SARI SARMAŞIQ, “ŞAPKA”, İCTİMAİ TƏMİNAT BAZASI
"Xeberinfo.com": Yəqin ki, şəhər mühitində yaşayanlar sarı sarmaşığın nə olduğunu təsəvvürlərinə belə gətirə bilməyəcəklər. Məcbur olub onun izahını vermək istəyirəm. Yağtikan bitkisini isə hamı tanıyır. O kənd təsərrüfatına zərərli bitkidir. Harada gəldi bitib inkişaf edə bilir. Onun öhdəsindən isə sarı sarmaşıq çox asanlıqla gəlir. Sap naziklikdə olan Sarı sarmaşıqdan bircə santimetr üzüb Yağtikan bitkisinin gövdəsinə yapışdırmaq kifayətdir. O bir həftəyə inkişaf edib qol-qanad açmış Yağtikan bitkisinə elə dolanırki, sanki həmin bitki Yağtikan yox, sarı rəngli kiçik oyuncaq topudur. Kənd təsərrüfatına olduqca böyük zərər vuran həmin hər iki bitkini aradan götürmək üçün yandırır, ya da doğrayıb torpağın dərin qatında basdırırlar.
Müstəqilliyimiz sarı sarmaşıqdan fərqlənməyən “şapka” ilə müşayət olunmağa başladı. “şapka” sarı sarmaşıq kimi respublikanın səlahiyyətli şəxslərinin hamısını qucdu. İri kreslolarda əyləşib şimalda villalar alıb vəzifə borclarını “şapka” yığmaqla həyata keçirənlər elə bir şərait yaratdılar ki, “şapka” verənlər dövlətin nəqd pul vəsaitini kredit adıyla götürüb kimisi Şərqi Avropada ticarət müəssisələrinin açılmasına və cənubda villaların alınmasına sərf edərək, kimisi ofşor zonalarda gizlədərək, bir parası qumar oyunlarına qatılaraq, digər qismi isə təyinatsız sahələrə yönəldərək vəsaiti havaya sovurdular. Verilən xəbərlərə görə eləsi də var kı, məsuliyyətdən qaçıb Afrikada gizlənibdir. Beləliklə dövlətin bank sistemi kreditlərin qaytarılmaması səbəbindən çökməyə doğru istiqamət götürdü .
Hakimiyyət kreditin ödənilməsi üçün həbslərə, hərbə-zorbalara əl atsa da havaya sovrulmuş kreditlərin ödənilməsi mümkünsüzləşdi. Ödəniş məsələsinin həlli hökumətin öz üzərində qalası oldu. Yəni ödənilməsi mümkünsüz olan kreditin dövlət üçün həlli yolu hələlik görünməyən və bilinməyən müəmmalı bir məsələyə çevrildi.
Müstəqillik mən vətəndaşına ağalar-qullar dünyası gətirdi. ”Dövlət qulluqçusu” məvhumu ilə zəhmət insanlarını aşağı-yuxarı təbəqələrə bölərək nazirlikdə katibə vəzifəsində işləyən matışgə dövlət qulluqçusu, mənim kimiləri 40 ilə yaxın dövlət müəssisəsində baş mütəxəssis vəzifəsində işləsə də adi fəhlədən seçilməyərək 20 günə bəs edən təqaüd sahibi oldu. Göz dəyməsin belə müstəqilliyə.
Respublikada üç nəfər nazir və bir müavin var ki, maliyyə vəzifələrində işləyirlər. Bu gün onlar Baş nazir vəzifəsi uğurunda bir-birilərini didib dağıdırlar. Bunların arxaları-oturacaqları o qədər şişib ki, oturduqları kreslolara sığışmır, rəhbərlik etdikləri bankları, respublikanın maliyyəsini oturub batırdıqlarını və düşünməkdən məhrum olub dərk də etmirlər ki, Nazirlər Kabineti qalacaqmı və qalacaqsa orada kim əyləşə bilər.Anlamaq lazımdır ki, Respublika Prezidentli Respublikadır, o da yerindədir. Kiçik bir respublikaya Baş Nazir və Nazirlər Kabineti lazımdırmı? Bu barədə 12.08.2011-ci il tarixdə mətbuatda çıxış etmişəm.
Dövlət büdcəsindən yararlanan nazirlik, komitə, baş idarələrin yaradılmasında əhalisinin sayı 143 milyon nəfər, ərazisi 17075 min kv.km olan Rusiya Federasiyası ilə yarışmaq respublikakamızın büdcəsini havaya sovurmaqdır. Məsələn Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi. İllərlədir ki, bu ciddi nəqsanlar barədə mətbuatda çıxış edirəm. Paralel idarə etmə və pilləli idarə etmə sistemi keçmiş ittifaq dövründə olduğu kimi bu gün də müstəqil olduğumuz dönəmdə davam edir.Yaxud büdcədən maliyyələşən təşkilatları Baş idarəsi və Nəzirliyi idarə edirsə YXO (Yerli Xəzinədarlıq Orqanı) nəyə lazımdır. Daha bir faktiki nümunə: Kosmik elm sahəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət göstərirsə, nöyüt və qaz alvercilərinə mənsub Milli AeroKosmik Agentliyi nə işlə məşğul olur? Maliyyə Nazirliyi alverçiləri maliyyələşdirdiyini nə vaxt anlayacaq? Paralel və pilləli idarəetmə sistemi şəxsi-maddi maraqları təmin etmə vasitəsidir. Büdcədən maliyyələşib şəxsi məqsədlərə xidmət edən lazımsız nazirlik, komitə, baş idarə dövləti ictimai təminat bazasına çevirir. Yerlərdən deyilən həqiqətlər yuxarı dairədə əyləşənlər tərəfindən ona görə eşidilmir ki, yuxarı dairə aşağılarda moşenniklə məşğul olanlarla əlaqəli işləyirlər.
İqtisadçı ekspert S.Əlyev xəbərdarlıq edir (28.08.2015-ci il): “Əgər neftin qiyməti belə davam edərsə, ilin sonunda Neft Fondunun büdcəsi 8 milyard dollar olacaq. Büdcə xərcləri isə 12 milyard dollar həcmində nəzərdə tutulub. Demək, əgər neftin qiyməti qalxmasa, büdcə xərcləri 4 milyard dollar kəsirdə qalacaq”. Neftin bir bareli isə planlaşdırıldığı kimi 90 dollara deyil, hazırda 48-54 dollara satılır.
Bəs Mərkəzi Bankın falabaxanları devalvasiya haqqında nə deyirlər?
31.08.2015-ci il tarixə : 01.09.2015-ci il tarixə:
RUB: 0.0161 0.0162
EUR : 1.1789 1.1809
USD: 1.0480 1.0479
Qara bazarda isə 100 dollar 126 manata alınıb satılır. Kimə inanaq, bildiyimizə, yoxsa MB-ın fırıldaq rəqəmlərinə? MB-ın mozqu satış qiymətlərində MAKROMARKET-lərin nala-mıxa vuran elektron sayqacları kimi işləyir.
İri səlahiyyət sahibləri görmədilər yox, görmək istəmədilər ki;
-iqtisadi kateqoriya və məvhumları anlamayan heyvərədən bankir ola bilməz,
-idarə etməni bilməyən çilingərdən nazir ola bilməz,
-ilanı seyid əhməd əli ilə tutan baş bankir respublikanın maliyyəsini bəlalardan qurtara bilməz yox, qurtarmaz,
-imzasının qədrini biməyib “şapka” verəndən oliqarx ola bilməz,
-aldığı kreditin hesabına dəyəri bir milyard dollardan çox olan “Garant Holdinq” də İdarə Heyətinin Sədri vəzifəsində əyləşib zəhmətlə qazanmadığı vəsaiti sağa-sola səpələməkə özünü şöhrətli, varl-hallı bir insan kimi tanıda bilməz,
-dövlətdən aldığı krediti Monako qumarxanasında uduzub, ömür- günlərini sarısaç-alagöz-qaragöz caniklərinin mərmər sinələri və isti künc-bucaqlarında təzələyib, səfərlərini Monte-Karloda, Londonda, Ameikada başa catdıb, dostluğu II Alberti kimiləri ilə keçirənlərin, ciblərindən vəsait qurtarandan sonra gəlib kor kimi Bakıda əyləşənlərin başlarına sığal çəkilə bilməz,
-nəhayət anlamaq lazımdır ki, hakimiyyət hərəsinin arxasında bir sürü əmzik quzuları olan saysız dövlət strukturları yaratmaqla ölkəni ictimai təminat bazasına çevirmək olmaz.
Hazırkı ictimai quruluşdakı olan ciddi nöqsanları ”Sosial partlayışların səbəbləri nələrdir” sərlövhəylə mətbuatda 01-08 iyun 2008-ci il tarixdə dərc olunmuş yazımda göstərmişəm. Təəssüf ki, həmin nösanlar indi də davam edir.
Yerlərdən deyilən həqiqətləri eşitməmək, əhəmiyyət verməmək, ona göz yummaq, özlərini hamıdan dərrakəli hesab etmək Ali səlahiyyət sahiblərinə inamın itirilməsinə doğru istiqamət götürməklə yanaşı ictimai quruluşun əhali arasında etibarının azalması günü-gündən artır.
Quliyev Elxan Sarı o.