Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

    “ÖMÜR BORCU”NUN İBRƏTAMİZLİYİ

 

Son vaxtlar demək olar ki,günümün çox hissəsini mütaliə ilə keçirirəm.Mütaliə vərdişi məndə hərifləri öyrənəndən başlayıb və mən kitabları,qəzet və jurnalları həyatımın ən sadiq,ən etibarlı dostları bilmişəm.

Yenixeber.org: Bu günlərdə Yunis Oğuzun “Əmir Teymur”,”Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldəniz”kimi tarixi romanlarını oxuyub bitirdikdən sonra əlim boşda qaldı.Çoxdandır getmədiyim nəşriyyata getdim,köhnə dostlarım Sabir Hüseynovla,Hüseyin Məmmədovla,Vaqif İsaqoğluyla nəşriyyatın ikinci qatında- dəhlizdə görüşdüm,bir-birimizdən hal-əhval tutduk.Hüseyn bəyin təklifi ilə “Bütöv Azərbaycan”qəzetinin yerləşdiyi otağa keçdik.Oturmamış üçündən də soruşdum:-Oxumağa nəyiniz var? Dedilər ki,yeni kitablarımızı nəşr etdirmişik.Sevindim,təbrik etdim,ayrı-ayrılıqda hər birinə yeni-yeni yaradıcılıq uğurları arzuladım.Sabir Hüseynov “Ömür borcu”,Vaqif İsaqoğlu ”Nur ocağı-Mir Möhsüm Ağa”,Hüseyin Məmmədov “Yaralı durna” kitablarını avtoqraf yazıb mənə hədiyyə etdilər.Həmin gün mənim üçün ən gözəl günlərdən biri oldu.Çünki zənginləşmişdim,varlanmışdım.

 Bu kitablardan birinci Sabir Hüseynovun “Ömür borcu”nu oxudum. Müəllif yazıçılığın söz sənəti olduğunu,onun sözü zövqlə,həssas duyğularla bir-bir seçib inci kimi düzmək  bacarığı olduğunu  bilməlidir.Sabir müəllim də bunu çox yaxşı bilən yazıçılardandır.Onun qələmə aldığı mövzulardakı obrazlar həyatıdır,realdır.Ona görə də oxucunun yadında qalır.Hər bir yazar özünü xırda bir yazısıyla da,iri həcmili romanıyla da təstiqləyə bilər.Sabir müəllim özünü təstiqləmiş yazıçıdır.Oxucunu özünə inandırmağı bacarır. Çünki,onun bədii obrazları onun tanıdığı,gördüyü müasir insanlardır.Burdan da belə nəticə çıxarmaq olar ki, insanların həyatı onun yaradıcılığının əsas mövzusudur.

 Sabir Hüseynovun “Ömür borcu” kitabına onun eyni adlı povesti və dörd hekayəsi daxil edilmişdir.Xalq arasında belə bir deyim var: O,kitabı su kimi içirdi.Təvəzukarlıqdan uzaq olsa da, bu ifadəni özümə aid edirəm. “Ömür borcu” povestini su kimi içdim,bir nəfəsə oxudum,günlərlə təsirindən ayrıla bilmədim.

 Məmləkətimiz istiqlaliyyətinə təzə qovuşmuşdur.Ölkədə milli-mənəvi dəyərlərin formalaşdırılması gedir.Bu prosesdə gənc nəsilin üzərinə çox çətin və məsuliyyətli vəzifələr düşür.Hansısa yüksək çinli məmurun övladı olmaqla heç bir uğur,qələbə əldə etmək,qazanmaq mümkün deyil,yeganə meyar bilik,bacarıq,istedad və fədəkarlıqdır.Bu keyfiyyətlər gənclərin cəmiyyətə layiq insan olmasında ən mühüm amillərdəndir.

 Kitaba ön söz yazan Allahverdi Eminovun təbrincə desək dövlətimizin ən yaralı yeri erməni işğalından,şərindən,böhtanından qurtulmaqdır.Müəllif povestində bu savaşın qəhrəmanlarından,igidlərindən də söz açır.Bu igidlərin arxasında otuz ildir haqqı beynəlxalq təşkilatlar tərəfindən qulaq ardına vurulan,işğalçıyla işğal olunanı tərəzinin eyni gözünə qoyulan bir dövlət durur.Bu dövlətin vətəndaşları Vətən üçün,onun azadlığı,bütövlüyü yolunda qanından, canından keçəndir.

 Deyilənə görə ədəbiyyat aləmindəkilər iki qismə bölünür: Tribunadan səslərinə güc verib bar-bağır bağranlar və dərin mənalı əsərləri ilə oxucunu düşündürənlər. Sabir müəllim tribunadan və hay-küydən  uzaq biridir. Başını aşağı salıb qələmiylə oxucusuna xidmət eləyir.Təbiətə olan aludəliyi,insan əməyinə verdiyi dəyəri onu bir yazıçı kimi başqalarından fərqləndirir.Sabir müəllim qələminə böyük ehtiram göstərən,istedadına,bacarığına axrxa çevirməyən,xəyanət etməyən yazıçıdır.

 Sabir Hüseynov təsvirlərində bir anlıq qələmi yerə qoyub,fırçanı götürür və sözdən rəssam kimi füsünkar bir tablo yaradır və oxucu heyranlıqla bu tablonu seyr edib zövq alır,ruhunu qidalandırır. Müəllif povestini dağların təsviri ilə başlayır.Qartalların qıy vuruduğu,dağ keçilərinin buynuz vurduğu bir dağ kəndində orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gələn Ayazın məqsədi,məramı təkcə təhsil almaq yox,həmidə iqtisadçı alim olmaq idi.Artıq bu arzu yox,hədəf idi.Ayazın məqsədini atası Fikrət müəllim,anası Gülxar xanım çox bəyəndilər bu çətin və şərəfli yolda ona uğurlar arzuladılar.Övlad üçün valideyin uğurlaması Tanrının köməyi qədər böyük idi.Beləliklə Ayaz və təzə tanış olduğu Emin istədikləri universitetin tələbələri olurlar.İki gəncin dostluğu iki ailənin möhkəm tellərlə bağlanmış dostluğuna çevrilir.Fikrət müəllimin təkidli tələbiylə Eminin atası Müzəffər həkim,anası Südabə xanım və bacısı Nigar Qubaya gəlirlər.Bir həftə bu məkanın füsünkar təbiətində gəzib,təmiz havasını udub,durna gözlü bulaqlarının diş göynədən göz yaşı kimi təmiz suyundan içib,böyük sevgiylə,qonaqpərvərliklə əhatələnirlər.

 Böyük səbirsizliklə gözlənilən dərs günü başlayır.Emin sinif otağında qabaq cərgələrin birində oturub Ayazı gözləyir.Bu vaxt cüssəli bir oğlan onun yanında oturmaq istəyir.Emil bildirir ki,bura dostumun yeridir.Keç arxada otur.Cüssəli oğlan təkid edir.Ayaz onun qolundan tutub başqa yerdə oturdur.İlk baxışdan dostlara yekəxana,özündən razı kimi görsənən Çərkəz sonralar onlar üçün əsil dosta,qardaşa çevrilir.Əsər boyu üç dost xeyirdə də,şərdə də bir yerdə olub,bir-birinə arxa-dayaq olurlar.Çətinə düşənin,darda qalanın yanında olurlar.Onlar üçün mənim,sənin yoxdur,ümumi insanlıq və ona dəyər vermək var.

 Sabir müəllim payızı onun yağışını elə təsvir edir ki,bir oxucu olaraq özünü o yağışın altında hiss edirsən.”Yağışın damcıları incə şeh damlası kimi insanların üzünə düşdükcə sanki qəlblər nura bələnirdi”.Belə bir gündə üç yoldaş sahil bağında çayxanada deyə- gülə nərd oynayıb,çay içirdilər.Dostlar çay içib geri qayıdanda həyacanlı səs onları dayanmağa və səs gələn tərəfə getməyə məcbur elədi. Çərkəz heç nədən qorxub, çəkinmədən ağacların arasında al-qan içində olan qızı gördü və dostlarını köməyə çağırdı,birlikdə qızı xəstəxanaya çatdırdılar.Laqeyidliyin,biganəliyin höküm sürdüyü bir vaxtında dostlar əsil insanlıq,hümanistlik göstərib onu ölümün pəncəsindən xilas etdilər.Budur ailə və məktəb tərbiyyəsi.

 Yazıçı qəhrəmanlarını povest boyu belə sınaqlara çox çəkir.Onun qəhrəmanları heç bir çətinlikdən qorxmurlar,çəkinmirlər.Sanki onlar bunun üçün doğulmuşlar.Onlar soydaşlarına qarşı necə səmimidirsə, mehirbandırlarsa,əzəli və əbəd düşmənimiz olan ermənilərə qarşı da o qədər kinli və qəzblidirlər.

 Yuxardakı fikirimi burda da təkrarlamaq istəyirəm:Sabir Hüseynov oxucunu özünə inandırmağı bacaran yazıçılardandır. Ona görə ki,onun əsərləri həyat həqiqətlərinin etirafıdır.Bilirsinizmi,bu etiraflar nədən və hardan qıdalanır? Onun qəlbinin səmimiyyətindən!

 Yazıçının yeni kitabına onun yaradıcılığının müxtəlif illərini əhatə edən povesti və hekayələri salınmışdır.İnanıram ki,müəllifin insanları düşündürən,narahat edən ciddi problemlərin sözlə ifadə olunması nümunələrini dəyərli oxucular böyük sevgi və məhəbbətlə qarşılayacaqlar.

 

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam