Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Uçursan ey həyat, dur, belə AXMA

 
Gecələr dərdinə ağlayan adam,
Göz yaşın gözünə dərdin köksünə,
Çırpınıb özünə sığmayan adam.
Qəlbinə sığınıb çıxmayan adam!
****
Sözdən söz seçərsən danışmaq üçün,
Dil yanar ağzında əsər dodağın.
Gəlmədin dünyaya alışmaq üçün,
Kəsilib hər yerdən səsin, sorağın.
****
Su içər gözlərin könül bağından,
O qopan tufanlar səni qorxudar.
Qaradır bu həyat ötür ağından,
Yanmayan şamın var sənmi bərxudar?!..
****
Taleyin qarası alın yazındır,
Qanqal tək tikanlı bağında bitib.
Baharın gəlişi "qara yazındır",
Nifrətin, yanğının dağında bitib...
****
Söz deyir ağlamır danışır gözün,
Baxışlar qəmlənir , gülür kədərlə.
Dişini sıxdıqca kiçilir sözün,
Yaşadım, bir ömür heyif hədərlə!...
****
Mən sənin nəyini sevim ey həyat!...
Verdiyin nə varsa gəl, apar, götür...
Bilmirəm, mən sənə nə deyim həyat,
Çalma, gizli- gizli ömrümü bitir...
****
Məkanım ünvansız yurdum bilinmir,
Uzanan əlimi, gəl sən buraxma!
Bəxtimə yazılan qara silinmir,
Uçursan ey həyat, dur, belə AXMA!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam