Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nə yaşı var ki?!" -Təranə Şəms

 

Allahım, rəhmindi hər daim böyük, 

Naşükür insandı imanı sönük,

Yaramaz, naxələf nizamı dönük,

Bağışla Allahım onu bağışla!

 

Qıyma sən, balaya ana ağlasın,

Başını yolaraq qara bağlasın,

Naləsi, fəryadı ürək dağlasın,

Rəhminlə bağışla, bağışla onu!

 

Yazıram əlimdə qələm titrəyir,

Dualar dilimdə ələm titrəyir,

Yanaraq, üşüyür, Kərəm titrəyir,

Yalvarıb deyirəm onu bağışla!

 

Nicat ve bu cavan murada yetsin,

Qoy sevsin, sevilsin yarını seçsin,

Ömürdən payı var, yaşayıb keçsin,

Rəhmin var Allahım bağılşa onu!…

 

Allahın ey qulu ətasan ondan,

Sevmədin özünü xətasan sondan,

Qohuma, qardaşa atasan sondan,

Sən zalım deyilsən, bağışla onu!…

 

Yaşayıb yaratsın nə yaşı var ki?!..

Binəsi yarımçıq, nə daşı var ki?!.

Öz uşaq aləmi, nə başı var ki?!…

Öz eşqin xətrinə bağışla onu!..

Bir eşqin xətrinə bağışla onu!..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam