Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Sarı zolaq”da hansı maşınların hərəkəti qadağandır?-AÇIQLAMA

 

5 tondan artıq çəkisi olan yük maşınlarının yola daxil olması qadağandır.
“Avropa Oyunları zamanı çəkilmiş “sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat vasitələri iyulun 1-dən etibarən rahat şəkildə istifadə edirlər. Amma bu icazə yük avtomobillərinə aid deyil”.
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri anspress-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, Birinci Avropa Oyunları vaxtı “sarı zolaqlar” qüvvədə olsada, oyunlar bitdiyi üçün zolaqlar yenidən avtomobillərin istifadəsinə verilib. Lakin bəzi istiqamətlərdə sarı zolaqların saxlanılması nəzərdə tutulub.
Vaqif Əsədovun sözlərinə görə, bu istiqamətlərdə xüsusi işarələr qoyulub. O həmçinin zolaqların qüvvədə saxlanıldığı yollarda “sarı zolağa” 5 tondan artıq çəkisi olan yük avtomobillərinin daxil olmasının qadağan olduğunu bildirib.
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar.
Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən “sarı zolaqlar” qadağası “sarı zolağ” qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən – 28 iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha 10 gün müddətində uzadılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam