeri gələndə məqamında işlədirlər.Mən də bu yazım üçün gorbagor Hitlerdən bir sitat gətirmək istəyirəm.Və yüz faiz əminəm ki,buna görə hüquq-mühafizə orqanları mənə cinayət işi açmayacaqlar.O deyirdi: “Kütləni itaətdə saxlamaq istəyirsənsə,onun beyninə səhərdən-axşama musiqi yerit”.Lənətə gəlmiş necə də düz və yerində deyib.
İllərdir Azərbaycan televiziya kanallarında səviyyəsiz,məzmunsuz,əttökən şouların dayandırılması,durdurulması haqqında davamlı şəkildə qəzetlərdə,yazılar gedir,ziyalılar etiraz edir,amma elə bil söz daşa-divara deyilir.Hansı kanalı açırsan,səhərdən-axşama zəhlə tökən musiqidir.Özü də kanallarda bitən manıslardır bu mahnıları oxuyan.

Deyirəm,bəlkə televiziya kanallarına yuxarıdan göstəriliş verilib ki,xalqı kütləşdirmək üçün daha da bol verilişlər hazırlayın.Olar da günü-gündən yeni layihələr adıyla efirə elə verilişlər çıxarırlar ki,tamaşaçı “tufu sizə”deyib,kanalı çevirməkdən başqa əlindən heç nə gəlmir. 
Mən hərdən ATV-nin qarşısından keçərkən Zarun “Bizimləsən” verilişi olanda kanalın Şərifzadə küçəsinə açılan qapısında saatlarla yüzlərlə qoca,gənc qapının açılmasını gözləyir.Elə ki qapı açıldı,bir-birini itələyə-itələyə özlərini içəri təpirlər.Sağlam düşüncəlilərdən dönə-dönə üzr istəyirəm,bu mənə tövlədən ac qoyunların çölə çıxmağına bənzəyir.
Zaurlar,elgizlər,xoşqədəmlər və başqa aparıcılara kim haqq verib ki,özlərinin mənasız,məzmunsuz,duzsuz,bayağı verilişləri ilə gəncliyin və xalqın beynini zəhərləsinlər?
Axı bu günkü gənclik sabahın dövlət başçısıdır,bacarıqlı və ağıllı məmurudur,ziyalısıdır,mühəndisidir,müəllimidir,həkimidir.Gələcəyimizə balta çalanlar bir az da olsa vicdan əzabı çəkmirlər?
Soruşuram,Zaur Baxşaliyev,Xoşqədəm Hidayətqızı,Elgiz,Zaur Kamal, sizlər niyə xalqın içindən onunmərdini,vətənsevərini,qəhramanını,sərkərdəsini axtarmırsınız,onun boşanan kişisini,arvadını axtarırsınız?
Xalqa kiminsə boşanmağı,kiminsə evlənməyi heç lazım deyil.Siz və sizin kimi yüzlərlə,minlərlə özünü düşünənlər,böyük M.Ə.Sabir demiş,”...cümlə cahan batsa da...”,öncə mən deyən manqurtlara lazımdır.İllərdir sizlərin bu zavallı,yazıq xalqı ələ salmağınız,aşağılamağınız,mənəviyyatını təhqir etməyiniz haqda qəzetlər,ziyalılar həyacan təbili çalırlar.Bu təbilin gür səsi nə sizin,nə də ağalarınızın qulağına çatmır.Məsləhətdir ki,Səhiyyə Nazirliyinin bacarıqlı qulaq həkimlərinə müraciət edib,qulaqlarınızı yudurdasınız.Qorxmayın,tibbi xidmət dövlət müəssisələrində “pulsuzdur”.
Azərbaycanda ən böyük bəla odur ki,insan nəyi və necə öyrənməyi,nədən,kimdən zövq almağı bir-birinə qarışdırır.Ailə,cəmiyyət,insanlar çox vaxt ziyanlı öyrətmələrin qarşısında çaş-baş qalır.Bu gün çoxumuz düşüncə tərzini,dünya görüşünü,davranışı TV-lərdən öyrənirik.
İndi sənət və bayağı maarifləndirmə ancaq kommersiya maraqlarına yönəlib.Hər mahnıoxuyan şair,bəstəkar olub.Ağlına nə gəldi yazır,bəstələyir,oxuyur.Kütləşmiş kütlə sanki belə olmalıymış kimi rahatca qəbul edir.
Hanı bu xalqın bugünkü Tofiq Quliyevi,Cahangir Cahangirovu,Emin Sabitoğlusu və b?
Niyə cəmiyyətin və mədəniyyətin səviyyəsinin aşağı düşməsinin qarşısı alınmır?
Xalqın əsil sənətindən,ədəbiyyatından uzaq düşmüş telekanallara dövlət səviyyəsində irad tutan,”dayan”deyən yoxdur.Azərbaycan kanalları ancaq “kütləşdirmə”siyasəti aparır.Və bundan bezən insanlar çanaq antennalar quraşdırıb xarici kanallara üz tuturlar.
Heydər Əliyev sovet dönəmində hökumət adamlarını mütamadi olaraq sinfonik musiqini dinləmək üçün musiqi salonlarına getməyə məcbur edirdi.Gözəl də nəticəsi olurdu.
İndi illərlə televiziya kanallarında,musiqi salonlarında sinfonik musiqi səslənmir.Gənc nəsil Ü.Hacıbəylini,Q.Qarayevi,F.Əmirovu,S.Hacıbəyovu,Niyazini və başqa dünya şıhrətli sənətkarlarımızı tanımır.Məgər onların əsərlərini ayda bir dəfə səsləndirmək olmazmı? Əlbəttə,olar.Gərək bunun üçün Vətən,mədəniyyət yolunda şam olub əriyə biləsən.
Hərdən öz-özümə deyirəm,yəqin ulu yaradan bizi qarğıyıb.Dərdimizin üstünə dərd gəlir,özü də batmanla.Torpaq dərdi,qaçqınlıq,köçkünlük,insan kimi yaşamaq vəs.dərdlərimiz sağalmamış,savadsızlıq,mənəviyyatsızlıq,əxlaqsızlıq,mədəniyyətsizlik,qanunsuzluq və s.kimi yeni-yeni dərdlərimiz yaranır.Bütüb bunları əbədi və əzəli düşmənimiz olan ermənilər yaratmır,özümüzünkülər yaradır.
“Allahım,sən məni özümüzünkülərdən qoru,düşmənimdənözüm qorunaram”deyimi bizə necə də gözəl yaraşır.

  Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam