Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qələminə,sözünə şükür

                            

"Xeberinfo.com":   Müxtəlif peşə sahiblərinin şair,yazıçı,rəssam. heykəltaraş, bəstəkar, hətta müğənni olması belə təəccüblü deyil. Həyatdır və insanlar da yaxam dövründə onların bacardığı, ruhunu daha çox qidalandırdığı, doyurduğu peşəni bəyənir, seçir. Bəzi insanlar illərlə çalışıb,oxuyub əldə etdiyi ixtisası, peşəni birdən şairliyə,yazıçılığa, rəssamlığa, heykəltaraşlığa, bəstəkarlığa, müğənniliyə dəyişir və beləcə yaşamağa,yaratmağa davam edir. Elələri də var ki, hər ikisini də paralel olaraq ömrünün lokomotivinə çevrir. Belə insanlardan biri də özünə, sənətinə, yaradıcılığına hörmət etdiyim şair, həkim- kardioloq Qalib Şəfahətdir. Qalib bəylə tanışlığımız "Kitab evi"ndə yazıçı Şəhla Aslanın "Qutsal dönüş" kitabının imza günündə oldu.Bu tanışlıqdan hər ikimiz məmnunluq duyduq. Bu tədbirdən və görüşdən ən böyük qazancım Şəhla xanımın "Qutsal dönüş", Qalib bəyin isə iki- "Mənə ürək verin", "Əllərimdəki göy üzü" adlı  kitabları oldu.

   Qalib Şəfahət ixtisasca həkimdir,özü də kardioloq. Məhz elə ilk kitabının adını da ixtisasına uyğun olaraq "Mənə ürək verin"qoyub. Kitab "Həkim ocağının hənirtisindən" şeri ilə açılır.

                Əl açan əlləri boş qayıtmayır,

                Gözlərdə bir niskil,yaş qayıtmayır.

                Ümidi qırılan puç qayıtmayır,

                Həkim ocağının hənirtisindən.

O,təkcə şeirlər yazmaqla kifayətlənmir, eyni zamanda  insanların sağlamlığının keşiyində də dayanır. Çox doğru olaraq kitaba ön söz yazan şair Musa Ələkbərli onu belə xarakterizə edir:"Sənə o ürəyi Tanrı verib,o,həqiqətən də poeziya ilə döyünən bir ürəkdir,vurğusunu, ritmini təmizlikdən, saflıqdan, gözəlliyə pərəştişdən, heyrətdən alır,sən o ürəyi ac qoyma, yaz- yarat, sənə ürək,könül verən oxucularının yolunu gözlə".

  Artıq bu gün şair oxucularını yox, oxucuları onun şeirlərinin yolunu gözləyir. Qabil Şəfahət poeziyasında yenilik həvəsi, yeni söz demək istəyi güclü olduğuna görə oxucunu özünə çəkir, onu düşündürür, onda yüksək hissilər aşılayır. Onun Vətənə, anaya, torpağa, sevgiyə,həyat hadisələrinə  həsr etdiyi şeirlərdə bunu aydın görmək olar.

                 Əllərin boşdurmu?

                 Əllərini ver mənə.

                 Girib ovcuna dincəlmək istəyirəm.

İnsan həyatda hər şeyə- qəmə, qüssəyə, sevgiyə, sevincə, deməyə, gülməyə də alışa bilir. Amma ölümə alışmaq,onunla hər gün görüşmək,dil tapıb danışmaq, hətta ondan möhlət alıb öz qəbrini özün qazmaq da olurmuş demə. Bu razılaşmanı,bu anlaşmanı şair "Ta ölümə alışmışam" şeirində oxucularına aşağdakı misraları ilə belə çatdırır:

               Hər gün ölüb,dirilirəm

               Ta ölümə alışmışam.

               Öldüyüm günü bilirəm

               Mən ölümlə danışmışam.

 Atalardan qalma belə bir məsəl var. Deyir,sən sözünü de, söz yiyəsi özü götürəcək.Amma bu gün sözü sanki havaya deyirsən,nə götürən var,nə də eşidən. Onda şair məcburiyyət qarşısında qalıb belə deir:

               Ay sözümün Sahibi

               Gəl sözünə yiyə dur.

 Axı bu sözlərin ayağı yalın, başı da açıq olduğuna görə tənha qalıb tənhalığa öyrəşib.Bu üzdən də hamıdan uzaqlaşıb, kiminsə ona daş atıb xətər yetirməyindən qorxur.  

   İnsanın ən böyük arzusu, istəyi daima sevinmək, şadlanmaqdır. Bayram günlərində yaxınlarından,onu istəyənlərdən, o istədiklərindən hədiyyə ummaq da təbiidir.Amma çox təəssüf  ki,qayğı yükünün ağırlığından hər zaman isdədiyini xırda bir hədiyyə ilə belə sevindirib,könlünü açmaq gücündə olmursan.Şair bu halını incə bir yumor diliylə belə təsvir edir:

             Bayram günü evə

             Gec gələsən.

             Əlində gül buketi olmaya

             Sakitcə keçəsən otağına-

             Lap dinməz uzanasan

             Yatağına,

             Gözlərin dikilə tavana

             otağa sükut çökə,

             Sonra ürəkdən güləsən,

             Səni incitmək asan...

 Qalibə görə insanlar xəstələnən kimi sözlər də xəstələnir. Xəstələn sözlərin dərdini tapan şair bu xəstəliyin dərmanını da tapır. Bundan sonra sözü ayağa qaldırmaq,ona sağlam həyat vermək  asanlaşır.Amma bir şeydə var ki,sözlərin də insan kimi dərd- sərini tapmaq çətin olur.Buna baxmayaraq sözlər hələm-hələm xəstəliyə boyun əymirlər, mətin dayanırlar.

                      Həmi xəstəyə baxdım,

                      həm sözə baxdım

                      Bir təbib ürəyim sözə çevrildi.- deyir şair.

 Bütün şairlər kimi Qalib Şəfahətin də yaradıcılığında müharibə mövzusu öz əksini tapmışdır. Onun Milli Qəhraman Mübariz İbrahimova həsr etdiyi "Gedəsən" şeirini həyacansız oxumamaq mümkün deyil.

                            Gözünə dolan dərdləri,

                            Əlində ölən dərdləri,

                            Dərində qalan dərdləri,

                            İp salıb,çəkib gedəsən.

  Sevgilisindən ayrılan aşiq peşmançılıq hissini ifadə edə bilməməkdən harda olduğunu bilmir. Az qala yalvaracaq bir şəkildə ona müraciət edir ki, nə olar heç olmasa mənə yerimi de. Əgər demisənsə onda məni səndən əvvələ qaytar. Qaytar ki,bəlkə yaşadım, yoxsa belə bir tənhalığa dözə bilməyəcəm.İnsanın əvvəlki halına dönməsi,qayıtması bir az çətin məsələdi. Qalib kiçik bir şeirində böyük fikir söyləyib.Ümumiyyətlə şairin şeirlərində uzunçuluq, yoruculuq yoxdur,deyim yeni,söz fikir yüklüdü.

   Qabil təkcə sevgidən,həyatdan,ölümdən yoz,həm də nöqsanlardan yazır. Heç kimə sirr deyil ki,bu gün məzar yerlərini dəllalar həraca çıxarıblar,istədikləri qiymətə satırlar.Bu üzdən də mərhumun yaxınları borca-xərcə düşürlər.Hər birimizin boyuna uyğun gələn torpaq, çoxumuzun cibimizə uyğun gəlmir.Xalq arasında deyilir ki,torpağın üzü qara,gözü acdı,hər şeyi udur,gizləyir, bircə yaxşı əməldən, yaxşı izdən başqa. Şerin sonunda şair nəsiət kimi üzünü insanlara tutub deyir: "Ey!.. İnsan oğlu, İndidən düşün-Torpaqda özünə yer tapmağa..." 

    İnsanın ömrü gəldi, getdi.Sözün ömrü əbədi yaşardı.Qalib sözünü əbədi yaşarlı etmək üçün əlinə qələm alıb.Qələminə, sözünə şükür Qalib bəy.

 

  

Məhərrəm Şəmkirli                                                                     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam