Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Soyumuza dönək

                            

  

 

     "xeberinfo.com": Xarici  qəsbkarların  təsiri  ilə  zaman-zaman  qədim  torpaqlarımızı, tariximizi, milli  adət-ənənəmizi, adımızı, soyumuzu  itimişik. İllərlə  yad  təsirlərdən  qurtarıb, itirdiklərimizi  bu  günə  kimi  qaytara  bilməmişik. Ona görə  ki, unutqanıq, hər  şeyə  ötəri  baxırıq.

  Dedik, 70  il  imperiyanın  cəngində  olmuşuq. Məcburi  olaraq  tarixi  yer-yurd  adlarımız  kimi  soyumuzu  da  dəyişiblər. Artıq  23 ildir  ki,imperiyanın caynağından  qurtarmışıq, müstəqil  olmuşuq. Tarixi  yer-yurd  adlarımızı  tam  da  olmasa  qismən  özünə  qaytarmışıq. Amma  hələ  də  köhnə adlardan  birdəfəlik  qurtara  bilməmişik. Sanki  ata-babamızın  adıdır, dəyişə bilmirik.

   Qaldı  soyadlarımıza... Tarixin  gərdişindən  50 milyonluq  Azərbaycan xalqı  səpələnib  dünyanın  dörd  tərəfinə. Hər  tərəfdə  də  müxtəlif  soylarla. Arazın  o  tayında  "nur"lar, "zadə"lər, bu  tərəfdə  "ov"lar, "yev"lər  və nə  bilim  daha  nələr. Nə  o  tərəf   farsdan  qopub  türkləşir, nə  bu  tərəf  rusdan. Yazıq  və  biçarə  millət   qalıb  çıxılmaz  yolda.

    23  il bundan  əvvəl  tarixin  təkəri  bizim  xeyrimizə  geri  dönəndə  sevindik  ki, daha  heç  kim  bata  bilməyəcək. Öz  kökümüzə, öz  soyumuza  dönəcəyik. Döndükmü? Yox, dönmədik. Belə getsə heç dönməyəcəyik də. Ona  görə  ki,  hakimiyyətdə  olan  partiyanın  bir  nəfər  də  olsa  aparıcı  şəxsi  "ov"dan, "yev"dən ayrılmayıb. Ayrılmaq  fikiri  də  qətiyyən  yoxdur. Əgər  şayət  YAP-ın  sədri,  ölkə  prezidenti  göstəriç  versə, bütün  partiya  üzvüləri  bir  gecənin  içində  soyunu  yox,lap  atasının  adını  da  dəyişər. Məgər  bizim  türk  olmamız  üçün  mütləq  prezidentin  fərmanınamı, göstərişinəmi  ehtiyac  var?  Ölkə  Anayasası  hər  bir  vətəndaşa  imkan  verir  ki, istədiyi soyadı seçsin. Bu  halda  məncə       yuxarıdan  göstərişə  ehtiyac  yoxdur.

   Doğrudur, müstəqilliyimizin  ilk  illərində  bəzi adamlar  soyadlarının  sonluğuna  "li", "lı"."lu","lü" və  sairə  şəkilçiləri  artırdılar. Lakin bu, kütləvi  hal  almadı. Bir  də  dövlət  soyadları  dəyişdirməkdə   o  qədər  manelər  yaradıb  ki, istəyən  vətəndaş  soyunu  dəyişib "ov"dan, "yev" dən azad olsun.

    Çox  maraqlıdır  ki, bütün  millətlər  soyadları  ilə  çox  asanlıqla  tanınır. Amma biz  tanınmırıq. Bunun  üçün  də  hamı  vətəndaş  olaraq  müqəddəs  borcunu  yerinə  yetirməli  və  bacardığı  qədər  bu  yöndə  mübarizə  aparıb  soyadlarını dəyişdirməyə  çalışmalıdır!

               

 

     Məhərrəm  Şəmkirli                         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam