MATLIQDAN ŞAHLIĞA UCALAN ŞUŞAM
Şuşa-270
Yenixeber.org: 1992-ci il 8 May.Bu tarix Azərbaycanın mədəniyyət beşiyi olan,qoca şərqin konservatoriyası adlandırılan Şuşanın ermənilər və onların havadarı olan ruslar tərəfindən mat olan günüdür.Şuşa zəkaların oynunda yox,quldurların,türk qanına susayanların,haqqa nahaqq deyənlərin,ədaləti tanımayanların,Allahsızlaşanların,insan deməyə adamın dili gəlməyənlərin döyüşdə olan “qələbəsiydi”.Dəyərli oxucular,bilirsinizmi onların qələbəsini niyə dırnaqda yazdım? Ona görə ki,onlar bu “qələbə”ni müasir silahlarla silahlanmış nizami orduyla döyüşdə yox,primitiv silahlarla silahlanmış, özünü müdafiə və əli yalın insanlar üzərində qazanmışdılar.Və bunu onlar “Dağlarda toy” əməliyyatı adlandırmışdılar.Şuşa Dağlıq Qarabağın musiqi beşiyi olmaqla yanaşı, həmi də hərbi məntəqəydi. Məntəqənin ələ keçirilməsi nəticəsində Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı presesi başa çatdı.Və beləliklə Qədim Şuşada ermənilər at oynatdılar,dağıtdılar,viran qoydular qədim şəhəri.Hətta şəhərin adını erməniləşdirdilər.
Böyük Səməd Vurğun demiş “Sirrini vermir bada dünya”.Dünya gec-tez bütün sirrləri açıb qoyur ortalığa. Kimin hardan gəlib,hara getdiyi və nə etdiyi məlum olur.Bizə və dünyaya məlum oldu ki,alınmaz,yenilməz qala olan Şuşanın işğalında Rusiya böyük rol oynayıb. İşğal Rusiya hərbi-siyasi dairələrinin bir başa iştirakı ilə həyata keçirilib.Bununla Rusiya Azərbaycanın ondan uzaqlaşmasını əngəlləmək istəyirdi.Hətta o vaxt söz-söhbət gəzirdi ki,Azərbaycan öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe olmağa razı olsa Şuşa geri qaytarıla bilər. Amma bu olmadı. Ola da bilməzdi.Çünki Azərbaycan tarixində ikinci dəfə qanı,canı bahasına müstəqillik əldə etmişdi.Müstəqil ölkənin də ordusu heç bir yad ölkənin ordusuna tabe olmamalıdır.Və beləcə Şuşa tam olaraq 28 il yarım mat vəziyyətində-yəni gəlmələrin,yerləri-yurdları olmayanların əsirliyində qaldı.Əbədi sakinləri olan insanlarının bir qismi ermənilər tərəfindən qəddarcasına öldürüldü,yaralandı .Qaln qismi də türk qanına yerikləyən,insanlığa yamaq və ləkə olan faşit ermənilərin (bəzən adam onlara faşist deməyə də utanır,ona görə ki,faşistlər onlardan yaxşıydı) əlindən qaçıb qaçqın,köçkün oldu.Qeyri-bərabər döyüşdə 195 nəfər Şuşalı şəhid oldu,165 nəfəri yaralandı və 58 nəfəri itkin düşdü.Qaçqılar,köçkünlər 29 il qapılarda yaşadılar,min əzaba,zillətə dücar oldular. Amma bütün bunlara baxmayaraq mərd dayandılar,nə vaxtsa doğma yerlərə qayıdacaqlarına inandılar.Sınmadılar,əyilmədilər.Böyük bir ümüdlə doğma torpaqlara qayıdacaqlarını gözlədilər. Bu qayıdışı gözləmək asan deyildi.Çox çətin və üzücü idi.
Həyatda hər şeyin bir təməli,bir özülü olur.Şuşanın da təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulub və ilk çağlardan şəhərin adı Şuşayla yanaşı Pənəhabad da adlandırılıb. Qoca tarix şəhərin qədimliyi haqqında başqa şey deyir.Böyük ingilis səyyah və alimləri olan C. Moryenin və R.Burmerin yazılarında Şuşanın qədimliyi haqqında tutalı mülahizələri var. C.Moryenin dediyinə görə eradan əvvəl Şuşa insanların yaşadığı məkan olub.C.Molyerin həmyerlisi R.Burter isə başqa fikirdədir.Onun yazdığına diqqət yetirək.O,yazır: “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar,daş döşənmiş geniş küçələr,qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var”.Tarix hər şeyi olduğu kimi göstərir. Mənbələrdə Şuşanın on üçüncü əsrdə Azərbaycanın məşhur şəhərlərindən biri olduğu da göstərilir. Şəhər 17 məhəllədən ibarət olub.Hər məhəllənin də ayrıca hamamı,məscidi,bulağı var idi. Şəhər tacirləri Bağdad,Səmərqənd,Marsel,Təbriz,Tehran,İstambul və Moskva şəhərlərinin tacirləri ilə ticarət əlaqələri qurmuşdular.Onlarla fəal ticarət aparırdılar. Hətta Şuşada Pənahabadi adlanan gümüş sikkə də zərb edilirdi.Şəhər gündən- günə böyüyür,şöhrəti və gözəlliyi yaxın,uzaq ellərə yayılırdı.
Artıq on doqquzuncu əsrin sonu,iyirminci əsrin əvvələrində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.İnsanlar Şuşanı ”Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”kimi adlarla adlandırırdılar.
Böyük Səməd Vurğun deyirdi ki,Azərbaycanın bütün müğənni və musiqiçiləri şuşalıdır.S.Vurğun bunu elə-belə demirdi.Həqiqətən də Şuşa müğənnilər,musiqiçilər,bəstəkarlar məkanıdır.Şuşa dünya musiqi tarixinə Ü.Hacıbəyov,F.Əmirov,S.Hacıbəyov,Bülbül,Niyazi,Z.Hacıbəyov,F.Bədəlbəyli və b. kimi nəhənk musiqiçilər vermişdir. Burda musiqiçilərlə yanaşı sərkərdələr,rəssamlar, heykəltəraşlar da yetişmişdir.Bir sözlə Şuşa Azərbaycana əvəzsiz dahilər bəxş etmişdir.
Böyük şəxsiyyətlər yetirən,bənzərsiz gözəlliyi,füsunkar təbiəti ilə dünyanın heç bir coğrafi məkanıyla muqayısa olunmaz şəhərdə erməni hayları nə az,nə çox,düz iyirmi səkkiz il yarım min hoqqadan çıxdılar,dağıtdıqlarını dağıtdılar,əllərinə keçəni isə qənimət kimi İrəvana və dünyanın müxtəlif yerlərinə daşıyıb bazarlara çıxartdılar.Bütün bunlar kor və kar dünyanın gözləri qarşısında oldu.Biz həyacan təbili çalıb sos verdik,dünya və dünüyanın min üzlü beynəlxalq təşkilatları gözlərini yumdular,qulaqlarına pambıq qoydular.
Biz hər zamanTanrıdan səbir diləyib, onun köməyinə arxalanırdıq.Amma Tanrıdan səs-səda gəlmirdi ki,gəlmirdi. Uca Tanrı ya bizi tamam unutmuşdu,ya da daha biz bəndələrinə Tanrılıq eləmək isrəmirdi.Bir sözlə yer üzünü unutmuşdu,göyün yeddinci qatında oturub dünyada heç nə olmayıbmış kimi səmanı seyr edirdi.Və bəlkə də o da bizim kimi səbir edirdi,səbirin,dözümün nə vaxt qurtaracağını gözləyirdi.Şükür ki,bizim də,onun da səbri kəsildi,dözümü qurtardı.Zaman üzünü çevrib bizə işlədi,Tanrı da yenidən işinin başına qayıtdı.BMT,ATƏT kimi yox,Tanrı kimi ürəyimizə təpər,qolumuza güc,dövlətimizə,millətimizə birlik verdi.Bu birlik sayəsində biz BMT-nin, ATƏT-in 30 ildə edə bilmədiyini (bəlkədə edə bilib etmədiyini) 44 günlük Vətən müharibəsində elədik.
Ulu öndər Heydər Əliyev deyirdi: “Şuşa bizim gözümüzdür”.Şuşanın gözümüz olmağına baxmayaraq, biz tam 28 il yarım gözsüz yaşadıq.Gözsüz yaşamağı,dünya işığından məhrum olmağı korlar daha yaxşı bilir.Biz Şuşasız o korlar kimiydik.Uca Tanrıdan, kar və kor dünyadan ən böyük istəyimiz gözümüzün açılmasını,ədalətin,həqiqətin zəfərini istəyirdik. Heyhat,dünya da bizə qarşı kor idi.
Tarixin 2020-ci il 27 sentyabri ermənilər xarici havadarlarının davamlı təhrikindən,yardım və köməyindən,dünyanın başını itirməyindən,haqqı görməməyindən ruhlanaraq təpədən dırnağa kimi silahlanaraq bütün cəbhə boyu hücuma keşdilər.Artıq bıçaq sümüyə dirənmişdi,dayanmaq,durmaq heç olmazdı. Səbrimiz də daşırdı. Şükür ki,Tanrı da səbrimizi kəsmək üzrə idi.Ölkə prezidenti,Ali Baş Komandan İlham Əliyev orduya əks-hücum əmri verdi.Elə ilk gündən ordumuz ermənilərə dünya hərb tarixində görünməmiş acı yaşatdı. Ard-arda 30 il düşmən əlində olan yüksəkliklər,yaşayış məntəqəqələri azad edildi.Xalq prezidentin və müzəffər ordunun arxasında müsəllək əskər kimi dayandı.Görünməmiş birlik,bütövlük göstərdi,böyükdən kiçiyə hamı ön cəbhəyə getməyə can atdı.Qəhranan Azərbaycan ordusu düşmənə unudulmaz dərs verib 44 gündə zəfər çaldı.Şuşanın işğaldan azad olunması isə dünya hərb tarixində bir yenilik idi.Bu yeniliyi dünya gördü və heyrət etdi.Azərbaycan ordusunun nəyə qadir olduğunu,qəhramanlığını,fədəkarlığını,əzmini gördü və ordumuzun dünyanın ən mükəmməl ordularından biri kimi tanıdı.
Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu qədim Şuşa şəhərini işğaldan azad etdi.
2020 –ci ilin 8 noyab tarixi 28 il yarım mat vəziyyətində olan Şuşanın şanh olan günü kimi tarixə düşdü. Bu,44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatatların sırasında ən mühüm tarixi hadisə və böyük,inanılmaz bir qələbə oldu.Azərbaycanın hərbi-diplomatik uğurları,xüsusilə strateji əhəmiyyətli Şuşanın azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə çox ciddi təsir göstərdi. Şuşanın azad olunmasıyla birlikdə biz ləyaqətimizi,şərəfimizi,mənliyimizi,kişiliyimizi,vüqarımızı da geri qaytardıq.İndi haqqımız vardı ki,qamətimizi düzəldib başımızı uca tutaq,sıxılmayaq,utanmayaq.
Azərbaycanın milli və dövlət maraqlarını hər şeydən uca tutan Prezident,Ali Baş Komandan İlham Əliyev böyük sevinc və ruh yüksəkliyi ilə 8 noyabr 2020-ci il tarixdə Şuşanın erməni işğalından azad olunması haqqında xalqa müşdə verdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad olundu! Şuşa indi azadır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrin 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu əbədi yaşayacaq.Bu bizim şanlı qələbəmizin,zəfərimizin günüdür! ”
Bu tarixdən sonra 8 may tarixi Şuşanın işğalı günü kimi qey olunmayacaq.Artıq Şuşa mat yox,şahdır.Onun şahlığı şahmat taxdası üzərində yox,qanlı və ağır döyüş meydanında əldə olunub.
Dəyərli oxucuların yadındadır həmin günlərdə Prezidentdən müsahibə götürən xarici jurnalistlər Ali Baş Komandana suallarını jurnalist kimi yox,müstəntik kimi verirdilər. Çünki Azərbaycanın zəfərini həz edə bilmirdilər. Ona görə ki, 30 illik erməni işğalına göz yummuşdular və hər zaman da işğalçının yanında olmuşdular.Müzəffər Ali Baş Komandanın məntiqli danışığı,tutarlı cavabları onları çıxılmaz vəziyyətə salırdı.Bu,yerdə yadıma bir deyim düşdü, mühaibədə qələbə sərkərdə və əskərlərin çoxluğuyla yox,ağlın gücüylə qazanılır.İlham Əliyevin müdirikliyi,böyük siyasətçiliyi sayəsində 30 illik erməni işğalına son 44-cə gündə qoyuldu.
Qarabağın döyünən ürəyi olan Şuşanın zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı,tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılmış,quruculuq işlərinə start verilmişdir.
Bu gün Şuşa qabaqlar olduğu kimi qonaq-qaralıdır,beynəlxalq tədbirlərin,konfransların,festifalların keçirildiyi məkandır.Demək olar ki,bura hər həftə yox,hər gün dünyanın müxtəlif yerlərindən qonaqlar gəlir. Oların arasında diplomatlar,siyasi xadimlər,deputatlar,jurnalistlər,alimlər,siravi insanlar olur.Onlar Şuşanın gözəlliyinə heyran olur,erməni faşistlərinin tarixi abidələri,heykəlləri,binalaı,məscidləri hansı günə qoyduqlarının canlı şahidi olurlar.
Vaxtı ilə Qarabağın döyünən ürəyi olan Şuşada araq içib yallı (görəsən onlar kimin yallısına rəqs ediblər?) gedən paşınyanlar indi göz yaşı tökürlər.Bu şərəfsizlər,ləyaqətsizlər utanmadan,qızarmadan Şuşanı da qədim erməni şəhəri adlandırırlar və hansı yolla olursa olsun biz doğma şəhərimizə qayıdacayıq, deyirlər.Amma özlərini aldadırlar.Bundan sonra ermənilər heç vaxt,heç zaman burda yaşamayacaqlar.
Ali Baş Komandan demiş: Qarbağ Azərbaycandır və nida işarəsi!
MƏHƏRRƏM ŞƏMKİRLİ.