Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

SOYUMUZA DÖNƏK

 

Xarici qəsbikarların təsiri ilə zaman-zaman qədim torpaqlarımızı,tariximizi,milli adət-ənənələrimizi,adımızı,soyumuzuitirmişik.İllərlə yad təsirlərdən qurtarıb,itirdiklərimizi bu günə kimi qaytara bilməmişik.Ona görə ki,unutqanıq,hər şeyə bizim deyilmiş kimi ötəri baxırıq.

Yenixeber.org: Dedik,70 il imperiyanın boyunduruğunun altında olmuşuq.Zorən tarixi yer-yurd adlarımız kimi soyumuzu da dəyişiblər.Artıq neçə illərdir ki,imperiyanın iti caynağından qurtarmışıq,müstəqil olmuşuq.Tarixi yer-yurd adlarımızı qismən də olsa özünə qaytarmışıq.Amma hələ də köhnə adlardan bir dəfəlik qurtara bilməmişik.

Qaldı soyadlarımıza...Tarixin gərdişindən 50 milyonluq Azərbaycan xalqı səpələnib dünyanın dörd tərəfinə.Hər tərəfdə də müxtəlif soylarla.Arazın o tayında “pur”lar,”zadə”lər bu tərəfində “ov”lar,”yev”lər və nə bilim,daha nələr.Nə o tərəf farsdan qopub türkləşir,nə bu tərəf rusdan... C.Məmmədquluzadənin sözü olmasın,yazıq və biçarə millət qalıb çıxılmaz yolda.

32 il bundan qabaq tarixin təkəri geri dönöndə sevindik ki,daha bizə kimsə bata bilməyəcək.Öz kökümüzə,öz soyumuza dönəcəyik.Döndükmü? Yox,dönmədik.Dönməyəcəyik də.Ona görə ki,hakimiyyətdə olan partiyanın bir nəfər də olsa,aparıcı şəxsi “ov”dan,  “yev”dən ayrılmayıb.Əgər sabah YAP-ın sədri,ölkə prezidenti göstəriş versə,bunun partiya üzvüləri bir gecənin içində bashabasla soyunu yox,lap atasının adını da dəyişər.Məgər bizim türk olmamız üçün mütləq prezidentin fərmanınamı ehtiyac var? Ölkə Anayasası hər bir vətəndaşa imkan verir ki,istədiyi soyadı seçsin.Bu halda yuxarıdan göstərişə ehtiyac varmı?

Doğrudur,müstəqilliyimizin ilk illərində bəzi insanlar soy adlarının axırına “li”, “lı”, “lu”, “lü”və sairə şəkilçiləri artırdılar.Çox təəssüf ki,bu, kütləvi hal almadı.Bir də harın,millətini sevməyən məmurlar soyadı dəyişdirməkdə o qədər manelər yaradıb ki,heç kim bu maneləri dəf etməyə çalışmır.

  Çox maraqlıdır,bütün millətlər soyadları ilə çox asanlıqla tanınır.Amma biz tanınmırıq.Bunun üçün də hamı bir vətəndaş olaraq müqəddəs borcunu yerinə yetirməli və bacardığı qədər mübarizə aparıb soyadlarını dəyişdirməyə qalxmalıdır!

MƏHƏRRƏM ŞƏMKİRLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam