Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MİLLİYYƏTSİZLƏR

 

Fikrimi  oxuculara çatdırmaq üçün əvvəlcə “Qloballaşma” kəlməsindən başlamağı qərara aldım. Lakin həmin kəlmənin dəqiq tərcüməsini müasir lüğətlərdə belə tapmadım. Məcburiyyət qarşısında qalıb 13 il bundan qabaq-06.05.2003-ci il tarixli ”Yeni AZƏRBAYCAN” mətbu orqanında dərc olunmuş cəmi səkkiz cümlədən ibarət “Qloballaşma”  məvhumunu izah edən “Ümumi nəzəriyyə və reallıq” adında məqaləni tamlığı ilə diqqətə çatdırası oldum.

"Xeberinfo.com":   Burada qeyd edilmişdir: “Son dövrlər qloballaşma adlı məvhum bütün dünyanı lərzəyə gətirməkdədir.Mahiyyətinə varmadan bəzi insanlar qloballaşmanın bəşəriyyətdə xeyli müsbət dəyişikliklər edəcəyini ehtimal edir, digərləri isə bunun mənfi nəticələrə səbəb olacağını güman edir. Ümumilikdə isə son dövrlər informasiya texnologiyasının inkişafı “metatexnologiyaların” meydana çıxmasına səbəb olub. Bu proses bir tərəfin digər tərəfdən prisipal asılılığının itməsi deməkdir. İnformasiya texnologiyalarının güclü inkişafı isə istehsalçılara öz təsirini göstərir. Nəticədə qlobal bazarlar meydana çıxır ki, burada da qlobal monopoliya ideyaları yaranır. Bu isə o deməkdir ki, insanlığın, xüsusilə iqtisadi sahədə inkişafın müəyyən edilməsi yaxın onilliklərdə iki fundamental proseslərdə meydana çıxacaq. Bunlardan biri yeni texnologiyaların, xüsusiylə informasiya texnologiyalarının inkişafında, digəri isə rəqabətin qloballaşmasında özünü büruzə verəcək”.

Həmin  yazıda qloballaşmanın elmi və mümkün tərəfləri göstərilmişdir. Praktiki və görünməyən tərəfi isə elə bil ki,bir qədər diqqətdən  yayındırılmışdır. İnkişaf etmiş ölkələrdə qloballaşmaya zəhmətkeş kütlə onun əleyhinə gedərək daim nümayişlə cavab verir. “Qloballaşmada Yer kürəsində dilin, milliyətin vahidləşəcəyi” fikrimə fizika-riyaziyyat elmləri namizədi mərhum Rahib İskəndərov müsbət reaksiya vermişdir.

Məlum olduğu kimi Avropada zəhmətsiz gəlir mənbəyi olan iki məşhur qumarxana Monte-Karloda,  Monakoda fəaliyyət göstərir ki, axırıncını  idarə edən knyaz əlahəzrət II Aleksisdir. Saytlardan alınan məlumata görə  həmin qumarxanalarla rəqabət apara bilən yeni iri həcmli qumarxana Avropada fəaliyyətə başlayır.

“Xeberinfo.com” (01.08.2015-il) saytı xəbər verir: “Gürcüstanın Batumi şəhərinin “Radisson Blu” otelində Acarıstan Muxtar Respublikasında  oyun biznesinə investisiya qoyuluşlarına həsr edilmiş ”Casinoinvestors Day” konfransı işə başlayıb.

Virtulaz orq saytı xəbər verir ki, konfransda Gürcüstan, Türkiyə, Ermənistan, Rusiya, Britaniya, Azərbaycan və Ukraynadan olan biznesmenlər iştirak edir.

İştirakçılar investisiya şirkətlərinin nümayəndələri, kazino operatorları, oyun avadanlıqlarının istehsalçıları və distubutorları iştirak edirlər”.

Araşdırmadan məlum olur ki, iştirak edən  şirkətlərin sayı iyirimidir. Maraqlı burasıdır ki, oyun biznesində investisiya qoyan iki-“BetConstruct” və “Everymatrex” adlı Ermənistan şirkətləridir. Əgər Ermənistan bizim televerilişlərdə “ianə ilə yaşayırsa və acından ölürsə” bu oyunlara vəsaiti haradan alır? Azərbacan Ermənistandan heç də geridə qalmamış, yəni birisi ABB-dan aldığı yüz milyonlarla dollar krediti Avropa kazinolarında havaya sovurmuş (“Xeberinfo.com 02.07.2015-ci il), digəri- “ADO-Group” şirkəti bankdan aldığı bir yüz milyon dollar məbləğində krediti ödəyə bilməyib ölkədən qaçmış və hazırda yuxarıda qeyd olunan konfransda iştirak edir.

Bir başqası ABŞ-da nəşr olunan ”Mottier Jones” dərgisinin yazdığına görə “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla biznes qrub”.Həmin oliqarx bu gün dəyəri bir milyard dollardan çox olan “Garant Holdinq” İdarə Heyətinin sədridir. “Bank of Azerbaycan” da bu səbəbdən kredit borcundan yaxasını qurtara bilmir. (Xəbərinfo.com”saytı 01.08.2015-ci il).

“Xəbərinfo.com” saytı (04.07.2015-ci tarix) xəbər verir: “ Hələ 2009-cu ildə Fitch  reytinq agetliyi ABB-nın  bütün kreditlərinin üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu günə bankda problemli kreditlərin həcmi 27.8 % -i  təşkil edir. Onların 18.6 %-nin müddəti keçib və 9.2 %-i yenidən təşkil edilib”.

Problemli kreditlərin ən çoxu dörd (?) nəfərin (2 milyard dollardan çox) hesabındadır.

Kreditlərin qaytarılmamasının bir səbəbi də də MM-in İqtisadi siyasət komissiysı üzvünün dediyi kimi ”şapka məsələsi var”olmasındadır (31.07.2015-ci il).

 ”Şapka” alanlar geni dəyişdirilmiş-mutasiya olunmuşlardır, milliyyətsizlərdir ki, onlar Azərbaycan dövlətini düşünmürlər.  ABB-dan kredit alanların səviyyəsi küçə alverçilərinin səviyyəsindən  fərqlənmir. Onlar kreditin nə olduğunu anlamadıqları kimi qaytarmağı da anlamırlar. Hansı yolla olur olsun, təki zəhmətsiz nəqd pul vəsatini ələ keçirə bilsinlər.

İmkan daxilində saytlardan toplaya bildiyim faktları bir yerə cəmləmişəm ki, iş adamı kimi millətimizə tanıdılıb, əslində moşennik kimi fəaliyyət göstərənlərin qanunla bir araya sığmayıb apardıqları maliyyə əməliyyatları daha aydın görünsün.

Qayıdaq yuxarıda qeyd olunan “Qloballaşma” elmi məqaləsinin axırıncı cümləsinin “ ...digəri isə rəqabətin qloballaşmasında özünü büruzə verəcək” ikinci hissəsinə.

Mən başa düşdüyüm odur ki, qloballaşmada dil , milliyyət və məzhəb itir.Erməniləri çıxmaq şəriylə hər millətin özünün müsbət xilqəti, xüsusiyyətləri var ki, Yer kürəsində insan cəmiyyətinin inkişafına öz töhfəsini verib və indi də verir.

 Dünya miqyasında tanınan Nizami Gəncəvi (İlyas Yusif oğlu), Lütfi Ələsgərzadə, Azad Xəlil oğlu Mirzəcanzadə, Əyyub İsmayıl oğlu Tağıyev, Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov, Rəşid Məcid oğlu Behbudov, Müslüm Məhəmməd oğlu Maqomayev kimiləri tarixin yadaşındadırlar.

İnsanı insan eyləyən, inkişaf etdirən zəhmətdir. Banklardan milyard dollarla vəsaiti kredit adına alıb mənimsəməklə, qumarxanalarda yurd-yuva salmaqla insan cəmiyyəti özü-özünü çürüdə və dövləti çökdürə bilər. Bəli bu gün Batumidə açılan qumarxana hələlik bizə məlum olan Monte-Karlo və Monako kimi məşhur qumarxanaları ilə rəqabətdədir. Kim zəmanət verə bilər ki, Avropada zəhmətsiz pul gətirən yeni bir qumarxana fəaliyyətə yol tapmayacaq. Nəhayət insan manqurtlaşır  və faktlardan  göründüyü kimi ən yaramaz hallar üzrə də qloballaşma var. Fərdi qaydada insanda sağlam və qeyri sağlam eqoizm olduğu kimi, insan cəmiyyətinin elmi və iqtisadi inkişafında da sağlam rəqabətin qloballaşması yolunu, onun mümkün olub  olmamasını gələcək-zaman özü deyəcək.

 

 

Quliyev Elxan Sarı o.                       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam