Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ruhsuz budadım"

 

Ey məni dünyaya bəxş edən Allah,

Yazdığın bəxtimi qara boyadın.

İnsanam, adımı şəxs edən Allah,

Yaşanmaz ömrümə yara doladın.

 

Hər yükün altında əzilsəm də mən,

Önündə əyilib təvəkkül etdim.

Doğranıb, qatbaqat kəsilsəm də mən,

Nə yazdın ömrümə, müvəkkil etdim.

 

Könlümdə yerin var, gözəl Allahım,

Mənimdə qəlbim var sevməz deyil ki?

Eşqimin sultanı  sənsən Allahım,

Sevgindən bu ürək dönməz deyil ki?!...

 

Suallar qəlbimi söküb dağıdır,

Görəsən, Allahım məndən küsübdür?

Qədərim fələyin hansı dağıdır,

Dağılıb tifaqım, daşlar düşübdür.

 

Məni əta edib sevən Allahım,

Bilirəm, qısqandın məni sev deyə.

Rəhminlə daima övən Allahım,

Azmaram yolumu, həyat kef deyə.

 

Özümü sevmədim sən sevən qədər,

Könlümdə sönməyən ocaq qaladım.

Başımda dolaşan verdiyin qədər,

Mən niyə cismimi ruhsuz budadım.

 

 Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam