Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

AYB- nin rəhbəri Anar müəllimə açıq məktub-Rəva bilməyin" Atlar kişnəyən yerdə itlər ulasın"

****

Salamlar olsun, Anar müəllim!...Güman edirəm ki, oxuduqca söhbətin nədən getdiyini biləcəksiniz. Yenə adəti üzrə gündəm bir- birinə dəyib. Məndə yazar publisist, şairə olaraq ədəbi mühiti çalxalayan bu və bunun kimi məlumatlara şəxsən özünüzə açıq məktub yazmaqla bildirirəm. Yaxın vaxtlarda Azərbaycan ədəbi mühitini çalxalayan" sizin birliyin dəyərli üzvülərinə göstərdiyiniz sayğısız duruşunuzdur...
Yenixeber.org:  Azərbaycan ədəbi mühitində rəhmətlik atanız qarışıq kimlərin gəlib, kimlərin getdiyindən ətraflı məlumatlısınız. Çünki sizdə həmin ortamda yetişmisiniz. Elə bu qəbildən istərdim ki, sizə bəzi suallar ünvanlayım. Bəzi qələm adamları deyək ki, kənara dursun. Siz Elza Seyidcahanı necə dövrünün şairi olan atanız Rəsul Rza ilə bir müstəvidə görürsüz? Çox maraqlıdır.
 Müğənni, bəstəkar kimi tanınan Elza Seyidcahan çağdaş Azərbaycanın ədəbi mühitində hansı məziyyətlərinə görə sizin gözünüzdə şair kimi bir çox ünnüləri geridə qoyaraq qəlbinizdə yer alıb???( çox istərdim bu suala cavab verəydiniz)... Anar müəllim, Azərbaycan ədəbi mühüti Nizami, Fizuli, Nəsimi kimi dahiləri yetişdirib. Bu mühütdə H. Cavid, Əhməd Cavad, Mikayıl Müşviq və bir çox söz xridarları sözünü deyib. Və rəhmətlik atanız Rəsul Rzanında yaşamı həmin dövrə təsadüf edib. Sual; Bu günə qədər adı hörmətlə anılan Bəxtiyar Vahabzadəni unutmaq olarmı?! Elzanı necə Bəxtiyar Vahabzadə ilə Azərbaycan ədəbi mühütində adını yanaşı görürsüz? Elza gedib öz işilə məşğul olsa yaxşı deyilmi?! Zamanında Mirzə Ələkbər Sabir necə yerində deyib." Çərci fələk tərsinə dövran edir indi" (Ay Sabir gör adınız kimlərlə yanaşı çəkilir.) Hətta adını şair qoyan Baba Vəziroğlu sizi " Elza" ilə müqayisədə edir. Gör nə günlərə qaldıq. Siz həmin vəsiqəyə imza atarkən bu rəhmətlik ədəbi mühitdə " ad alıb süfrə salmışların heç biri gözünüzün önünə gəlmədimi?!..
 Düşünsəniz ha, Azərbaycanın hüdudlarından kənarda tanınmış yazıçı və şairləri necə Elzayla eyni müstəvidə görə bilərsiz? Sizin atdığınız bu addım müasir Azərbaycan ədəbi mühitinə çox böyük həqarətdir. Hətta bizim müasir gənc şairlər və yazarlar var ki, "Elza" onların yanından keçə bilməz!...Sizin etdiyiniz bu həqarətin açıqlaması var ya yoxxx???...Siz çox yalnış yoldasınız!!! Belə ki, Anar müəllim, siz ədəbi mühüti ələkdən- xəlbirdən keçirib Azərbaycan ədəbiyyatını zənginləşdirmək əvəzinə görün kimlərə Ayb- nin vəsiqəsini verirsiniz. Təəssüf ki, həmin vəsiqəni xalq yazıçısı adını daşıyan, öz ana dilində sərbəst danışa bilməyən Çingiz Abdullayev şair və yazarların gözü qarşısında, hətta mətbuatda xüsusi təqdimatla Elzaya təqdim edir. Sual edilir: - Bəs, Çingiz Abdullayev hansı səbəbdən dolayı bu yalnışlığa rəvac verib? Sizə real bir epizodu nəzərinizə çatdırmaq istərdim. Haşiyə: ( Bir gün nəşriyyatın kolidorunda rəhmətlik Oktay Rza ilə qarşılaşdım. Bu yazar mənim yaradıcılığımı izləyən şəxs idi. Məni müəyyən tədbirlərdə görmüş və mən kitablarımı ona təqdim etmişdim. O, məndən ayaqüsü soruşdu: " Təranə xanım, siz Ayb- nin üzvü olmusuz?" Mən isə cavabımda dedim: Olmaq istəmirəm Oktay müəllim təəccüblə soruşdu; Niyə? Mən cavab vermək istəmədim. Susduğumu görüb belə dedi." Düz edirsən. Ora sənin yerin deyil. Bir az gözlə, olsun ki, yaxın vaxtlarda bəzi şairlər və yazarlar ələnərlər. Sən o zaman Ayb- nin üzvü ola bilərsən" Siz düşünüb görün ki, Oktay müəllim kimi qələminə hörmət edən nə qədər yazarlar və şairlər gözləyirmiş arzu edilən yenilikləri...Unutmayın;- Sizi yenidən beş il müddətinə seçmədilər ki, hər yoldan ötəni Ayb- yə üzv edəsiniz??? Mümkünsə bu sual ətrafında Çingiz Abdullayevlə birlikdə düşünəsiz...Balta vurmayın müasir gənc şairlərimizin və yazarlarımızın şüur və təfəkkürünə!!! İmkan verməyin ki, " Atlar kişnəyən yerdə itlər ulasın" Adınıza, şəxsiyyətinizə yaraşanı etməyinizi istərdim!!!...
P.Ş. Bizim bəzi ziyalılar Elzanın qələmindəki tullantıları fəlsəfə adlandırır. Amma deyəsən, Bizim filosoflarında beyinləri Elzanın qələmi kimi çalışır. Ay...Bəxtiyar müəllim, hardasız? Kaş sağ olaydınız...Xudu Məmmədov kaş sağ olaydınız... Göstərərdiniz FƏLSƏFƏ nədir.
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam